Məhkəmə qərarları › İş №2(104)-2086/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2086/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2086/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 fevral 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 64 ay müddətinə 10860 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışdan görünür ki, İddiaçı ASC Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 10502,51 ABŞ dolları borcu mövcuddur.

3. Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

4. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 143,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8493 nömrəli, 21 dekabr 2023-cü il tarixli ekspertiza rəyində göstərilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu 16 iyun 2020-ci il tarixə müqavilə üzrə əsas borc 10.668,50 ABŞ dolları, faiz borcu 12.807.47 ABŞ dolları, 13 iyun 2023- cü ilı tarixə əsas borc 10.668,60 ABŞ dolları, faiz borcu 12.807.47 ABŞ dolları, illik faiz borcu 1.595,85 ABŞ dolları müəyyən edilmişdir.

6. Məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən əldə edilmiş cavabdehə məxsus xx.xx.2015-ci il tarixli, 1/31/79963990 USD saylı məxaric orderinin əslindən görünür ki, kredit məbləği təqdim olunub Cavabdeh (AZE 06885195 Bərdə RPŞ xx.xx.2009) və o, məbləği almasına dair imza etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10502,51 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 143.56 manat dövlət rüsünunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 13 fevral 2015-ci il tarixli 1/31/79963990USD nömrəli kassa-məxaric orderindən görünür ki, 13 fevral 2015-ci il il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10860 (on min səkkiz yüz altmış) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 10860 (on min səkkiz yüz altmış) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsədə, kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin DəmirBank” ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 ay qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 10860 (on min səkkiz yüz altmış) ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Geyd etməyi zəruri hesab edirlər ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun olmasıdır. Avropa insan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, ack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 10860 (on min səkkiz yüz altmış) ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh əsas borcu 10502,51 min beş yüz iki ABŞ dolları 51 sent) ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 10502.51 (on min beş yüz iki ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi (ekvivalenti) və 143,56 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP (XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 13 fevral 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 64 ay müddətinə 10860 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin məbləğin ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.

11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2,-ci maddələrinə,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bərdə rayon məhkəmməsinin xx.xx.2024-ci il tarixli 2(021)-155/2024 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan Dəmirbank ASC ona qarşı Bərdə rayon məhkəməsində kredit borcunun qaytarılması tələbinə dair iddia qaldırmış 10502,51 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 143.56 manat dövlət rüsumunun ondan tutularaq Ləğv prosesində olan Dəmirbank ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10860(on min səkizyüz altmış) ABŞ dolları məbləğində kreditə pul götürmüşdür. Ancaq götürülmüş kredit borcunun yarıdan çox hissəsi ödənilsə də bank bunu nəzərə almayaraq əsas borc kimi bu məbləği göstərmişdi. Buna baxmayaraq Bərdə rayon Məhkəməsi onun iştirakı olmadan heç bir araşdırma aparılmadan iddiaçının iddiası təmin olunmuş ondan 10502.51(on min beş yüz iki ABŞ dolları,əlli bir sent) ABŞ dolları məbləğində pul və 143,56 manat ödənilmiş dövlət rüsumun alınaraq iddiaçı Ləğv prosesində olan Dəmirbank ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdi. Hesab edir ki, Ləğv prosesində olan Dəmirbank ASC öz maraqlarına uyğun olaraq fantastik formada şişirdilmiş pul tələbini ondan tələb etmişdir. O, bununla qəti olaraq razılaşmır, bunun üçündə Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 155/2024 saylı qətnaməsini Gəncə Apeliyasiya Məhkəməsi xəttşünaslıq ekspertiziyası keçirilməsini və Məhkəmənin verdiyi qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini məqsədə uyğun olduğunu hesab edir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

17. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır.

25. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

31. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 13 fevral 2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi ilə Cavabdeh İddiaçı ASC tərəfindən 64 ay müddətinə 10860 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 10502,51 ABŞ dolları borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Həmin məbləğin ödəniş cədvəli üzrə ödənilməsi müəyyən edilmişdir. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bu əsasla iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10502,51 ABŞ dolları əsas borcun və iş üzrə ödənilmiş 143.56 manat dövlət rüsünunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10502.51 (on min beş yüz iki ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi (ekvivalenti) və 143,56 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, cavabdeh müqavilə ilə üzərlərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8493 nömrəli, 21 dekabr 2023-cü il tarixli ekspertiza rəyində göstərilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu 16 iyun 2020-ci il tarixə müqavilə üzrə əsas borc 10.668,50 ABŞ dolları, faiz borcu 12.807.47 ABŞ dolları, 13 iyun 2023- cü ilı tarixə əsas borc 10.668,60 ABŞ dolları, faiz borcu 12.807.47 ABŞ dolları, illik faiz borcu 1.595,85 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyindəki hesablamaların doğru olmaması məhkəmə kollegiyasında şübhə doğurmamış və rəyin mötəbərliyinə şübhə altına salan əsaslar mövcud olmamışdır.

35. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, onun iştirakı olmadan birinci instansiya məhkəməsi işə baxmışdır. Ancaq iş materiallarının 40-cı səhifəsində olan Poçt göndərişinin çatdırılması haqqında xəbərnamədən (F.119) görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Fazil Nəcəfov almışdır. İş materiallarının 49-cu səhifəsində olan Poçt göndərişinin çatdırılması haqqında xəbərnamədən (F.119) görünür ki, Cavabdeh təxir barədə məhkəmə bildirişini xx.xx.2023cü il tarixdə oğlu Sənani Nəcəfov almışdır. Cavabdeh özü şəxsən məhkəməyə vəsatət və teleqram (iş materialları səhifə 52,54) ilə müraciət etmişdir. Bundan başqa, apellyator verdiyi apellyasiya şikayətində kredit borcunun yarıdan çox hissəsini ödəməsini, məhkəmənin heç bir araşdırma aparmamasını borcun fantastik formada şişirdilməsini göstərsə də, bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Kollegiyanın şifahi sorğusu əsasında əldə edilmiş cavabdehə məxsus xx.xx.2015-ci il tarixli, 1/31/79963990 USD saylı məxaric orderinin əsli də iş materiallarına əlavə edilmişdir.

36. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(021)-155/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar