Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2046/2025 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Iddiаçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ##.##.2019-cu il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində, Inzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edimişdir.
2. Icbari Sığorta Müqaviləsinin X5 görünür ki, X2 mülkiyyətində olan "Mercedes Benz" markalı ** SJ *** dövlət qeydiyyat nişanlı minik avtomobil 12 ay müddətinə, yəni ##.##.2018ci il tarixdən ##.##.2019-cu il tarixədək «xxxx» ASC-də əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatadək sığortalanmışdır.
3. «xxxx» ASC-nin ##.##.2019-cu il tarixli, № ****** nömrəli ödəniş tapşırığından görünür ki, **-*******AA-****** nömrəli sığorta aktına əsasən PAA********** nömrəli Sığorta Şəhadətnaməsi üzrə X4 895 manat vəsait ödənilmişdir.
4. ##.##.2019-cu il tarixli, 19409516/19 AA-****/** nömrəli Sığorta Aktından görünür ki, sığortaçı «xxxx» ASC tərəfindən sığortalı X2 AVSMMIS sığorta növü üzrə üçüncü şəxs X4 895 manat sığorta ödənişi ayrılmışdır.
5. ##.##.2019-cu il tarixli, Hesablama Aktından görünür ki, “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ehtiyyat hissələri 390 manat, işçilərə əmək haqqı 505 manat, cəmi 895 manat vəsait xərcləmişdir.
6. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ##.##.1992-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır və yaşayır.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X4 mülkiyyətindədir.
8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C220 CDI” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.
9. AA6383885 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.1992-ci il tarixdə doğulmuşdur, Bərdə rayonu, Hacallı Ərazi Dairəsinin Hacallı kəndində qeydiyyatdadır və yaşayır.
10. AB №****** seriya nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh BC dərəcəli sürücülük hüququ vardır.
11. AE 237137 seriya nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 BC dərəcəli sürücülük hüququ vardır.
12. ##.##.2024-cü il tarixli, **** nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktının surətindən görünür ki, Cavabdeh alkoqol sərxoşluq əlaməti yoxdur və ayıqdır.
13. ##.##.2024-cü il tarixli, **** nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktının surətindən görünür ki, X4 alkoqol sərxoşluq əlaməti yoxdur və ayıqdır.
14. «xxxx» ASC-nin ##.##.2023-cü il tarixli, AS-**/*** nömrəli Cavabdeh ünvanlanan geriyə tələb (subroqasiya) məktubun surətindən görünür ki, 10 (on) iş günü müddətində subroqasiya hüququ ilə əlaqədar 895 manat məbləğində pulu «xxxx» ASC-yə ödəməsi barədə məlumatlandırılmış, qeyd olunan müddət ərzində vəsaitin ödənilməyəcəyi halda ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəkdir.
15. ##.##.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı «xxxx» ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.
16. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *-**/**-*** nömrəli məktubdan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı tərəflər xidmət haqqının ödənilməsinə etiraz etdikləri üçün icra olunmadan geri qaytarılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «xxxx» ASC) kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdehdan 895 manat məbləğində zərərin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. «xxxx» ASC iddia tələbini belə əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X2 arasında ##.##.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C220 CDI” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Cavabdeh ##.##.2019-cu il tarixdə “Mercedes Benz C220 CDI” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 895,00 (səkkiz yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bərdə RPŞ DYPB-dən ünvanlarına inzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bərdə RPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi Arayışa əsasən cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. AR Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. AR Mülki Məcəlləsinin 459.1-ci maddəsinə (ilkin vəziyyəti bərpa etmək vəzifəsi) əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. AR Mülki Məcəlləsinin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. AR Mülki Məcəlləsinin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə (öhdəlik anlayışı) görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 430.1-ci maddəsinə (öhdəliyin icrasından imtina) əsasən, AR Mülki Məcəlləsində ayrı qayda nəzərdə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə (öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti) əsasən əgər AR Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Iddiaçı tərəfindən cavabdeh Cavabdeh ünvanına ##.##.2023-cü il tarixli, AS**/*** saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Qeyd olunanlara əsasən, ödədiyi 895,00 (səkkiz yüz doxsan beş) manat sığorta ödənişi məbləğini cavabdehdən tutulmasını tələb edir.
19. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 895 (səkkiz yüz doxsan beş) manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, dövlət rüsumu ödənilərkən ödənilmiş 0,40 manat bank xidmət haqqı iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "Mercedes Benz" markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ##.##.2018-ci il tarixində «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. ##.##.2019-cu il tarixində cavabdeh Cavabdeh idarə etdiyi "Mercedes Benz" markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh hadisə yerindən yayınmışdır. Dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən edilir ki, Yol-nəqliyyat hadisəsi nticəsində “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 895 manat məbləğində ziyan dəymiş, dəymiş ziyan «xxxx» ASC-nin Sığorta aktına əsasən zərərçəkənə ödənilmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, «xxxx» ASC-ə olan borcunu ödəməmişdir. Cаvаbdeh bоrcu ödəmədiyi üçün iddiаçının məhkəmədə subroqasiya hüququ yаrаnmışdır. Beləliklə, iddiaçı «xxxx» ASC cavabdeh Cavabdeh 895 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Təqdim edilmiş iş materialları ilə müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2170” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 883.1, 925.1, 925.2, 925.3, 936.1, 936.2, 936.4, 936.6, 1096.1, 1097.1, 1108.1ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
22. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv ediməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 284-5.4, 284-5.4.3, 284-5.4.4-cü maddələrinin mənasına görə, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, iş üzrə əlavə araşdırma, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa iddiaya sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və məhkəmə işə iddia icraatı qaydasında baxmalıdır. Hazırkı halda iddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla X2 arasında ## ####### 2018-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə əsasən, sonuncuya məxsus “Mercedes Benz C-220 CDI” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta növündə sığortalanıb. ## ######## 2019-cu il tarixdə sözügedən avtomobil onun tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş verib və nəticədə “Vaz- 2170” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib və qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı təşkilat tərəfindən 895 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Əvvəla, yol-nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olmağı Bərdə rayon Polis Şöbəsinin DYPB-nin inzibati xəta haqqında protokol-qərarı ilə təsdiq olunmur və ümumiyyətlə həmin inzibati xəta haqqında protokol-qərar barədə məlumatı yoxdur. Digər tərəfdən, yol-nəqliyyat hadisəsi zamanı sözügedən nəqliyyat vasitəsinə 895 manat məbləğində maddi zərər dəyməsi hər hansı yazılı sübutlarla, o cümlədən ekspert rəyi ilə təsdiq olunmur və bunun üçün ən azından iş üzrə əlavə araşdırma aparılmalı, sübutlar müayinə olunmalı, tərəflər məhkəmə iclasına çağırılaraq izahatları alınmalı, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza keçirilməli və rəy alınmalı, yalnız bundan sonra iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilə bilər. Göründüyü kimi iddiaçı təşkilatın təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və hazırkı iddiaya sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və işə iddia icraatı qaydasında baxılması üçün kifayət qədər prosessual əsaslar vardır. Ona görə də işə iddia icraatı qaydasında baxılmalıdır. Daha sonra, iddiaya sadələşdirilmiş icraat qaydasında baxılmalı olsa belə iddiaçı təşkilat hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini də ötürüb. Belə ki, iddiaçı təşkilat tələbini əsası kimi onunla X3 arasında bağlanmış ## ####### 2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsaslanır və iddia olunan sığorta hadisəsi isə ## ######## 2019-cu il tarixdə baş verib. Belə olan halda iddiaçı təşkilat hazırkı iddia tələbi ilə məhkəməyə ## #### 2025-ci il tarixdə, beş ildən sonra müraciət etməklə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini də ötürüb. Halbuki, sözügedən normanın mənasına görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsində iştirak etməyidindən müddətin tətbiqi barədə ərizə verə bilməmişdir. Belə ki, ona məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilməmişdir. Sadalananlara əsasən hesab etmişdir ki, apelyasiya şikayəti təmin edilməli və hazırki qətnamə ləğv edilməlidir. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin “Elektron Məhkəmə Informasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır
25. Iddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin “Elektron Məhkəmə Informasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, baxış iclasının iştirakı olmadan keçirilməsini və cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
28. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
29. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.
30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
31. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
32. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
33. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
34. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
35. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
39. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“Icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;
40. Maddə 25.1.8. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır.
41. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır..
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
50. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
51. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "Mercedes Benz" markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ##.##.2018-ci il tarixində «xxxx» ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. ##.##.2019-cu il tarixində cavabdeh Abbaslı SeyidSübhan Akif oğlu idarə etdiyi "Mercedes Benz" markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh hadisə yerindən yayınmışdır. Dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən edilir ki, Yol-nəqliyyat hadisəsi nticəsində “VAZ 2170” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 895 manat məbləğində ziyan dəymiş, dəymiş ziyan «xxxx» ASC-nin Sığorta aktına əsasən zərərçəkənə ödənilmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da o, «xxxx» ASC-ə olan borcunu ödəməmişdir. Cаvаbdeh bоrcu ödəmədiyi üçün iddiаçının məhkəmədə subroqasiya hüququ yаrаnmışdır. Beləliklə, iddiaçı «xxxx» ASC cavabdeh Cavabdeh 895 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
57. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza keçirilməsi və rəy alınması, yalnız bundan sonra iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməsi ilə bağlı dəlillinə münasibətdə qeyd edir ki, Gənsə Apellyaisya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *-**/**-*** nömrəli məktubdan görünür ki, tərəflər xidmət haqqının ödənilməsinə etiraz etdikləri üçün qərardad icra olunmadan geri qaytarılmışdır. MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh məhkəmə-əmtəəşünaslıq ekspertizasının keşirilməsi üçün xidmət haqqının ödənilməsinə etiraz etdiyindən məhkəmə kollegiyası MPMnin 97.5-ci maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın nəticələrinin rədd edilmiş hesab edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaya sadələşdirilmiş icraat qaydasında baxılmalı olması və Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini ötürməsi dəlillinə münasibətdə qeyd edir ki, MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan aşağı olduğu üçün birinci instansiya məhkəməsi işə sadələşdirilmiş qaydada baxmaqda haqlı olmuşdur. Üç illik iddia müddətinin ötürülməsi ilə bağlı kollegiya qeyd edir ki, sığorta ödənişi ilə tərəflər arasında yaranan münasibətlər müqavilə münasibətləri olsa da, sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı yaranan subroqasiya hüququ qanundan irəli gələn tələbdir. MPM-nin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki iş üzrə iddiaçının tələbi qanundan irəli gələn tələb olduğundan həmin münasibətlərə 10 illik iddia müddəti tətbiq edilməlidir.
59. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.