Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2092/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), X4 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və iddiaçıya qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Bakı şəhəri Nizami Rayon Məhkəməsinə) müraciət edə etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6117/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadını ləğv edib, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi aidiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6117/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardadla iddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə (Bakı şəhəri Nizami Rayon Məhkəməsinə) müraciət edə bilər. Qərardad ona elektron qaydada xx.xx.2025-ci il tarixdə verilmişdir. Qərardadla razı deyildir. Ona görə ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor Qəsəbəsi, 15 X1 törətdiyi cinayətə görə cəzasınıçəkməklıə faktiki yaşayır. Ancaq Cavabdeh ünvan 1 ünvanında daimi qeydiyyatda durur.. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı X6 tərəfdən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Cavabdeh 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor Qəsəbəsi, 15 X2 İnzibati Binasında qeydiyyatdadır. Bununla da müəyyən olunmuşdur ki, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublİkasının Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarılır. Göründüyü kimi, qanunverici azadlıqdan məhrum etmə yerlərini yaşayış yeri kimi müəyyən etmir. Bu baxımdan kollegiya hesab edir ki, azadlıqdan məhrum etmə yerində cəzaçəkən şəxsin qeydiyyatı kimi onun cəzaçəkdiyi yer göstərilsə belə, ona qarşı iddialara sonuncu yayaış yeri üzrə baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin cavabdehin sonuncu yaşayış yeri müəyyən edilməklə mümkünlük məsələsinə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2092/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2092/2025
01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver