Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2108/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(051)-1314/2022 nömrəli qətnaməsinin sürətindən görünür ki, tərəflər arasında 13 iyul 2012-ci il tarixdə, Ağdam rayon, Novruzlu kənd ərazi nümayəndəliyində № 25 ilə bağlanmış nikah aktı pozulduğunu, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların ananın himayəsinə verildiyini, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay, hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1314/2022 saylı qətnaməsi ilə cavabdehdən azyaşlı xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırarkən göstərmişdir ki, İddiaçı ilə Cavabdeh ilə aralarında olan nikah aktı qeydinin Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(051)-1314/2022 saylı qətnaməsi ilə pozulduğunu, birgə nikahdan doğulmuş 2 övladının da, onun himayəsinə verildiyini, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 130 manat olmaqla cəmi 260 manat miqdarında alimentin təyin edildiyinin, hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, Cavabdeh imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək göstərməkdən imtina edir.
4. Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(051)- 1314/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması, artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbini qismən təmin edərək təyin edilmiş alimentin miqdarının hər ay, hər uşaq üçün 150 manat olmaqla ümumilikdə, cəmi 300 manat sabit pul məbləğdə alimentin artırılmasını məqsədə müvafiq və ədalətlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilib, hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Uşaq hüquqları haqqında” AR Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ağdam Rayon Məhkəməsinin hakimi uşaqların mənafeni bir kənara qoyaraq cavabdehin mənafeni daha üstün tutmuşdur, belə ki, aliment təyin olunandan iki il müddət ərzində cavabdehin maddi vəziyyəti yaxşılaşmışdır, o iş yerini dəyimiş və əmək haqqı 500 manatdır. İddiaçının əmək haqqısı respublika üzrə minimum əmək haqqıya bərabərdir. Uşaqların saxlanımlası üçün bütün yükü ananın üzərində saxlanılması yolverilməzdir. Belə çıxır ki, ana bütün qazancının uşaqlara xərcləməli, cavabdeh isə əmək haqqının 60 fazini uşaqlara xərcləməlidir. Nəzərə alınmalıdır ki, bu uşaqlar oğlan uşaqlarıdır, gələcəkdə vətənimizin qorunması üçün hər bir bir əsgərdir. Uşaqların dayısı oğlu X5 şəhiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinin tələblərinə əsasən, uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Hakim qətnamədə tərəfin yəni cavabdehdən tutulan məbləğin hər uşaq üçün 150 (yüz əlli) manat olmasını əsaslandıran halları qeyd etməmişdir. “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirnə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib– keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Cavabdehin maddi vəziyyəti 2022-ci ildən yaxşılaşmışdır və onun əmək haqqı artmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş "Uşaq Hüquqları Haqqında" BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanışdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
09. Apellyasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz daxil olmuşdur.
10. Etiraz onunla əsaslandırılmışdır ki, Ağdam rayonu üzra məcburi köçkün kimi Mingaçevir şəhərinda məskumlaşmışdır. Mingaçevir şəhər Mərkəzi Xəstəxanasında fəhlə işləyir. Aylıq maaşı 400 manatdır. Başqa real gəliri yoxdur. Hər hansı sahibkarlıq fəaliyyati iləməşğul deyil. Qeyd etmək istəyir ki, Ağdam rayon Məhkəməsi Azarbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərini pozaraq, həmin hüquq normasını aylıq maaşına uyğun olaraq tətbiq etməli olduğu halda, həmin məcəllənin 78-ci maddasini tətbiq etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, ayrı təsərrüfatdır, vergi ödəyicisi deyil, adına hər hansı daşınar-daşımaz əmlak yoxdur, real gəliri yalnız 400 manatdır. Həmin pul minimum yaşayış həddində tələbatını ödəmir. Yuxarıdakıları nəzərə alıb iddiyaçı İddiaçı tərəfindan verilmiş apellyasiya şikayətinin rədd edilməsi va alimentin miqdarını əvvəlki qaydada har uşaq üçün 130 manat məbləğinda saxlanılması barəsində yeni qətnamə çıxarılmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, o, “Oba” marketdə işləyir. 360 manat əmək haqqı alır. Cavabdeh qazanxanada işləyir və 411 manat əmək haqqı alır. Uşaqların gündəlik tələbatı çoxdur. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, bəli, o, məcburi köçkündür. Uşaqlara görə çörək pulu alır. Xahişi 235 manat alimentin ödənilməsidir. Cavabdehin başqa gəlirlərinin olması barədə onda məlumat yoxdur.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, hər ay uşaqlarının əlavə xərclərini ödəyir. Əgər iddiaçı uşaqlara baxa bilmirsə uşaqları himayəsinə götürməyə razıdır. İddiaçı uşaqları yollarda dəmir yığmaqla işlədir. Dəfələrlə görüb ki, uşaqlar “bizon” qutusu yığırlar. İddiaçı hər ay uşaqlara 120 manat çörək pulu alır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, yayda hər gün işləyir, ancaq qışda növbəli işləyir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
13. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
18. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
19. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
20. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə alimentin hər uşaq üçün müəyyən edilmiş 150 manatdan artıq hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə aralarında olan nikah aktı qeydinin Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(051)-1314/2022 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş 2 uşaq iddiaçının himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 130 manat olmaqla cəmi 260 manat miqdarında aliment təyin edilmişdir. İddiaçı hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, Cavabdeh imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək göstərmədiyini əsas gətirərək, alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(051)- 1314/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması, artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda isə iddiaçı 150 manat aliment məbləğinin hər uşağın tələbatını ödəmədiyini əsas gətirərək apellyasiya şikayəti vermişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının və gəlirinin yüksək olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, pul məbləğində aliment tutulması qət edildiyi vaxtdan 2 il vaxt keçmişdir. Həmin müddət ərzində cavabdehin maddi durumunda hər hansı əsaslı dəyişikliyin baş verməsinə dair məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh Mingaçevir şəhər Mərkəzi Xəstəxanasında qazanxana maşinisti vəzifəsində işləyir, aylıq əmək haqqı 471 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri alimentin məbləğinin artırılmasına əsas vermir. Bununla belə, məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olmamasını nəzərə alaraq, məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin aliment məbləğini iki uşaq üçün 40 manat məbləği həddində artırmasını məqsədəmüvafiq hesab edir.
36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar.
37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1559/2024 saylı, 17 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.