Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2064/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 ASC ilə bağladığı 21 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə18 ay müddətinə, 5200 ABŞ dolları məbləğində kredit götürmüşdür. 19 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 4938.58 ABŞ dolları təşkil edir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 21 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış, nəticədə 03 noyabr 2016-cı il tarixədək banka 3482.61 ABŞ dolları əsas borc, 1140.98 ABŞ dolları faiz borcu və 201.16 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 4824.75 ABŞ dolları borcu yaranmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3141.20 ABŞ dolları, faiz borcu 758.45 ABŞ dolları, 20 ABŞ dolları cərimə borcu, ümumilikdə 3919.65 (üç min doqquz yüz on doqquz manat altmış beş sent) ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP (XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, X4 VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında kredit müqaviləsinin təminatı kimi ona məxsus 93,2 qr çəkidə qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları bank tərəfindən mənimsənilmişdir. Hazırda onun banka heç bir borcu yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh2 onun qonşusudur, digər cavabdeh Zaur isə dayısı oğludur. Məhkəmə işə baxarkən, onunla bank arasında kredit müqaviləsinin təminatı kimi ona məxsus 93,2 qr çəkidə qızıl-zinət əşyaları banka girov qoyulmasını nəzərə almamışdır. Həmin qızıl əşyaları bu vaxtadək ona qaytarılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 165/2023 saylı saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında izahat verərək, göstərdi ki, məlum Fərmanın tətbiqi ilə bağlı müvafiq kompensasiya məbləği ödənişlərə yönəldilmiş və cavabdehin 2092,54 manat əsas borc məbləğində qalıq borcu qalmışdır. Cavabdehin banka qoyduğu qızıllar isə satılıb, borca silinmişdir. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2092,54 (iki min doxsan iki manat 54 qəpik) manat əsas kredit borcu Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər üçündən müştərək qaydada tutulduğundan qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehlərin (Cavabdeh2 və Cavabdeh3) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanlması təşkil edir. İş materiallarında olan: 21 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı1 ASC tərəfindən 18 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 may 2015-ci il tarixli Əlavə sazişdən müəyyən olunur ki, Cavabdeh1 verilmiş kreditin qalıq məbləği 4938.58 ABŞ dolları təşkil etmiş, kreditin müddəti uzadılmışdır. 21 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı1 ASC arasında bağlanmışdır. İddiaçı1 ASC tərəfindən təqdim edilmiş maliyyə arayışdan görünür ki, İddiaçı1 ASC Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 3482.61 ABŞ dolları əsas borc, 1140.98 ABŞ dolları faiz borcu və 201.16 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 4824.75 ABŞ dolları borcu mövcuddur. Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1303 nömrəli, 04 aprel 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 İddiaçı1 ASC-yə olan borcu 03 noyabr 2016-cı il tarixə müqavilə üzrə əsas borc 3141.20 ABŞ dolları, faiz borcu 758.45 ABŞ dolları, cəmi 3899.64 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 18 ay müddətinə 5200 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 may 2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin qalıq məbləği 4938.58 ABŞ dolları təşkil edir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 21 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.Lakin borclu müqaviləsinin şərtlərini pozaraq borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır, nəticədə 03 noyabr 2016-cı il tarixədək banka 3482.61 ABŞ dolları əsas borc, 1140.98 ABŞ dolları faiz borcu və 201.16 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 4824.75 ABŞ dolları borcu hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1303 nömrəli, 04 aprel 2023-cü il tarixli ekspertiza rəyində göstərilmişdir ki, Cavabdeh1 İddiaçı1 ASC-yə olan borcu 03 noyabr 2016-cı il tarixə müqavilə üzrə əsas borc 3141.20 ABŞ dolları, faiz borcu 758.45 ABŞ dolları, cəmi 3899.64 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin, müəyyən edildi ki, cavabdehin iddiaçı Banka yaranmış kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 hesabına 3827,89 manat kompensasiya mədaxil edilmiş və qalıq borcu 2092,54 manat təşkil etmişdir. Cavabdehlə güzəştli şərtlərlə yeni müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 5.1-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. 5.2-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göründüyü kimi, cavabdehin iddiaçı Banka olan borcu Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borcu olduğundan ona hesablanmış faizlər və dəbbə pulları silinmişdir. Kollegiya qeyd edir ki, cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək-borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olubolmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh1 ona məxsus 93,2 qr çəkidə qızıl-zinət əşyalarının banka girov qoyulması dəlilinə gəldikdə isə, həmin hal hazırkı mübahisənin predmeti deyildir. Ona görə də, məhkəmə kollegiyası Cavabdeh1 İddiaçı1 ASC-yə olan borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini, həmin borcun Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilməsini, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 3827,89 manat kompensasiya ödənilməsini və onun qalıq borcunun 2092,54 manat təşkil etməsini nəzərə alaraq və tələbə Fərmanın hüquqi mövqeyi kontekstində qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2092,54 manat əsas kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2092,54 (iki min doxsan iki manat 54 qəpik) manat əsas kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci tərəflərə aid edilməli və 100 manat məbləğində olan ekspertiza xərci bölünərək, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 50 manat, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 manat alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-165/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2092,54 (iki min doxsan iki manat 54 qəpik) manat manat əsas kredit borcu tutularaq Ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci tərəflərə aid edilsin. 100 manat məbləğində olan ekspertiza xərci bölünərək, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 50 manat, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 manat alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2064/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2064/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver