Məhkəmə qərarları › İş №2(104)-2091/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2091/2025

01.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2091/2025 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1, cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2 Məhəmmədəli oğlu, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (həmçinin digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, * saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri Məhəmməd ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair Məmmədov Həsən İbrahim oğlunun adına ##.##.1948-ci il tarixli torpaq haqqında qeyd işlənmişdir. Gəncə şəhər * saylı notariat kontorunun ##.##.2008-ci il tarixli, 2V-1-** reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Məhəmməd ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X1 irs edilmiş və onun adına ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 202013001495-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli, 2V-74 və *V-** nömrəli vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Məhəmməd ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh irs edilmiş və onun adına ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 202013001495-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ***** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ##.##.2005-ci il tarixdə Məmmədov Həsən İbrahim oğlunun adına qeydə alınmışdır.

3. * saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, reyestrdə 4Ə-2799 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Məhəmməd Füzuli küçəsi ** saylı ünvanda yerləşən 0.0208 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2007-ci ildə anadan olmuş qızı X4 və ##.##.2009-cu ildə anadan olmuş oğlu X5 ilə birlikdə cavabdeh Cavabdeh məxsus Gəncə şəhəri Füzuli küçəsi ** saylı ünvanda yerləşən evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları anadan olmuşdur. ##.##.2007-ci il təvəllüdlü X4 və ##.##.2009-cu il təvəllüdlü X5. Əfqan ilə nikaha daxil olan vaxt-2005-ci ildə onun qeydiyyatda olduğu və yaşadığı Gəncə şəhəri, ünvan 3 ünvanına gəlin köçmüş, 19 il həmin ünvanda yaşamışdır. Uşaqları orada doğulub, böyümüş, orada qeydiyyatdadırlar, cehiz əşyaları da həmin ünvandadır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə aralarında olan narazılığa görə Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Əfqanla yola getmədiyi vaxtdan bəri anası cavabdeh Cavabdeh onunla və uşaqları ilə pis rəftar etməyə başlamış, səbəbsiz yerə onları təhqir etməyə başlamışdır. Onlara hamamdan, mətbəxdən, sanuzeldən və evin otaqlarından istifadə etməyə imkan verməmiş, daim evdən çıxmalarını tələb etmişdir. Məcbur olub 2024-cü ilin iyul ayında uşaqları da götürüb qonşuluqda olan ata evinə getmişdir. Yaşamaq üçün başqa evləri yoxdur. Buna görə də məcbur olub evdən istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə oraya köçürülmələrinə dair iddia qaldırmışdır. Onun 19 il yaşadığı evdə uşaqları ilə birlikdə istifadə hüququ vardır. O, həmin evə orada yaşayanların razılığı ilə daimi yaşamaq üçün gəlin gəlmişdir. O, həmin evə gəlin köçdüyü ##.##.2005-ci ildə evin hüquqmüəyyənedici sənədi olmamışdır. Sadəcə olaraq DƏDRXnin * saylı Ərazi İdarəsində cavabdehin qayınatasının, yəni 3-cü şəxs olan Əfqanın ata babası Məmmədov Həsən İbrahim oğlunun adına ##.##.1948-ci il tarixli torpaq haqqında qeyd olmuşdur. Evin mülkiyyətçisi olmadığından o, heç kimlə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlaya bilməmişdir və bu səbəbdən evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Gəncə şəhər * saylı notariat kontorunun ##.##.2008-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən mübahisəli ev cavabdehin həyat yoldaşı X1 irs edilmiş və ona Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxt mülkiyyətçi onun və uşaqların həmin evdə yaşamasına etiraz etməmişdir. Beləliklə, ##.##.2024-cü il tarixdə vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən cavabdehin mülkiyyətinə keçən evdə onun və uşaqlarının istifadə hüququ yaranmışdır. Əgər cavabdeh onların evdə yaşamalarına razı deyilsə, bazar qiyməti ilə müvafiq kompensasiya ödəməlidir. Onun daimi yaşamaq üçün başqa evi, mənzili yoxdur.

6. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi; iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2005-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan ## #### 2007-ci il tarixdə Fatimə, ## ###### 2009-cu il tarixdə Əliyusif adlı uşaqları doğulmuşdur. Əfqan ilə nikaha daxil olanda 2005-ci ildə onun qeydiyyatda olduğu və yaşadığı Gəncə şəhəri ünvan 2 ünvanına gəlin kimi köçmüşdür. 19 il həmin ünvanda yaşamışdır. Uşaqları orada doğulub böyümüşlər, orada qeydiyyatdadırlar, cehiz əşyaları da həmin ünvandadır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə aralarında olan narazılığa görə Gəncə Şəhər məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar himayəsində saxlanılmışdır. Əfqanla yola getməyən vaxtdan onun anası cavabdeh X7 uşaqları ilə pis rəftaq etməyə, səbəbsiz yerə onları təhqir etməyə başlamışdır. Cavabdeh onlara hamamdan, mətbəxdən, sanuzeldən və evin otaqlarından istifadə etməyə imkan verməmiş, daim evdən çıxmağını tələb etmişdir. Məcbur olub 2024-cü ilin iyul ayında uşaqları da götürüb qonşuluqda olan ata evinə getmişdir. Yaşamaq üçün başqa evləri yoxdur. Ona görə də məcbur olub evdən istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə ora köçürülməyinə dair iddia qaldırmışdır. 19 il yaşadığı evdə uşaqları ilə birlikdə istifadə hüququ vardır. Həmin evə orada yaşayanların razılığı ilə daimi yaşamaq üçün gəlin gəlmişdir. Həmin evə gəlin kimi köçdüyü ##.##.2005-ci ildə evin hüquqmüəyyənedici sənədi olmamışdır. Sadəcə olaraq DƏDRX-nin * saylı Ərazi İdarəsində cavabdehin qaynatasının, yəni 3-cü şəxs olan Əfqanın ata babası Məmmədov Həsən İbrahim oğlunun adına ##.##.1948-ci il tarixli torpaq haqqında qeyd olmuşdur. Ona görə də evin mülkiyyətçisi olmadığından heç kimlə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlaya bilməzdi və bu səbəbdən evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməzdi. Gəncə şəhər * saylı notariat kontorunun ##.##.2008-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən mübahisəli ev cavabdehin həyat yoldaşı X1 irs edilmiş və ona Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vaxt mülkiyyətçi və uşaqların həmin evdə yaşamasına etiraz etməmişdir. Həmin evdə cavabdeh və sabiq əri ilə birlikdə 19 il yaşayıb onlarla ümumi təsərrüfat aparmışdır. Həmin vaxtdan evdən istifadə hüququ yaranmışdır. MM-nin 158-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ da əmlak hüququ hesab edilir. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi onun əmlak hüququnun xitamına səbəb olmur. 2008-ci ildə evin cavabdehin ərinə vərəsəlik qaydasında keçməsindən sonra da yeni mülkiyyətçi onun evdən çıxmağını tələb etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tətbiq etdiyi qanunları ancaq cavabdehin xeyrinə şərh edərək, əsassız və ədalətsiz qətnamə çıxartmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat:

11. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları anadan olmuşdur. ##.##.2007-ci il təvəllüdlü X4 və ##.##.2009cu il təvəllüdlü X5. Əfqan ilə nikaha daxil olan vaxt ##.##.2005-ci ildə onun qeydiyyatda olduğu və yaşadığı Gəncə şəhəri, ünvan 3 ünvanına gəlin köçmüş, 19 il həmin ünvanda yaşamışdır. Uşaqları orada doğulub, böyümüş, orada qeydiyyatdadırlar, cehiz əşyaları da həmin ünvandadır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə aralarında olan narazılığa görə Gəncə Şəhər Məhkəməsinin ##.##.2024cü il tarixli, qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. O, 2024-cü ildən evdən çıxıb qonşuluqda olan ata evində uşaqları ilı yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil2 Məhəmmədəli oğlu apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (o, həmçinin digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 etibarnamə üzrə nümayəndəsidir) apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, iddiaçının uşaqları ilə birlikdə hazırda ona məxsus olan evdə yaşamasına razı olmadığını, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

22. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

23. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2005-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı Gəncə şəhəri Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin zaman ev Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ***** nömrəli qeydiyyat vəsiqəsi əsasında (iddiaçının ərinin babası) Məmmədov Həsən İbrahim oğlunun adına qeydə alınmışdır. Həmin şəxs ##.##.19**-ci il tarixdə vəfat etmiş olduğundan iddiaçı gəlin köçən zaman sözügedən fərdi yaşayış evi mərhum mülkiyyətçinin vəsiyyətnamə və qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu (iddiaçının qaynatası) Rafiq Məmmədovun sahiblik və istifadəsində olmuşdur. İddiaçı İddiaçı ilə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin yaşayış sahəsində birgə ailə təsərrüfatı idarə etmişlər. Lakin, sonradan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçı həmin evə istifadə hüququ olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

40. İşin hallarından göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2005-ci il tarixdə mübahisəli yaşayış sahəsinə gəlin köçən zaman ev qeydiyyat vəsiqəsi əsasında mərhum (iddiaçının ərinin babası) Məmmədov Həsən İbrahim oğlunun adına olmaqla, faktiki olaraq sonuncunun vəsiyyətnamə və qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu (iddiaçının qaynatası) Rafiq Məmmədovun sahiblik və istifadəsində olmuşdur. Odur ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri ##.##.2005-ci il tarixdən yarandığı üçün, habelə həmin zaman evin hüquqmüəyyənedici sənədi olduğundan tərəflər arasında yaranmış hazırkı mübahisə Mülki Məcəllənin 228-ci maddəsi müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Kollegiya xüsusilə vurğulamağı zəruri sayır ki, iddiaçı mübahisəli yaşayış sahəsinə gəlin köçən zaman evə dair onun qaynatası Rafiq Məmmədovun adına vərəsəlik şəhadətnaməsi verilməmiş olması, habelə əmlakın onun adına dövlət reyestrində qeydə alınmamış olması isə əmlakın həmin şəxsə məxsus olmaması anlamına gəlmir və qeyd edilən hal iş üzrə fərqli bir nəticəyə gəlinməsinə səbəb ola bilməz – belə ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.

42. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarında bu məsələnin əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.

43. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

44. Beləliklə, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228-ci maddəsi təşkil edir.

45. Tələbinin əsaslılığının araşdırılması baxımından isə, ilk növbədə iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranıb-yaranmaması müəyyənləşdirilməlidir.

46. Qeyd edilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

47. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə iddiaçı İddiaçı mərhum qaynatasının digər ailə üzvü kimi ona məxsus fərdi yaşayış evində yaşamış olsa da, lakin həmin evdən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışdır.

48. Çünki, iddiaçı və mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmuş şəxs arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

49. Hətta iddiaçının mübahisəli evə qeydiyyata alınmasına evin mülkiyyətçisi Rafiq Məmmədovun rəsmi razılığı olmuşdursa belə, bu razılıq özlüyündə iddiaçıya sözügedən evə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

50. Odur ki, iddiaçının evə köçərək orada yaşaması və pasport qeydiyyatına alınması onun həmin evə istifadə hüququnun yaranması demək deyildir və istinad etdiyi maddi hüquq normasına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

55. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə - məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Notariat arxivindən əldə edilmiş notariat işinin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri Məhəmməd ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ***** nömrəli qeydiyyat vəsiqəsi ilə ##.##.2005-ci il tarixdə Məmmədov Həsən İbrahim oğlunun adına qeydə alınmışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı və mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmuş şəxs arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

56. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar