Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-207/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətni yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Elxan oğlu, X6. Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 4928,79 manat məbləğində kredit borcu, 444,20 manat məbləğində faiz borcu və 492,88 manat məbləğində cərimə olmaqla ümumilikdə 5865,87 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 Elxan oğlu, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 4928,79 manat məbləğində kredit borcu, 444,20 manat məbləğində faiz borcu və 5 manat məbləğində cərimə olmaqla ümumilikdə 5377,99 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və problemli kreditlərin həllinə dair Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq kreditin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(104)-2222/2024 saylı qərardadı ləğv edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayətin Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun verilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Ağstafa rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim M.R.Hüseynov, iş 2(015)-36/2017) iddiaçı "xxxx" QSC-nin cаvаbdehlər Cavabdeh2 Elxan oğlu, Cavabdeh3, X4 və Cavabdeh4 qаrşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada "xxxx" QSC-nin xeyrinə cəmi 5377,99 mаnаt məbləğində bоrcun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, Ş.Q.Rzaquliyev və N.N.Quliyev) cаvаbdeh Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağstafa rayon məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin ona münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7369/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli qərardadının 41-ci bəndində qeyd edilir ki, qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7369/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 Elxan oğlu kreditin qaytarılmasını təmin etmədiyindən, Cavabdeh3, X4 və Cavabdeh4 isə belə vəziyyətin baş verməsi halı ilə əlaqədar borcun qaytarılması üçün zamin kimi üzərilərinə öhdəlik götürdüklərindən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə borcun onlardan müştərək qaydada tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, X1 hazırda şikayət verdiyi qətnamə Cavabdeh2 Elxan oğlunun şikayəti əsasında tam yoxlanılmışdır. Azərbaycan Respublikası MPM: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1 və 363.1.1 apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun verilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 363.1-ci maddələsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(104)-2222/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-36/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayətin Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-207/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-207/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver