Məhkəmə qərarları › İş №2(104)-2065/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2065/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2065/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)- 270/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat əsas borcun, 5000 manat əldən çıxmış faydanın, ümumilikdə 17000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinin qismən təmin edilməsi, Cavabdeh 6510 manat (altı min beş yüz on) manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilməmiş 85.10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-270/2023 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-270/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)- 270/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(021)-270/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini MPM-in tələblərinə uyğun hazırlamışdır və qərardadda qeyd olunan “məhkəmə qətnaməsinin nəticə hissəsini” aydın şəkildə “qara şriftlə” yazmışdır. Həmçinin iddia tələbini təmin olunmasına dair dəlilini də göstərmişdir. Ancaq nədənsə apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün göndərilmədən geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-270/2023 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-270/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-270/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti baxılması üçün iş materialları ilə mülki kollegiyaya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 363.1.1-1-ci madəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli 2(021)-270/2023 saylı qərardadında qeyd edilmişdir ki, barəsində şikayət verilən məhkəmə aktının nəticə hissəsi qeyd olunmamış, istinad etdiyi konkret fakt və hallar, habelə onu təsdiq edən sübutlar göstərilməmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-270/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə nəzər saldıqda, şikayətin MPM-nin 361-ci maddəsinə uyğun tərtib edildiyi və birinci instansiya məhkəməsinin şikayət verilən aktının nəticəvi hissəsi və iddiaçının qətnamədən narazı olduğu hallar qeyd olunmuşdur. Hazırkı iş üzrə apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda səhvə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-270/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya şikayətinə baxılmasından ötrü mülki kollegiyaya verilməsi üçün məhkəmənin dəftərxanasına verilməlidir Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-270/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya şikayətinə baxılmasından ötrü mülki kollegiyaya verilməsi üçün məhkəmənin dəftərxanasına verilsin. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar