Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2121/2025 24.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(125)-2601/2025 nömrəli qiyabi qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(125)-2601/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, Cavabdeh2 58400 (əlli səkkiz min dörd yüz) manat və Cavabdeh1 5000 (beş min) manat pul alınaraq İddiaçı verilməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 281 (iki yüz səksən bir) manat pul müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, apellyasiya şikayətinin Cavabdeh2 münasibətdə geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməmişdir. Belə ki, mülki işin 130-cu səhifəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(125)-2601/2025 nömrəli qiyabi qətnaməsinin surətini rəsmi qaydada qəbul etmişdir. Hazırkı apellyasiya şikayəti isə 11 sentyabr 2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 (bir) ay müddət bitdikdən sonra (Cavabdeh1 münasibətdə) “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış kabinetə yerləşdirilmişdir. Kollegiyanın qənaətinə görə, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 128-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyriiş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(125)-2601/2025 nömrəli qiyabi qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə geri qaytarılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməli, apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə geri qaytarılması məsələsi həll edildikdən sonra, apellyasiya şikayəti digər Cavabdeh2 münasibətdə apellyasiya icraatı qaydasında baxılması üçün mülki işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 361, 363, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2(125)-2601/2025 nömrəli qiyabi qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti Cavabdeh1 münasibətdə qeyri-mümkün hesab edilsin və şikayət həmin hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2121/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2121/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver