Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2085/2024 07.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil Bünyət oğlunun iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2787/2022 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmaqla, hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Babaşov) iddia qismən təmin edilmiş, 16 aprel 2006-cı il təvəllüdlü X9 və 16 fevral 2009-cu il təvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-594/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 ( üç yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçının özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların nikahı pozulduqdan sonra birgə nikah dövründə olan övladları iddiaçının himayəsində yaşayır. Maddi imkanı olduqca zəifdir və uşaqlara baxılmasında çətinlik çəkir. Övladlarının hər ikisi məktəblidir və onların təlabatları günü-gündən artır. Bunun üçündə əvvəl müəyyən olunmuş alimentin məbləği artıraraq hər ay hər uşağa görə cəmi 470 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkili və nümayəndəsi Vəkil Bünyət oğlu ilə təmsil edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil Bünyət oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh Bakı şəhərində kirayə evdə yaşayır. Cavabdeh həmçinin ikinci dəfə ailə həyatı qurmuş və ikinci ailəsindən də, 2 uşaqı dünyaya olmuşdur. Maddi vəziyyəti yaxşı deyil. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı apelyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsinin alimentlə bağlı iddianın təmin edilməmiş hissəsini mübahisələndirərək, 16 aprel 2006-cı il təvəllüdlü X9 və 16 fevral 2009-cu il təvllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh hər növ qazancından hər ay hər uşaqa görə 235 manat, cəmi 470 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 391689 saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı 31 mart 2021-ci il tarixdə 76 nömrəli akt qeydi ilə evlənmişlər, nikahdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 808102 saylı arayışdan görünür ki, X9 16 aprel 2006-cı ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 239315 saylı arayışdan görünür ki, X8 16 fevral 2009-cu ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. X18 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 506725 saylı X3 surətindən görünür ki, Cavabdeh və X10 01 iyul 2022-ci il tarixdə nikahlarını 863 saylı akt qeydi ilə bağlamaqla, ərə Həsənov, arvada Vəliyeva soyadı verilmişdir. Xaçmaz rayonu Qusarçay İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV 512350 saylı X4 surətindən müəyyən olunur ki, X11 xx.xx.2020-ci ildə anadan olmuş, anası X6r. Tibbi Ərazi Bölmlərərinin X13 Rayon Mərkəzi Xəstəxanası X19 tərəfindən verilmiş 207 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə RMX-nın Poliklinika şöbəsinin Endokrinoloji kabinetində 22.02. 2010-cu il tarixdən “Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli, dekompensasiyalı diabetik polineyropatiya. OU- Diabetik qeyri- proliferativ retinopatiya. Aşağı ətrafların diabetik angiopatiyası və həmin ildən travmatoloji kabinetdə sağ baldır ayaq oynağının artrodezi. Ətrafın 7.5 sm qısalığı, yerişin pozulması, diaqnozu ilə dispanser qeydiyyatındadır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2787/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 16 aprel 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən 43,16 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən etməyən tərəf Cavabdehdur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə görə : 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X1 birgə nilkahından 16 aprel 2006-cı il təvəllüdlü X9 və 16 fevral 2009-cu il təvllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra, uşaqlar anasının himayəsində qalmışlar və onunla yaşayırlar. Bərdə Rayon Məhkəməsinin 2(021)-2787/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, 16 aprel 2006-cı il təvəllüdlü X5 və 16 fevral 2009-cu il təvllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-571/2021 saylı 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşağa görə 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay uşağa görə 160 manat cəmi 320 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya dəlillərinə münasibətdə qeyd edir ki, o, cavabdehin yüksək gəlirlərinə dair həm iddia ərizəsinə, həm apellyasiya şikayətində heç bir sübut növü əlavə etməmişdir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh iddiaçı ilə boşanmadan sonra başqası il ailə həyatı qurmuş və ondan da uşaqları vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-905/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2085/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2085/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver