Məhkəmə qərarları › İş №2(104)-213/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-213/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-213/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə Qurban oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 65.700 manat, Cavabdeh2 3.000 manat pul və dövlət rüsumu kimi ödədiyi 315 manatın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qohumudur. Cavabdeh1 Bakı şəhəri Lökbatan qəsəbsində yerləşən xəstəxanada işləyən zaman həmin xəstəxanada baş həkim işləyən Elman həkimin vasitəsi ilə pensiyası dayandırılmış şəxslərin pensiyalarını bərpa etmək mümkün olduğunu ona demiş, dayandırılmış pensiyalarının bərpa edilməsi üçün X11 2000 manat, X30 1350 manat, X31 2500 manat, X3 1800 manat, X22 1500 manat, Vidadi Hüseynovdan 4000 manat, X48 1000 manat, X38 1500 manat, X12 700 manat, X32 3050 manat, X18 1600 manat, X7 2000 manat, X44 400 manat, X13 700 manat, X23 2400 manat, X5 2700 manat, X24 6000 manat, X19 3000 manat, X39 2900 manat, X45 2400 manat, X14 2000 manat, X40 2200 manat, X25 2000 manat, X15 2500 manat, X49 1000 manat, X20 2000 manat, X8 1500 manat, X1 2900 manat, X9 4000 manat, X33 3000 manat, X10 2500 manat, X16 1800 manat, X6 1300 manatı alıb Cavabdeh1 vermişdir. Həmin pulları Cavabdeh1 2021-ci ilin yanvaravqust ayları arasında vermiş və ya göndərmişdir. Ancaq Cavabdeh1 üzərinə götürüdüyü öhdəliklə bağlı heç bir iş görmədiyi üçün ona verdiyi pulları geri tələb etmiş, Nəcibənin cavabı isə bu olmuşdur ki, aldığı 70.000 manat pulu baş həkim X26 vermiş, Elman həkim isə vəfat etmişdir. Cavabdeh1 pulu Elman həkimə Cavabdeh2 vasitəsilə verdiyi üçün onların barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayət etmişdir. Ərizəsinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin baş müstəntiqi Samir Ağayev tərəfindən qəbul edilmiş 12 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarda X27 öldüyünə, Cavabdeh2 əməlində isə dələduzluq cinayətinin tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh1 ondan ayrı-ayrı şəxlərin pensiya işinə kömək etmək məqəsdilə 70.000 manat aldığını etiraf etmişdir. X68 borclu olduğu 70.000 manatın 4.300 manatını qaytarmış, onun 65.700 manat borcu qalmışdır. Bundan başqa X19 3.000 manat, X24 2.000 manat, cəmi 5.000 manat alıb Cavabdeh1 vasitəsi ilə tanıdığı, həmin xəstəxanada işləyən X17 vermişdir ki, həmin şəxslərin pensiya işini bərpa etdirsin. Ancaq Cavabdeh2 da üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ona verdiyi 5.000 manat pulu tələb etmiş, Dilarə 2.000 qaytarsa da qalan 3.000 manat pulu qaytarmamışdır. Qaradağ RPİ-nin baş müstəntiqi S.Ağayev tərəfindən qəbul edilmiş 12 noyabr 2022-ci il tarixli yuxarıda qeyd edilən qərardan da göründüyü kimi Cavabdeh2 ondan 5.000 manat aldığını, 2.000 manat qaytardığını, 3.000 manat borcu qaldığını etiraf etmişdir. Hazırda pullarını alıdığı yuxarıda adlarını qeyd etdiyi şəxslərdən bir neçəsinin pulunu nəyi varsa satıb ödəmiş, ancaq bir neçəsinin pulunu ödəyə bilmir. Pullarını ödəyə bilmədiyi şəxslər də ondan Ağdam Rayon Polis Şöbəsinə şikayətlər etmişlər. Ona görə də hesab edir ki, Cavabdeh1 65.700 manat, Cavabdeh2 3.000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilərək, Cavabdeh1 - 65.700 (altmış beş min yeddi yüz) manat, Cavabdeh2 - 3.000 (üç min) pul və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 337.10 manat məbləğin 287.10 hissəsinin Cavabdeh1, 50 manat hissəsinin Cavabdeh2 alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşdə olan subutlar: Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin “Cinayət işinin başlanmnasının rədd edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında olan digər Cavabdeh2 izahatından görünür ki, İddiaçı aldığı 5.000 manat pulun 2.000 manatını qaytardığını, İddiaçı 3.000 manat borcu olduğunu bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 mart 2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi barədə” qərarından görünür ki, Nazeykə Əzizovanın şikayəti əsasında başlanmış cinayət işi üzrə Cavabdeh2 2500 manat vurulmuş zərəri ödəməsi və zərərçəkmişlə barışması səbəbindən cinayət işi üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsinin ona aid hissəsədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən də İddiaçı ona pensiya düzəltmək adı ilə 5000 min manat pul təklif etmişdir. O da 2-ci qrup onkoloyi xəstə olduğundan həmin ərəfələrdə müalicələri ilə bağlı pula ehtiyacı olduğundan razılşmış, İddiaçı pulu Nəcəbə Məmmədova vasitəsi ilə ona çatdırmış, həmin pulu götürüb müalicələrinə xərcləmişdir. Sonradan İddiaçı həmin pulları ondan tələb etmiş, deməsinə görə pulun 2000 (iki min) manatı X41 məxsusdur. X42 tanımasa da qeyd edilən 2000 (iki min) manatı X34 xahişinə əsasən pulu onun kartına göndərmişdir. Sonradan tanımadığı X2 RPİ-nə şikayət ərizəsi ilə müraciət edərək kürəkəni Murad vasitəsi ilə İddiaçı pensiya düzəltəməsi üçün 2500 (iki min beş yüz) manat pul verdiyini, lakin həmin şəxsin dələduzluq edərək pulunu mənimsədiyini bildirmişdir. Qaradağ RPİ-nin İŞ-də araşdırma aparılmış, araşıdrılma zamanı İddiaçı həmin pulun ona verildiyini bildirmişdir. Barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaqın gedişi zamanı zərərçəkənin pulunu tam ödədiyindən Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Yəni iddiaçının qeyd elədiyi pul vəsaitini zərərçəkənə ödəmişdir və başqa borcu yoxdur. Düzdür Qaradağ RPİ İŞ-nin 12 noyabr 2022-ci il tarixli cinayət işinin rədd edilməsi qərarında iddiaçıdan beş min manat aldığı qeyd edilsə də əslində isə alınmış pul dörd min beş yüz manat olmuşdur. İddiaçı 30 nəfərdən çox adamdan müxtəlif vaxtlarda və müxtəlif miqdarda pensiya düzəltmək adı ilə pul götürərək Cavabdeh1 vermişdir. Ona görə kimə nə qədər pul verməsini dəqiq xatırlamır. İş üzrə dindirilmiş şahidlər X60 və X4 Hüseynova borclu olduğunu təsdiqləməmişlər. Hesab edir ki, pulu tam ödədiyindən ona qarşı iddia tələbi əsassızdır. Ona görə də qətnamə ona aid olan hissədə qanunsuz və əsssız olduğundan tamamilə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə Qurban oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasına iddiaçı teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində, yəni Cavabdeh2nən apellyasiya şikayətinə aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 qohumu olan Cavabdeh1 vasitəsilə tanımışdır. Cavabdeh2 dayandırılmış pensiyaları bərpa etmək adı ilə müxtəlif vatxlarda İddiaçı 3000 manat, 2000 manat olmalqa ümumilikdə 5000 manat məbləğində pul almış, lakin həmin pulu qatarmamış bununla da iddiaçıya zərər vurmuşdur. İşin qeyd olunan halı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin Cinayət işinin başlamasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilən cavabdehin öz izahatı ilə təsdiq olunmaqdadır. Belə ki, onun polis orqanında verdiyi izahatından görünür ki, o İddiaçı ona 2000 manat və 3000 manat olmaqla, cəmi 5000 manat pul göndərməsini, həmin pulları xəstəliyi ilə əlaqədar müalicəsinə xərcləməsini, lakin Fatma adlı şəxs pulunu istədikdə isə həmin puldan 2000 manat Fatmaya göndərməsini və hazırda Ayaza 3000 manat borcunun qalması barədə izahat vermişdir. Məhkəmə kollegiyası cavabadeh Cavabdeh2 iddiaçıdan 4500 manat alması, Fatma adlı şəxsə görə həmin pulun 2000 manatını iddiaçıya, zərərçəkmiş şəxs X28 isə 2500 manat pul verməsi və bununla da iddiaçıya pul öhdəliyinin olmaması ilə bağlı apellysiya şikayətinin dəlillərini isə əsassız hesab etmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində əvvəl verdiyi izahatında iddiaçıdan 5000 manat pul aldığını bildirsə də, hazırkı apellyasiya şikayətinin dəlilində isə bunun 4500 manat olmasına dair ziddiyətli dəlil irəli sürmüş və bu ziddiyyətə dair isə hər hansı bir əsaslı açıqlama verə bilməmişdir. Birinci instansiya məhkəməsi də məhz Qaradağ RPİ-nini İstintaq şöbəsinin 11 mart 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarında göstərilən 2500 manat məbləğin hazırkı iş üzrə tələb olunan 3000 manat məbləğinə aidiyyətinin olmamasını, həmin cinayət işininin başqa bir şəxs olan X21 şikayəti üzrə başlandığını və ödənişin də məhz həmin iş üzrə ödənildiyini qeyd etmişdir. İddiaçı isə X46 adlı şəxsdən 3.000 manat alıb cavabdehə verdiyini iddia etmişdir ki, iddiaçının bu dəlili işin hallarına uyğun olmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin Cinayət işinin başlamasının rədd edilməsinə dair xx.xx.2022ci il tarixli qərarında cavabdehin etiraf etdiyi 3000 manat pul məbləğinin iddiaçının iddia etdiyi həmin məbləğ olması hər hansı bir şübhə yaratmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dilarə Fəzrəliyeva tərəfindən X29 qaytarılmış 2500 manat pul məbləğinin, hazırkı iş üzrə mübahisə edilmiş 5000 manat, o cümlədən 3000 manat pul məbləğinə aidiyyəti olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(013)-1878/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar