Məhkəmə qərarları › İş №2(104)-2126/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2126/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2126/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2850/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2850/2025 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh 536 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 566 (beş yüz altmış altı) manatın tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağdam rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-2850/2025saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı tərəfindən təqdim edilmiş iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 536 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun, cəmi 566 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “BMW 528İ” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 536 (beş yüz otuz altı ) manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASC-nin hesabına 536 (beş yüz otuz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının subroqasiya hüququnu yaradan əsas kimi təsbit olunmuşdur. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi tamamilə əsaslıdır. Ödənilmənin əsassız olmasına dair iddiaçı tərəfindən istinad edilmiş əsas nüans guya cavabdehin avtomobili idarəetməsinə dair hər hansı hüquqverici sənədinin olmadığı bildirilmişdir. Buna baxmayaraq məhkəmə özü də təşəbbüs göstərməmiş və hər hansı araşdırma aparmamışdır. Məhkəmə əsasən tərəflərin təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Halbuki, cavabdeh tərəfindən idarə olunmuş avtomobil onunla nikahda olmuş şəxsin mülkiyyətində olmuşdur. Buna baxmayaraq mülkiyyətçi tərəfindən notarial qaydada xx.xx.2022-ci il tarixdə 7E-3130 saylı elektron informasiya sistemində qeydiyyat nömrəsi ilə qeydə alınmış etibarnamə mövcud olmuşdur. Məhkəmənin tərəflərin iştirakı olmadan baxmaqla həyata keçirdiyi məhkəmə işi faktiki olaraq onun hüquqları pozulmaqla aparılmışdır. Onun rəsmi qeydiyyatı Ağdam rayonu Qiyaslı kəndində olmasına bağmayaraq, özü Bakı şəhəri Sabunçu rayonu B. ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Ona hər hansı bir məhkəmə bildirişi təqdim edilmədiyi üçün məhkəməyə sübutlar təqdim edilməmişdir. Bu da “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır. Məhkəmə yalnızca iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənmişdir və iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Lakin hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət tamamilə əsassızdır. Belə ki, məhkəmə qətnaməsinin əsasını təşkil edən, mövqeyini formalaşması təşkil edən onun adına hər hansı bir etibarnamənin olmaması barədə mövqe yanlışdır. Tərəfindən təqdim edilən və mobil notariat elektron sistemi tərəfindən əldə etdiyi etibarnamə hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır və apellyasiya şikayətim məhz bu səbəbdən təmin edilməklə Ağdam Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(013)-2850/2025 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında olan X12 tərəfindən verilmiş arayışdan, xx.xx.2023-ci il tarixli ödəniş aktının və ilkin qiymətləndirmə aktı ümumi məlumatın surətlərindən görünür ki, Cavabdeh tərəfindən idarə edilən “X10” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Nərimanov rayonunda dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində “BMW i” minik markalı 99 TM907 dövlət qeydiyyat nişanlı avtomaşına 536 manat zərər dəymişdir. İş materiallarında olan 3.10.2023-cü il tarixli 11383 saylı ödəniş tapşırığının surətindən, “Elektron notariat” X1 çıxarışdan və iddiaçı tərəfindən göndərilmiş məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya əsasən "xxxx" ASC tərəfindən zərərçəkən X6 etibarnamə üzrə nümayəndəsi X4 536 manat pul ödənilmiş və həmin məbləğ “LOTO” sistem üzərindən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin balansından çıxılmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən görünür ki, “X10” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X2 Heyran Vaqif qızına həmin nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. Etibarnmamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “BMW 528İ” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “X10” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamə əsasında idarə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixdə Cavabdeh tərəfindən idarə edilən “X10” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, dəymiş zərərə görə iddiaçı tərəfindən “BMW i” minik markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşına 536 manat ödəniş edilmişdir. Hadisə baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Belə olan halda "xxxx" ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. .... 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: ..... 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə edilən “X10” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, dəymiş zərərə görə "xxxx" ASC tərəfindən zərərçəkən X6 etibarnamə üzrə nümayəndəsi X4 536 manat pul ödənilmiş və həmin məbləğ “LOTO” sistem üzərindən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin balansından çıxılmışdır. İddiaçının ərizədə qeyd etdiyi hadisə baş verən zaman Cavabdeh avtomobili idarə etmək hüququ olmaması ilə bağlı məhkəmə kolegiyası qeyd edir ki, apellyasiya şikayətin əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, sığorta hadisəsi baş verən zaman Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Bu zaman isə iddiaçının Cavabdeh subroqasiya qaydasında pul tələb etmək hüququ olmamışdır. Beləliklə də, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, sonda düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiya şikayətin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2850/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar