Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2080/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxn (bundan sonra ASC) cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kreditin borcunun vərəsələrdən tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı ASC “Xalq” Bankın nümayəndəsi Nümayəndə1 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankın cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-615/2024 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ödəniş tapşırığından görünür ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu ödənilmişdir.
2. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Gəncə filalı ilə X11 arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit sazişindən və 14 noyabr 2022-ci il tarixli məxaric orderindən görünür ki, X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir.
3. 06 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X12 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli müqaviləyə əsasən 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu vardır.
4. “Ölüm haqqında şəhadətnamədən” məlum olur ki, X12 15 dekabr 2022-ci il tarixdə ölmüşdür.
5. 11 may 2023-cü il tarixdə təsdiq edilmiş 2V-106 reyest nömrəli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”ndən məlum olur ki, cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 mərhum X6 miras qalmış, 8272 (səkkiz min iki yüz yetmiş iki) manat, 89 (səksən doqquz) qəpik sığorta pulundan irs almalıdırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC “Xalq” Bank cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən mərhum X12 ilə bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli müqaviləyə əsasən 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 127 (bir yüz iyirmi yeddi) manat pulun cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 tutulub Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X12 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir. X8 06 aprel 2024-cü il tarixə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu yaranmışdır. X12 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 X8 vərəsələri olmaqla onun hüquqi varisidirlər. X1 miras qalmış, 8272 (səkkiz min iki yüz yetmiş iki) manat, 89 (səksən doqquz) qəpik sığorta pulundan reyest nömrəsi 2V106 olan 11 may 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi”nə əsasən irs almalıdırlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-615/2024 nömrəli qətnaməsi (hakim Mübariz Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsi üzrə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 20 (iyirmi) manat penya olmaqla, cəmi 11885 (on bir min səkkiz yüz səksən beş) manat, 16 (on altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 125 (bir yüz iyirmi beş) manat alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə ödənilməsi, iddia tələbinin 284 (iki yüz səksən dörd) manat, 93 (doxsan üç) qəpik hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 462.1 və 467-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 58.1, 58.2, 119.1, 124.1, 216-220 və 233-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-615/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, X12 ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın Gəncə filialı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsi bağlanan zaman fərdi qəza sığorta müqaviləsi bağlanılmışdır. Sığorta müqaviləsinə qoşmada qeyd edilmişdir ki, ölüm hadisəsi zamanı sığorta pulu 100 faiz həcmində sığorta şirkəti tərəfindən ödənilməlidir. Ancaq göründüyü kimi Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı Gəncə filialı kredit borcunu sığortadan tələb etmək əvəzinə X8 vərəsələrindən tələb etmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini pozaraq iddianı qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, X12 ilə iddiaçı ASC “Xalq” Bankın Gəncə filialı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsi bağlanan zaman fərdi qəza sığorta müqaviləsi bağlanılmışdır. Sığorta müqaviləsində qoşmada qeyd edilmişdir ki, ölüm hadisəsi zamanı sığorta pulu 100 faiz həcmində sığorta şirkəti tərəfindən ödənilməlidir. Ancaq göründüyü kimi ASC “Xalq” Bankı Gəncə filialı kredit borcunu sığortadan tələb etmək əvəzinə X8 vərəsələrindən tələb etmişdir. Məhkəmə isə qanunvericiliyin tələblərini pozaraq iddianı qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC “Xalq” Bankın nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirmişdir ki, mərhum X12 ilə iddiaçı ASC “Xalq” Bank Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat, məbləğində kredit vermişdir. X8 06 aprel 2024-cü il tarixə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu yaranmışdır. X12 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 X8 vərəsələri olmaqla onun hüquqi varisidirlər. Bundan başqa cavadehin nümayəndəsi və vəkilinin qeyd etdiyi sığorta ilə bağlı bildirmək isdəyir ki, həmin sığorta fərdi qəza hadisəsi üçün nəzərdə tutulub və bu ölüm halına şamil edilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
32. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, yalnız iddianın təmin edilmiş hissəni mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh3 münasibətdə həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-615/2024 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
51. Beləliklə, işin halları ondan ibarətdir ki, mərhum X12 ilə iddiaçı xxxxn Gəncə filalı arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli DKM/007N05A01789922 nömrəli kredit müqaviləsinə əsasən mərhum X9 24 ay müddətinə, illik 12% olmaqla 15000 (on beş min) manat məbləğində kredit vermişdir. X8 06 aprel 2024-cü il tarixə 10855 (on min səkkiz yüz əlli beş) manat, 59 (əlli doqquz) qəpik əsas borc, 1009 (min doqquz) manat 57 (əlli yeddi) qəpik faiz borcu, 304 (üç yüz dörd) manat, 93 (doxsan üç) qəpik penya olmaqla, cəmi 12107 (on iki min yüz yeddi) manat, 09 (doqquz) qəpik borcu yaranmışdır. X2 isə 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Borcalan öldükdən sonra isə X7, Cavabdeh2 və Cavabdeh3 onun vərəsəliyini qəbul etmişlər.
52. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
54. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
55. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
56. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
57. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
58. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
59. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
60. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Lakin, daha sonra borcalan 15 dekabr 2022-ci il tarixdə ölmüşdür. Buna görə də hazırda kreditor olan bank müqavilə üzrə yaranmış borcun borcalanın vərəsələrindən tutulmasını istəyir.
61. Azərbaycan Respublikasının MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
62. Azərbaycan Respublikasının MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
63. Azərbaycan Respublikasının MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
64. Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
65. Azərbaycan Respublikasının MM-in 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.
66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, X8 Açıq Səhmdar Cəmiyyəti “Xalq” Banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu pulun onun mirasını qəbul etmiş vərəsəsindən tutmaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.
68. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun vərəsələrdən tutulması əsaslıdır.
69. Apellyatorun borcun sığorta tərəfindən ödənilməsi və bu barədə sığrota müqaviləsinin olması ilə bağlı kollegiya qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas verə bilməz. Çünki, X12 xx.xx.2023-cü il tarixli, GNC-XO-2.2.2023-001-ci il saylı fərdi qəza sığortası növü ilə sığortalanmışdır. Belə ki, ölüm haqqında tibbi şəhadətnamə mərhumun “ürək-damar” xəstəliyi nəticəsində ölməsi müəyyən edilmişdir.
70. Məhkəmə Kollegiyası qeyd edir ki, “Fərdi qəza sığortası” Qaydalarının 1.2 və 1.3-cü maddələrinə (fərdi qəza sığortası üzrə sığortaçı bu şərtlər daxilində Sığorta olunanın sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verir. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, Sığorta olunanın iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə başa düşülür.) əsaslanılaraq sığortalı X8 ölümünün sığorta təminatına aid olan bədbəxt hadisə anlayışını əhatə etməsi öz təsdiqini tapmadığından və baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
74. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, baxılan işdə sığortalı X8 ölümünün sığorta təminatına aid olan bədbəxt hadisə anlayışını əhatə etməsi öz təsdiqini tapmadığından və onun ölümü siğorta olunanın iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə olmadığından, baş vermiş hadisə (ölüm) sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən bu əsasla imtina edilmişdir.
76. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
77. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-615/2024 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.