Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2077/2024 27.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1811,52 manat əsas, 0 manat faiz, 372,97 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 2184,49 manat məbləğində borcun iş üzrə ödənilmiş 41,85 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə bank müştəriyə cari hesab açmağı və hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək onun vəzifəsi olaraq müəyyən edilmişdir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Müqavilənin 2.9-cu maddəsinə əsasən müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30(otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) faiz məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Cavabdeh tərəfindən texniki overdrafta yol verilmiş və overdraft məbləğindən ödənişlər edilməmişdir. Hazırki tarixə kimi borclunun 1811,52 manat məbləğdə borcu vardır. Mübahisənin məhkəmədən kənar həlli isə mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1811,52 manat əsas və 10 manat cərimə borcu olmaqla cəmi 1821,52 (bir min səkkiz yüz iyirmi bir manat əlli iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş puldan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38,20 manat məbləğdə vəsaitin əvəzinin Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsi yoxlanılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 14/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün iş materialları ilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli reyestrlə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti elektron məhkəmə sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci madddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsinin xx.xx.2024-cü il tarixdə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnamənin xx.xx.2024-cü il tarixdə almasını məhkəmə kollegiyası inandırıcı saymır. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları ilə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2077/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2077/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver