Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2100/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 027R********** saylı kredit razılaşması və ona əlavə edilmiş əlavə sazişlər üzrə 2631,97 ABŞ dolları məbləğində kredit borcu, 3023,32 ABŞ dolları məbləğində faiz borcu və 1102,34 ABŞ dolları məbləğində cərimə-cəmi 6757,63 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzinə 30 manat tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2020 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh və X2 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə ABŞ dolları əsas, 3023,32 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə -cəmi 5665 (beş min altı yüz altmış beş) ABŞ dolları 29(iyirmi doqquz) sent və dövlət rüsumunun əvəzinə 30 manat "xxxx" QSC-nin xeyrinə tutulması, iddianın cərimə borcuna görə 1092,34 ABŞ dolları tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 03 mart 2020ci il tarixli, 2(013)-229/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan keçirilmiş və məhkəmə tərəfindən ona hər hansı məktub daxil olmamışdır. Yalnız Xətai rayon İcra şöbəsi tərəfindən o, çağırıldıqdan sonra barəsində qətnamə çıxarılmasından xəbəri olmuşdur. Bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023cü il tarixdə Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2023 saylı qətnaməsi ona təqdim edilmişdir. Bank tərəfindən ona hesablanmış əsas və faiz borcları ilə razı deyildir. Hesab edir ki, ona həddindən artıq pul hesablanmışdır. Bu səbəbdən də iş üzrə məhkəmə mühasibatlıq ekspertizasə keçirilməsi zəruridir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2100/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və şikayətə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş üzrə cavabdeh X4 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirdi ki, Xətai rayon İcra şöbəsi tərəfindən o, çağırıldıqdan sonra barəsində qətnamə çıxarılmasından xəbəri olmuşdur. Bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2020 saylı qətnaməsi ona təqdim edilmişdir. Müddət ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsini xahiş etdi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-2100/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.3-cü maddəyə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2020 saylı qətnaməsinin surəti Cavabdeh 03 mart 2020-ci ildə göndərilmişdir. Bundan başqa, həmin qətnamə icraya yönəldilməklə bu barədə cavabdehə məlumat verilmiş və 24 aprel 2020-ci il tarixdə müvafiq icra orqanı tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan qətnamənin surətinin verilməsini xahiş etmiş və həmin qətnamənin surətinə xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə, qəbul etmiş, (iş vərəqə 83) xx.xx.2023-cü ildə isə onun apellyasiya şikayəti Ağdam Rayon Məhkəməsinə daxil olmuşdur. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh Ağdam Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(013)-229/2020 saylı saylı qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan qətnamənin surətinin xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə, qəbul etmiş və hazırkı apellyasiya şikayətini isə xx.xx.2023-cü ildə, yəni prosessual müddəti 1 ay 16 gün ötürməklə vermişdir. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli 2(104)-2100/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair birinci instansiya məhkəməsinə ərizə versə də, həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360-363, 366 və 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli, 2(104)-2100/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2100/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2100/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver