Məhkəmə qərarları › İş №2(104)-2062/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2062/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2062/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X5 (sədrlik edən məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh Şəmkir Rayon Polis X17 Bölməsində verdiyi izahatından görünür ki, o, hal-hazırda Şəmkir rayonu Mahmudlu kəndində yaşayır. Gəncə şəhər sakini İddiaçı onun haqqında yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. İddiaçı belə tanıyır ki, 2023-cü il tarixdə qeyri-rəsmi olaraq qızı İlahə Yaqub qızı ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra təxminən 5-6 gün keçəndən sonra aralarında narazılıq yarandı həmin narazılığa da belə izah verə bilər ki, X1 toy gecəsi baş vermiş müəyyən çatışmamazlıqlara görə narazılıqları oldu. Ancaq buna baxmayaraq 2-3 ay birgə yaşayası oldular. Həmin yaşadıqları müddətdə onun toy ərəfəsində borclu olduğu üçün X7 eşitdi ki, onun 3300 manat borcu qalıb ondan xəbərsiz valideynlərindən həmin pulu alaraq ona gətirmişdir. X2 alıb ona gətirdiyi 3300 manatdan müxtəlif vaxtlarda bir qismini İlahəyə vermişdir ki, valideyninə versin qalan 1100 manatı isə İlahənin qardaşı Ceyhunun kartına göndərmişdir. İddiaçı ondan başqa ondan iddia etdiyi məbləğlər yalan və böhtan xarakterli iddiadır. İddiaçı hazırda iddia etdiyi məbləğ qızı İlahəyə verdiyi cehiz əşyalarına aid olan məbləğdir. X3 ailə münasibətinin pozulmağına belə izah verə bilər ki, ona məxsus olan mobil telefonunda bir neçə şəxsin yəni kişi cinsli şəxslərin mobil nömrələri tərəfindən aşkar edilmişdir. 070-903-70- 71 Vüsal, ***-***-**-** Mənsur, ***-***-**-** Eltac, ***-***-**-** Şamil adlı şəxsərin mobil nömrələrini gizlətdiyi aşkara çıxartmışdır. X7 bu halları gördükdə qonşu otağa keçərək anasına zəng edib bildirdi ki, Mahir onun telefonundan başqa şəxslərin mobil nömrələrini aşkar etmişdir. Həmin hadisə, yəni telefon nömrələrini aşkarladıqdan sonra İlahə Yaqub qızı çıxaraq evlərinə getmişdir.

2. xx.xx.2024-cü il tarixli, ********* saylı m10 ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə +994-51-346-94-85 saylı mobil nömrə vasitəsilə 416973******8060 saylı karta 1100 manat pul göndərilmişdir.

3. Cavabdeh ilə iddiaçının qızı İlahə İbrahimova arasındakı “whatsapp” yazışmalarından görünür ki, Cavabdeh iddiaçının qızına “kart at mən o kreditin pulunu atım borcumu qurtarım hansı karta atım” sözlərini yazmış, İlahə ona kartın şəklini göndərmiş, o isə “7 mindir eləmi” cümləsini yazandan sonra, İlahə yenidən ona kredit müqaviləsinin şəklini göndərmiş, “ödəniləcək məbləğ ödəniş cədvəlinin altında qeyd edilib” yazmış, Mahir isə isə cavabında “ok” yazmışdır. Digər bir yazışmada isə X13 Hüseynova “niyə belə elədin. Ağlıma gəlir bəlkə ula görə belə elədin. Toydan sonra sənə 3300 verdik qalan borcunu ödəyəsən deyə, sonra da 6000 bankdan götürdük faizlə 8000 edir onu ödəməyəsən deyə belə etdin” sualına, cavabdeh “kağızı ala bilmədin, dedinə bəs göstərəcəm” daha sonra “mənim etdiklərimin yanında siz heçnə etməmisiniz mənim pulumun nömrəsi yoxdu”, “qaldı ki, pul məsələsinə hamısını ödəyəcəm nə qədər borcum var” sözlərini yazmışdır. Daha bir yazışmada Cavabdeh İlahə İbrahimovaya “Mən gəlməyəcəm Azərbaycana, əşyalarınızı adam göndərin yığıb aparsınar, Afizə zəng etsinlər, Afiz hər şeyi edəcək pulunuzu da, deyəcəm verəcək” sözlərini yazmışdır.

4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X7 ifadəsində göstərdi ki, Mahir onun keçmiş həyat yoldaşıdır. İddiaçı anasıdır. Mahir toydan sonra ona toya görə 3300 manat borcu olduğunu bildirmişdir. O da, Mahirə həmin pulu anasından almasını və sonra qaytarmasını demişdir. Anası 3300 manat və 6000 manat pulu Mahirə onun yanında vermişdir. Mahir onu Rusiyaya aparmamışdır. Mahir Rusiyadan onlara 500 manat toya yazılmağa, 650 manat isə borcundan onun anasına qaytarmaq üçün pul göndərmişdir.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X8 ifadəsində göstərdi ki, iddiaçı onun anasıdır. 6000 manat pulu o aparıb Mahirə vermişdir. Həmin pulu Rusiya Federasiyasına gedəndə almışdır. 3300 manat pul Mahirə daha əvvəl verilmişdi. Qəbzdə qeyd edilən kart onun kartı deyil, onun bir dənə kartı var, o da, “Unibank” tərəfidən bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, Şəmkir rayonu Mahmudlu kəndinin 3-cü küçəsində qeydiyyatda olaraq yaşayan Cavabdeh vermiş olduğu 3300 (üç min üç yüz) manat məbləğində pul və BANK OF Baku ASC-dən almış olduğu 6000 (altı min) manat faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində vermiş olduğu ümumilikdə 11.256 (on bir min iki yüz əlli altı) manat məbləğində pul və məhkəməyə ödədiyi dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 Şəmkir rayon Mahmudlu kənd sakini Cavabdeh el adəti ilə elçilik edərək istəmişdir. Qızı Mahiri tanımadığına görə yox demişdir. Sonradan elçilər yenə gəlmişlər və onlar 09 dekabr 2023-cü ildə razılığa gəlmişlər. Belə ki, 17 dekabr 2023-cü ildə qız toyu, 22 dekabr 2023-cü ildə oğlan toyu olmuşdur. Cavabdeh məxsus Şəmkir rayonu Mahmudlu kəndində yerləşən ev tamamilə boş olduğuna görə, o və həyat yoldaşı qızına görə evi cehiz əşyalarıyla tamamilə doldurmuşlar. 2 ay 10 gün qızı həyat yoldaşı ilə mehriban yaşamışdır. Toydan sonra Cavabdeh qızı İlahəyə bildirmişdir ki, toya görə 3300 (üç min üç yüz) manat məbləğində borcu var, borc sahibi onu sıxışdırır. Qızı İlahə ona dedikdə ki, o, əllərində toydan yığılan pulları olduğunu və cavabdeh Mahirə pulu borc verə biləcəyini, amma Mahirin işləyərək tez zamanda borcunu ödəməsini bidirmişdir. Mahir razılaşdıqdan sonra 3300 manat pulu Mahirə vermişdir. Biraz vaxt keçdikdən sonra Mahir onlara bildirmişdir ki, Rusiyaya getmək istəyir, lakin əlində pul yoxdur bilet ala bilmir. Getmək üçün 6000 (altı min) manat məbləğində pul lazımdır. Onlara bildirmişdir ki, Rusiyaya getməsə işləyə bilməyəcək, ondan aldığı 3300 (üç min üç yüz) manat borcu ödəyə bilməyəcəkdir. O da, düşünmüşdür ki, qızına almış olduğu cehiz əşyaların pulunun bir hissəsini verməmişdir. Mahir getsin işləsin və Mahirə verdiyi 3300 manat qaytardıqda borcunu bağlayar. Məcbur qalaraq, Bank of Baku ASC-dən kredit pul götürmüş 6000 (altı min) manat məbləğində pulu Mahirə vermişdir. 6000 (altı min) manat məbləğində pul faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat etmişdir və həmin kredit qrafikini Mahirə vermişdir. Mahir pulu ondan aldıqdan sonra Rusiyaya getmişdir. Mahir Rusiyada olduğu müddətdə qızı İlahə ilə daim mehriban olmuş, əlaqə saxlamışdır. Lakin xx.xx.2024-cü il tarixdən etibarən Mahir qızı İlahədən soyumağa başlamış, qızının əvvəlcə mesajlarına cavab verməmiş, sonra internet şəbəkəsində guya internet olmadığını demişdir. Sonrada, qızı İlahəyə heç bir səbəb olmadan ani bir anda mesaj yazaraq, bildirmişdir ki, “hər şeyi bilir, get cehizlərini götür, evi boşalt. Ondan ayrılır, ondan şübhələnir, o toy gecəsi bakirə olmamışdır, cərrahi əməliyyat etdirib ona ərə gəlmişdir”. Qızı İlahəyə ağır ittihamlı şər böhtan ataraq yalandan ibarət sözlər demişdir. O İlahənin anası olaraq əmindir ki, Mahir pulları min bir bəhanə ilə ondan alaraq bu yola əl atmişdır. Hazırda məcburiyyət qarşısında qalıb məhkəməyə pul tələbi ilə müraciət etməli olmuşdur.