Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2064/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materialında olan xx.xx.2025-ci il tarixli “X7” tərəfindən göndərilmiş teleqramdan görünür ki, o 2024-cü il iyul aynda İddiaçı Şəmkir Rayon bazarında üzük satılan mağazada ondan 1000 manat pul almış, keçmiş qudası Çapaya maşın almaq üçün vermişdir.
2. İş materialında olan X8 tərəfindən aparılan icraat aparılması dair sənədlərədən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yaşayan Cavabdeh İsbəndiyar oğlu, xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat təxminən 11 radələrində Şəmkir rayon Məhkəməsində proses zaman qızından boşanmaq ərəfəsində olan kürəkəni X2 və atası İddiaçı onu və ailə üzvlərini sözlə hədələməsi və narahat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsbəndiyar oğlundan 3000 manat və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ona QAZ-53 yük avtomobili olduğunu bildirərək həmin avtomobili satmaq istədiyini bildirdi. O də həmin avtomobili oğlunun işi üçün almaq qərarına gəlmişdir. 2024-cü ilin iyul ayında Cavabdehla razılaşıb ondan avtomobili 3000 manat pula almaq barədə razılaşmışlar. Cavabdeh həmin vaxt 3000 manat pul vermişdir. Cavabdeh avtomobilin akkumulyatorunun olmadığını və bəzi hissələrin təmir olunmasına ehtiyac olduğunu bildirərək ondan möhlət istəmişdir. O da cavabdehə avtomobili işlək vəziyyətə gətirdikdən sonra ona xəbər etməsini və sonra sənədləşmə üçün aidiyyəti orqanlara gedəcəyini bildirmişdir. Cavabdehə pulu verdikdən bir müddət sonra avtomobili götürmək üçün evinə getdikdə cavabdeh avtomobilin sənədinin olmadığını bildirmiş və avtomobilin sənədinin düzəldilməsi üçün ona möhlət verməsini xahiş etmişdir. O isə ona qısa müddət ərzində ya avtomobil sənədləri ilə birlikdə ona təhvil verməyi, ya da ki ona verdiyi 3000 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdehlə razılaşmadan xeyli müddət keçməsinə baxmayaraq o verdiyi sözə əməl etməmişdir. Bundan sonra dəfələrlə cavabdehə ona verdiyi pulu və ya söz verdiyi avtomobili verməsini tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdehin onu aldatması və ona verdiyi pulu qaytarmaması ilə bağlı Şəmkir RPŞ-nə müraciət etmişdir. Cavabdeh Şəmkir RPŞ-də verdiyi ifadədə ona pul verdiyini təsdiqləsə də, lakin maddi imkanın olmadığı üçün pulu qaytara bilməyəcəyini qeyd etmişdir. Cavabdeh ona pulu könüllü vermədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa cavabdehə verdiyi pulu təsdiq edəcək şahidləri vardır. Cavabdehə verdiyi pulun 1000 manatını X3 almışdır.
5. Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 740.1, 740.2, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2636/2025 nömrəli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ona QAZ-53 yük avtomobili olduğunu bildirərək həmin avtomobili satmaq istədiyini bildirmişdir. Oda həmin avtomobili oğlunun işi üçün almaq qərarına gəlmişdir. 2024-cü ilin iyul ayında Cavabdehla razılaşmış, avtomobili 3000 manat pula almaq barədə razılaşmışdılar. Cavabdeh həmin vaxt 3000 manat pul vermişdir. Cavabdeh avtomobilin akkumulyatorunun olmadığını və bəzi hissələrin təmir olunmasına ehtiyac olduğunu bildirərək ondan möhlət istəmişdir. O da cavabdehə avtomobili işlək vəziyyətə gətirdikdən sonra ona xəbər etməsini və sonra sənədləşmə üçün aidiyyəti orqanlara gedəcəyini bildirmişdir. Cavabdehə pulu verdikdən bir müddət sonra avtomobili götürmək üçün evinə getdikdə cavabdeh avtomobilin sənədinin olmadığını bildirmiş və avtomobilin sənədinin düzəldiltməsi üçün ona möhlət verməyini xahiş etmişdir. O, isə cavabdehə qısa müddət ərzində ya avtomobili səndləri ilə birlikdə ona təhvil verməyi ya da ki, verdiyi 3000 manat pulu geri qaytarmağı tələb etmişdir. Cavabdehlə razılaşmalarından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmişdir. Bundan sonra dəfələrlə cavabdehə verdiyi pulu və ya söz verdiyi avtomobili verməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdehin onu aldatması və verdiyi pulu qaytarmaması ilə bağlı Şəmkir RPŞ-nə müraciət etmişdir. Cavabdeh Şəmkir RPŞ-də verdiyi ifadədə ona pul verdiyini təsdiqləsə də, lakin maddi imkanın olmadığı üçün pulu qaytara bilməyəcəyini qeyd etmişdir. Cavabdeh ona pulu könüllü vermədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə onun iddia tələbinin əsaslı olmasına baxmayaraq iddia tələbini rədd etmişdir. Hesab edir ki, o, iddia tələbində qeyd olunan halları şahid ifadəsi ilə sübuta yetirmişdir. Cavabdeh isə onun avtomobilinin olmasını,avtomobilin səndələrinin qaydasında olmamasını etiraf etmişdir. Hesab edir ki məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. O, iddia tələbinin əsasını sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə onun sübutlarını düzgün qiymətləndirməmiş, iddiaya dair heç bir sübut təqdim edə bilməyən cavabdehin xeyrinə qərar qəbul etmişdir. Hesab edir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməmişdir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh İsbəndiyar oğlu İddiaçı Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinə dair məhkəmə kollegiyasına etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiasının təmin edilməsinə dair heç bir sübut yoxdur və onun iddiasının əsaslı olmasına dair birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı oğlunun nikahın pozulmasını istəmədiyindən bu vasitələrlə haqsız iddia qaldıraraq ona təsir etmək istəyir. Bundan başqa iddia tələbində qeyd edilən maşın iddiaçının dediyi məbləğdə satılması qeyr-mümkündür. Çünki həmin maşının ciddi təmirə ehtiyacı var. Həmçinin iddiaçını məhkəməyə dəvət etdikləri şahiləri isə, o, tanımır, məhkəmə zamanı məlumatı olmuşdur ki, iddiaçının qonşularıdır və onların verdikləri izahatlar isə oxşar məzmunlu olmaqla iddia tələbinə uyğun olmayan izahatlardır. Lakin buna baxmayaraq, iddiaçı heç bir əsas olmadan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına etiraz ünvanlayaraq, səhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılaraq, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
17. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 29 Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin halları ondan ibarətdir ki, iddiaçı 2024-cü ilin iyul ayında Cavabdehla razılaşıb ondan avtomobili 3000 manat pula almaq barədə razılaşmışlar. Cavabdeh həmin vaxt 3000 manat pul vermiş, amma cavabdeh ona nə maşını verdiyini, nə də ki, 3000 manat pulunu qaytarmadığını bildirmişdir.
38. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin ona həm avtomobili vermədiyini, həm də 3000 manat məbləğdə olan pulu qaytarmadığını iddia edir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
40. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
41. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
43. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Göründüyü kimi, iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir.
45. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
50. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
51. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, Cavabdeh qızı ilə iddiaçının oğlu ailə həyatı qurmuşdurlar. İddiaçı toy ərəfəsində 2024-cü ilin iyul ayında Cavabdehla razılaşıb ondan avtomobili 3000 manat pula almaq barədə razılaşmasını, Cavabdeh həmin vaxt 3000 manat pul verməsini iddia ərizəsində qeyd etmişdir. İddiaçı iddia ərizəsində - bir neçə dəfə maşını və pulunu istəsə də cavabdeh nə maşını vermiş, nə də ki, pulu qaytarmamasını - bildirmişdir. Baxılan iş üzrə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin ona 3000 manat məbləğdə borcu olmasını bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə nədəki, Məhkəmə Kollegiyasına heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşıyır və inandırıcı deyildir.
52. Göründüyü kimi, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(076)-2636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.