Məhkəmə qərarları › İş №2(104)-2061/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2061/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2061/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-575/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı cavabdeh X1 iddiaçının xeyrinə 5.372,1 AZN vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 73.72 AZN məbləğində vəsaitin qaytarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-575/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkiltərəfindən apellyasiya şikayəti (iş materialları 78-ci səhifə) verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-575/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinin pozuntusuyla verilmişdir. Belə ki, apellyasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, apellyasiya şikayəti iddiaçı "xxxx" ASCnin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilib və şikayətdə vəkil qismində iddiaçını Vəkil təmsil etdiyi qeyd edilsə də, apellyasiya şikayətinə vəkilin Apellyasiya Məhkəməsində tapşırığın yerinə yetirilməsinə səlahiyyətli olmasını təsdiq edən vəkil orderi əlavə olunmamışdır. Əlavə olunmuş vəkil orderində tapşırığın yerinə yetirildiyi təşkilat kimi Gədəbəy Rayon Məhkəməsi göstərilmiş və həmin order birinci instansiya məhkəməsində təqdim edilmiş xx.xx.2024-cü il tarixli orderin surətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı "xxxx" ASC ilə Vəkil arasında Apellyasiya Məhkəməsində tapşırıqların yerinə yetirməsini təsdiq edən order olması iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-575/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 361, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-575/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar