Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-210/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), X3 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyana görə pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-468/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərtər RPŞ-nin təhqiqatçısı Ş.İsmayılov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırkı Cavabdeh idarə etdiyi “MERCEFDEC BENZ” markalı 90XJ560 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə 17:50 radələrində hazırkı İddiaçı məxsus 2 baş heyvanları vurması nəticəsində heyvanların ölməsi müəyyən edilmiş, lakin material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin DYPB-nə göndərilməsi qərara alınmışdır.
2. Həmin material üzrə Cavabdeh verdiyi izahatında idarə etdiyi “MERCEDEC BENZ” markalı 90XJ560 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə 17:50 radələrində hazırkı İddiaçı məxsus 2 baş heyvanları vurduğunu və nəticədə heyvanların öldüyünu təsdiq etmişdir.
3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3470 saylı rəyindən görünür ki, İddiaçı Məmməd oğluna məxsus yerli cinsindən olan 1 baş 7 yaşar, balalı diri cəkisi 350 kq olan inəyin orta bazar qiyməti - 2400 manat, 1 baş 3 yaşar boğaz, diri çəkisi 370 kq inəyin orta bazar qiyməti - 2600 manat müəyyən edilmişdir.
4. “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı əməlində AR İXM-nın 338.5.2-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanamış material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə həvalə edilməsi, Tərtər rayon İrəvanlı kənd sakini Cavabdeh məxsus nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın tələbi ilə əlaqədar mülkü qaydada birinci instansiya məhkəməsi hesab olunan Tərtər rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır.
5. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(061)-4/2024 nömrəli qərarı ilə, İddiaçı Tərtər rayon X5 Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərarından verdiyi şikayəti əsassız olduğundan təmin edilməməsi, Tərtər rayon X5 Bölməsinin rəisi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(061)-4/2024 saylı qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 3700 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bundan sonra İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 5000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonunun Bayandur kəndində yaşayır. Şəxsi təsərrüfatında heyvan saxlamaqla məşğuldur. İddiaçı xx.xx.2022-ci il tarixdə 17:50 radələrində oğlu Məhəmmədlə birlikdə özünə məxsus 20 baş inək heyvanlarını otlaq sahəsindən həyətinə apararkən Tərtər şəhəri istiqamətindən gələn Cavabdeh idarə etdiyi “MERSEDEC BENZ” markalı 90XJ560 dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının heyvanlarını vurmuş, nəticədə iddiaçıya məxsus 1 baş, 7 yaşar, balalı, diri cəkisi 350 kq olan və 1 baş, 3 yaşar, boğaz, diri çəkisi 370 kq inəyi hadisə yerindəcə ölmüşdür. Hadisə ilə əlaqədar Tərtər RPŞ-də ilkin araşdırma aparılmış, hadisənin törədilməsində cavabdeh təqsirli bilinmiş, lakin əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və cavabdehin barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəssi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın DYPB-yə göndərillməsi qərara alınmışdır. Dəymiş ziyanın əvəzinin ödənilməsi tələb edilsə də, cavabdeh ziyanın əvəzini ödəməmişdir.
10. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-468/2023 nömrəli qətnaməsi (hakim Tahir Qubadov) ilə, iddia təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 5000 manat pul tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikasının MPM-in 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2, 101.3, 106.1, 106.3, 124.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(061)-468/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, keçirilən məhkəmə prosesinin bildirşləri onun ünvanına gec çatdırılmışdır. xx.xx.2023-cü il tarixli Tərtər RPŞ-nin qərarı əsassız olduğu üçün Tərtər rayon prokurorluğu tərəfindən ləğv edilərək təkrar Tərtər RPŞ-nin təhqiqat qrupunda araşdırılaraq xx.xx.2023-cü il tarixdə yeni qərar qəbul eilərək iddiaçı barəsində AR İXM-nin 338.5.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün və onun avtomaşınına dəymiş 1440 manat ziyanın ödənilməsi ilə bağlı mülki qaydada brinci instansiya məhkəməsində iddia qaldırılmağı qeyd edilib göstərilibdir. xx.xx.2022-cü il tarixdə Tərtər rayonundan yaşadığı İravanlı kəndinə idarə etdiyi özünə məxsus “Mercedez-Benz” markalı ** XJ *** d.q.n avtomobillə gələrkən, təxminən saat 18:15 radələrində Bayandur kəndinin ərazisindən keçərkən həmin kənddə yaşayan İddiaçı, özünə məxsus 20-22 baş iri buynuzlu heyvanlarını qəfil yolun ortasına çıxartdığından 2 baş heyvanı vurmuşdur. Hadisə zamanı 10-15 dəqiqədən sonra 1 (bir) baş heyvan ölmüş, digər heyvan isə yaralandığı üçün yolun kənarına çıxardılmışdır. Hadisənin baş verməsi zamanı onun avtomaşınının bir neçə ehtiyyat hissələri sıradan çıxmaqla avtomaşınına 1440 manat ziyan dəyibdir. Hadisə yerinə Tərtər RPŞ-n əməliyyat qrupu gəlmiş hadisə yeri müainə olunan zaman mənim avtomaşınımın sürət həddi müəyyən olundu ki, avtomobil saatda 30-40 km/saatla hərəkət edibdir qəfil heyvanlar avtomaşının qabağına çıxdığından hadisənin qarşısını almaq üçün əyləncdən istifadə etmək mümkün olmayıbdır. Tərtər RPŞnin təhqiqatçısı Şaiq İsmayılov tərəfindən qeyri obyektiv araşdırma aparılaraq xx.xx.2023cü il tarixdə qarşı tərəfin heyvanlarının vurub öldürməklə 3700 manat ziyan olaraq qarşı tərəfə ödəməyim barədə qərar qəbul etmişdir. O təhqiqatın qərarından narazı qaldığı üçün AR Baş Prokurorluğuna şikayət etdikdən sonra, təhqiqatçının qərarı ləğv edilərək yenidən başqa təhqiqatçı tərəfindən araşdırma aparılaraq mal-heyvanın yolun həmin hissə zolağına çıxarılması qadağan olduğu üçün xx.xx.2023-cü il tarixdə yeni qərar qəbul edilərək mal-heyvan sahibinin barəsində AR İNX-nin 338.5.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün və onun avtomaşınına dəymiş 1440 manat ziyanın ödənilməsi ilə bağlı mülki qaydada brinci instansiya məhkəməsində iddia qaldırılmağı qeyd edilb göstərilibdir. Tərtər rayonu Bayandur kənd sakini İddiaçı əməlində AR İXM-in 338.5.2-ci maddəsinin tərkibi olduğuna baxmayaraq məhkəmə mənim ziyanıma xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edibdir. Belə ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə olan halda Tərtər rayon Məhkəməsinin İş №2(61)-468/2023 saylı 25 avqust 2023 ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilib yeni qətnamə qət edilməlidir. Qətnamənin qanunsuz və əsassız olmasına dair birinci dəlilli ondan ibarətdir ki, məhkəmə prosesinin keçirilməsi ilə bağlı bildirişin ona vaxtında çatdırılmamasını hakim bildiyi halda onun iştirakı olmadan məhkəmə prosesinin keçirmişdir. Məhkəmə prosesi zamanı hakim onun təqdim edəcəyi xx.xx.2023-cü il tarixli Tərtər RPŞ-nin qərarını qəbul etsəydi, iddiaçının işdəki sübutları sübut etmə nəzəriyyəsinə uyğun həll edərdi. Hakim bunu bilərəkdən özü obyektiv araşdırmalı olduğu halda bunu etməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Qətnamədə yazılıb qeyd edilənlər hamısı bir tərəfli olaraq iddiaçının maraqlarının təmin edilməsinə dair yazılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2022-cü il tarixdə Tərtər rayonundan yaşadığı İravanlı kəndinə idarə etdiyi özünə məxsus “Mercedez-Benz” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrkən, təxminən saat 18:15 radələrində Bayandur kəndinin ərazisindən keçərkən həmin kənddə yaşayan İddiaçı, ona məxsus 20-22 baş iri buynuzlu heyvanlarını qəfil yolun ortasına çıxartdığından ondan asılı olmayan səbəbdən 2 baş heyvanı vurmuşdur. Bu barədə “cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Belə ki, o həmin qərardan narazı qaldığı üçün Tərtər Rayon Məhkəməsinə şikayət vermiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Hazırda isə məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. İş üzrə İddiaçı və Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
37. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
46. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (20-21&).
49. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
50. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.
52. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
53. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Tərtər RPŞnin təhqiqatçısı Ş.İsmayılov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından və məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3470 saylı rəyindən və iş digər materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “MERCEFDEC BENZ” markalı 90XJ560 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə 17:50 radələrində hazırkı İddiaçı məxsus 2 baş inək heyvanları vurması nəticəsində heyvanlar ölmüşdür. Nəticədə iddiaçıya ümumilikdə 5000 manat məbləğində maddii ziyan dəymişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
54. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
55. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
56. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
57. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
58. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
59. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
60. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
61. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
62. Belə ki, hazırda cavabdeh iddia tələbinin əsassız olması barədə məhkəmə kollegiyasına “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar təqdim etmişdir.
63. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
64. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı əməlində AR İXM-nın 338.5.2-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanmış material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə həvalə edilməsi, Tərtər rayon İrəvanlı kənd sakini Cavabdeh məxsus nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın tələbi ilə əlaqədar mülkü qaydada birinci instansiya məhkəməsi hesab olunan Tərtər rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunması qərara alınmışdır.
65. Həmin qərarda müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi şəraitində Mersedec Benz E-class markalı **-XJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh asfalt yolla aparılan iri buynuzlu heyvanla nəzarət etməli İddiaçı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub-pozmaması sürücü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə məhkəmə-yol nəqliyyat ekspertizası təyin edilmiş və ekspertiz mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16 /2-8/522 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz E220 markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Bundan başqa müəyyən olunmuşdur ki, mövcud metodiki vəsaitin tələblərinə əsasən mal-qaranın sahibi məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və mal-qaranın sahibinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir.
66. Mülki Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
67. Göründüyü kimi, ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materialları zamanı iddiaçının tələb etdiyi 1 baş 3 yaşar boğaz, diri çəkisi 370 kq inəyin və yerli cinsindən olan 1 baş 7 yaşar, balalı diri cəkisi 350 kq olan inəyin “Mercedes-Benz E220” markalı, **-XJ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmamış və onun tərəfindən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Əksinə, iddiaçıya məxsus olan 2 baş inəyin keçirilməsi üzrə təyinatı olmayan asfalt örtüklü nəqliyyat vasitələrinin irəliləməsi üçün nəzərdə tutulmuş yolla qarşı tərəfə ötürülən zaman cavabdehin idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə də İddiaçı əməlində Azərbaycan Respublikasının İXM-nın 338.5.2-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanamış material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə həvalə edilmişdir.
68. Eyni zamanda, iddiaçı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan şikayət vermiş, lakin Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(061)-4/2024 nömrəli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarları ilə, iddiaçının şikayəti təmin olunmamış və ibtidai istintaq orqanın qərarı qanuni hesab edilməklə dəyişdirilmədən saxlanılmışdır.
69. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.
70. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
71. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
72. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus 2 baş inəyin yol-nəqliyyat hadisəsində ölməyi sübut yetirilsə də, həmin təqsirin cavabdehin qanunsuz hərəkətləri(sizliyi) nəticəsində törədilməsi sübuta yetirilməmişdir. İddiaçı isə ona dəymiş maddi ziyanın cavabdeh tərəfindən törədilməsini bildirmiş, lakin tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddisə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
74. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
78. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
79. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
80. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
81. Ekspertiza xərci 50 manat iddiaçıdan tutulmalıdır.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-468/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı maddi ziyana görə pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba keşirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.