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddianın qismən təmin edilməsi, Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Mirəzli qızı Cavabdeh 3300 manat pul verməsi təsdiq olunur. Belə ki, cavabdeh hətta polis bölməsində vermiş olduğu izahatında da bildirmişdir ki, iddiaçıdan 3300 manat borca pul almışdır. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da, etirazında da göstərmişdir ki, cavabdeh iddiaçıdan 3300 manat borc pul almışdır. Bu hal öz təsdiqini iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tam olaraq tapır. Məhkəmə iddiaçının cavabdehə 6000 manat pulu borc verməsini və həmin pulun faizi ilə birlikdə 7956(yeddi min doqquz yüz əlli altı) manat məbləğdə cavabdehdən tutulması tələbini əsaslı hesab etmir, belə ki, iddiaçı cavabdehə 6000 manat pul verməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bu halı məhkəmə iclasında iddiaçının ailə üzvləri təsdiq etmişdir ki, məhkəmə həmin hissədə onların izahatını mötəbər və qərəzsiz sübut növü kimi qəbul etmir. Bununla belə məhkəmə iclasında müəyyən edilmişdir ki, 3300 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu hal nəticəsində cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh öz etirazında borca aldığı 3300 manat puldan 1100 manatını kart vasitəsi ilə, qalan borcunu isə başqa vaxtlarda tamamilə qaytardığını bildirsədə, bu halı təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh hesab nömrəsindən çıxarış təqdim etmişdir ki, həmin çıxarışda pulun göndərildiyi şəxsin fərdi məlumatlarını müəyyən etmək olmur. Bundan əlavə iddiaçı özü və iş üzrə dindirilmiş şahidlər təsdiq etmişlər ki, cavabdeh aldığı puldan 650 manat hissəsini geri qaytarmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan da, həqiqətən cavabdehin iddiaçıdan 6000 manat pulu borca aldığı müəyyən edilmir.Odur ki, hazırki halda iddiaçı iddia tələbinin cavabdeh tərəfindən ödənilməmiş borcun əvəzi qismində 2650 manat məbləğində pul tutulması hissəsinin əsaslılığını sübuta yetirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 3300 manat pul manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü izahatı ilə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 3300 manat məbləğində borc pul alması, lakin həmin pulu tam şəkildə qaytarmaması sübuta yetirilmişdir, həmçinin cavabdeh borclu olduğu məbləğdən 650 manat pul ödədiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1, 739.2, 386.1, -ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-1455/2025 saylı qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin qətnaməsindən narazıdır. İşin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh qızı İlahənin keçmiş əridir. Onlar 2023-cü ilin dekabr ayında el adəti ilə ailə qurmuşdular, 17 dekabr 2023-cü il tarixdə qız toyu, 22 dekabr 2023-cü il tarixdə oğlan toyu olmuşdur. Toydan sonra cavabdeh iddiaçının qızı İlahəyə bildirmişdir ki, toydan 3300 manat borcu qalıb, borc sahibi onu sıxışdırır. Onun əlində toydan yığılan pul olmuşdur. O, qızına demişdir ki, “Mahirə borc verər, ancaq bir şərtlə ki, Mahir işləyib tez bir zamanda pulunu qaytarsın”. Mahir onun şərti ilə razılaşdığı üçün o, Mahirə 3300 (üç min üç yüz) manat borc pul vermişdir. Bir müddət sonra Mahir bildirmişdir ki, işləmək üçün Rusiyaya getmək istəyir, lakin pulu yoxdur və ondan yenə borc pul istəmişdir. O, özündə pul olmadığı üçün "xxxx"dan 6000 (altı min) manat pul götürüb Mahirə vermişdir. Həmin kredit faizləri ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat etmişdir. Bankdan ona verilən qrafiki o, Mahirə təqdim etmişdir. Mahirə Rusiyaya getdikdən sonra yalnız bir dəfə 1100 (min yüz) manat pul göndərmişdir. Həmin pulun beş yüz manatını öz qohumunun toyuna yazdırmaq üçün, 600 (altı yüz) manatını isə ona olan borcundan göndərib. Bundan başqa Mahir ona borclu olduğu puldan hər hansı ödəniş etməyib. İşə baxan birinci instansiya məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə yalnız cavabdehə verdiyi 3300 manat puldan cavabdeh tərəfindən ödənilməmiş qalmış 2650 manat pulun alınıb iddiaçıya verilməsini qət etmişdir. Onun cavabdehə Rusiyaya getmək üçün vermiş olduğu 6000 manatın faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manatın alınıb ona verilməsi hissəsində isə təmin etməmişdir. Həmin hissədə iddianı təmin etməməsini məhkəmə onunla əsaslandırmışdır ki, o, cavabdehə 6000 (altımin) manat pulu borc verməyinə dair mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, onun 6000 manat pulu Bankdan götürüb Mahirə verməyini məhkəmə iclasında dindirilmiş şahidlər X7 və X9 təsdiq etdilər. Lakin məhkəmə əsassız olaraq onların ifadələrini ailə üzvləri olduğuna görə mötəbər hesab etməmişdir. O, bununla razı deyildir. Belə ki, şahidlər onun ailə üzvü olduğu kimi, Cavabdeh da bir vaxtlar onun ailə üzvü idi, qızının əri idi. Buna görə borcun verilməsi də ailə içində olub. elə olan halda da, təbii ki, onun şahidləri ailə üzvləri olacaqdır. Cavabdeh onun qızının əri olduğu üçün o, cavabdehə qəbz imzalada bilməzdi, borc müqaviləsi bağlamaq üçün notariusa apara bilməzdi. Belə etsəydi bu qızı ilə əri arasında söz-söhbətə səbəb ola bilərdi. Çünki həmin vaxt onlar mehriban yaşayırdılar. Cavabdeh Rusiyaya getdikdən bir müdddət sonra cavabdehlə qızı arasında soyuqluq yarandı. O, bunları gözə alaraq, Mahirə borcu öz ailələrinin içində vermişdir. İşin halları ilə təsdiq olunmuşdur ki, Mahir ondan aldığı 3300 manatı pulu olmadığı üçün qaytara bilməmişdir. Əgər Mahirin onun 3300 manatını qaytarmağa pulu yox idisə, bəs Rusiyaya getmək üçün və orada alver etmək üçün pulu hardan aldı? Bundan başqa məhkəmə ondan əlavə sübutlarının olub-olmamasını da soruşmadı və özü də, bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Belə ki, o, iddia ərizəsində də, məhkəmədə verdiyi ifadəsində də bildirmişdir ki, pulu "xxxx"dan götürüb cavabdehə Rusiyaya getmək üçün vermişdir. Məhkəmə onun Bank of Bakudan həmin məbləğdə kredit götürüb-götürməməyini, iddiaçının kredit götürdüyü tarixlə cavabdehin Rusiyaya getməsi tarixləri arasında uyğunluq olub-olmamasını və s. halları araşdırmamışdır. Nəticədə iş üzrə yalnış nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayında qızı İlahə ilə Mahir ailə həyatı qurmuşdular. Toydan sonra qızı anasına bildirmişdir ki, Mahirin 3300 manat borcu var. Ondan köməklik etməsini istəmişdi. O, da razılaşıb 2024-cü il yanvar ayında 3300 manatı vermişdir. Bir müddət sonra qızı ona Mahirlə Rusiya Federasiyasına gedəcəyini və 6000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı isə fevral ayında bankdan 6000 manat pul götürüb Mahirə vermişdir. Ondan sonra Cavabdeh Rusiya Federasiyasına tək gedəcəyini və İlahəni aprel ayında qohumunun toyuna gəldiyi zaman aparacağını bildirmişdir. Mart ayının 1-də 2024-cü ildə Mahir Rusiya Federasiyasına getmiş, daha sonra İlahə ilə əlaqə saxlamışdır. Kartında və sənədlərində problem yarandığını və aprel ayında gələ bilməyəcəyini, İlahənin xalası qızı ilə birlikdə gəlməsini bildirmişdir. Daha sonra isə onun qızına gəlməməsini bildirmişdir. Rusiya Federasiyasında olan zaman İlahə cavabdehdən pul istəmiş, o da, 500 manat toya, 650 manat isə İlahəyə göndərmişdir. O, isə 500 manatı anasına krediti ödəmək üçün vermişdir. Bir müddət sonra sonra Mahir İlahəyə onu istəmədiyini bildirmiş, pulu aldıqdan sonra iddiaçının qızına şər atmışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəf ona şər atır o, heç kimdən pul istəməmişdir. İlahə İbrahimova anasından ondan xəbərsiz pul istəmiş, iddiaçı isə qızına 3300 manat pul vermişdir. Daha sonra İlahə həmin pulu ona vermişdir. Verilən pul isə ona borc kimi verilməmişdir. Lakin, iddiaçının ona verdiyini iddia etdiyi digər pul məbləğindən məlumatı olmadığını bildirmişdir. Toydan bir həftə sonra problemləri başlayıb və o, iddiaçının qızına gəlib onu aparmaqlarını bildirmişdir. O, mart ayında Rusiya Federasiyasına getmiş və iddiaçıya 500 manat və 650 manat pul olmaqla 1150 manat pul göndərmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Nümayəndə apelyasiya şikayətinin dəllilərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir və izahatında bildirmişdir ki, iddiaçının qızı ilə cavabdeh faktiki olaraq ailə münasibətində olmuşlar. Toydan sonra Cavabdeh borcu yaranmışdır və yoldaşı özü anasından 3300 manat pul alıb gətirmişdir. Mahir isə onu borc kimi qəbul etdiyini bildirmişdir. Həmin pulu götürüb borclarını ödəmişlər. Sonra Cavabdeh Rusiya Federasiyasına gedib iddiaçının da qeyd etdiyi kimi 650 manat və 500 manat pul qardaşının kartına, qalan pulu isə dost tanışlara göndərməklə borcu tam şəkildə ödəmişdir və onun borcu qalmamışdır. Həmçinin, tərəflər polis şöbəsində olmuş və izahatları alınmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçının Bank of Baku ASC-dən almış olduğu 6000 (altı min) manat faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

41. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 6000 manat pulu borc verməsi və həmin pulun faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğdə cavabdehdən tutulması tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehə 6000 manat pul verməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bu halı məhkəmə iclasında iddiaçının ailə üzvləri təsdiq etmişdir ki, məhkəmə həmin hissədə onların izahatını mötəbər və qərəzsiz sübut növü kimi qəbul etmir. İddiaçı tərəfindən təqdim edilmiş yazışmalardan da, həqiqətən cavabdehin iddiaçıdan 6000 manat pulu borca aldığı müəyyən edilmir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçının keçmiş kürəkəni olmuşdur. Cavabdeh iddiaçının qızı ilə 2023-cü ilin dekabr ayında el adəti ilə evlənmiş və bir müddət birgə təsərrüfat aparmışlar. Bundan sonra Cavabdeh toy zamanı borc aldığını bildirəndə iddiaçının qızı İlahə İbrahimova anasından 3300 manat pul alaraq cavabdehə borclarını qaytarması üçün vermişdir. Bundan sonra cavabdeh Rusiya Federasiyasına gedəcəyini bunun üçün daha 6000 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən illik 19.40 faiz ödəmək şərti ilə 36 ay müddətinə kredit götürərək qaytarmaq şərtilə cavabdehə vermiş, lakin tərəflər arasında həmin borca dair müqavilənin yazılı formada bağlanılması ilə bağlı tələbə riayət olunmamışdır. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

43. Belə ki, iş materiallarında olan iş materiallarında olan Cavabdeh ilə iddiaçının qızı İlahə İbrahimova arasındakı whatsapp yazışmalarından görünür ki, Cavabdeh iddiaçının qızına “kart at mən o kreditin pulunu atım borcumu qurtarım hansı karta atım” sözlərini yazmış, İlahə ona kartın şəklini göndərmiş, o isə “7 mindir eləmi” cümləsini yazandan sonra, İlahə yenidən ona kredit müqaviləsinin şəklini göndərmiş, “ödəniləcək məbləğ ödəniş cədvəlinin altında qeyd edilib” yazmış, Mahir isə isə cavabında “ok” yazması müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının ona verdiyini iddia etdiyi digər pul məbləğindən məlumatı olmadığını bildirsə də, iş materiallarında olan “whatsapp” yazışmaları cavabdehin həmin dəlilini təkzib edir.

45. Belə ki, digər bir yazışmada isə X13 Hüseynova “niyə belə elədin. Ağlıma gəlir bəlkə pula görə belə elədin. Toydan sonra sənə 3300 verdik qalan borcunu ödəyəsən deyə, sonra da 6000 bankdan götürdük faizlə 8000 edir onu ödəməyəsən deyə belə etdin” sualına, cavabdeh “kağızı ala bilmədin, dedinə bəs göstərəcəm” daha sonra “mənim etdiklərimin yanında siz heçnə etməmisiniz mənim pulumun nömrəsi yoxdu”, “qaldı ki, pul məsələsinə hamısını ödəyəcəm nə qədər borcum var” sözlərini yazmışdır. Daha bir yazışmada Cavabdeh İlahə İbrahimovaya “Mən gəlməyəcəm Azərbaycana, əşyalarınızı adam göndərin yığıb aparsınar, Afizə zəng etsinlər, Afiz hər şeyi edəcək pulunuzu da, deyəcəm verəcək” sözlərini yazmışdır. Bununla da, onun qeyd olunan kredit müqaviləsindən məlumatlı olması və kredit müqaviləsi üzrə borcu ödəməyi öhdəsinə götürməsi təsdiqini tapmışdır.

46. Bundan başqa məhkəmə kollegiyası iddianın təmin edilməyən 650 manat hissəsinə münasibətdə isə qeyd edir ki, həm tərəflər, həm də, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti ilə dindirilmiş dindirilmiş şahidlər iddiaçının cavabdehə verdiyi 3300 manat puldan 650 manat hissəsini geri qaytarmasını təsdiq etmişlər. Ona görə də, kollegiya həmin hissədə apellyasiya şikayətini əsassız hesab etmişdir.

47. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçının "xxxx" ASC-dən almış olduğu 6000 (altı min) manat pulun faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1455/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, “iddiaçının "xxxx" ASC-dən almış olduğu 6000 (altı min) manatın faizi ilə birlikdə 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində” ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 7956 (yeddi min doqquz yüz əlli altı) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətrnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar