Məhkəmə qərarları › İş №2(104)-2099/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2099/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2099/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdehnim iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-153/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat və əldən çıxmış faydaya görə 10000 manat, dövlət rüsumuna ödənilmiş 156 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)-153/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul və 126 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməxəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** m/h AZ41NABZO013601**********3944, SWİFT Bik:CTREAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(021)-153/2025 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsindən daxil olmuş 09 dekabr 2025-ci il tarixli e-2(021)- 153/2025 saylı məktubdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(021)-153/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayət verildiyindən işin Bərdə Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(021)-153/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(021)- 153/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün 2(104)-2099/2025 saylı mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə geri qaytarılsın. İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(021)- 153/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinə uyğunluğu yoxlandıqdan sonra iş Cavabdeh apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar