Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-213/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili vəkili Əkbərov Xəqani Məmmədəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(021)-1747/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 29 sentyabr 2023-cü il tarixədək qaytarmaq şərti ilə 13000 manat kredit verilmişdir.
2. 15 noyabr 2023-cü il tarixli, 8İ-25958 nömrəli icra qeydindən görünür ki, Bərdə Reginal “Asan Xidmət” mərkəzin notariat ofisi tərəfindən Cavabdeh barəsində 13025 manat tutulmasına dair icra qeydi verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 13000 manat borc və ödənilmiş 150 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 13000 manat, əlavə borc verdiyi 1000 manat və ödənilmiş 145 manat dövlət rüsumu, eləcədə həmin məbləğdən 8 ay müddətinə qazana biləcəyi 4000 manat və yol xərci 400 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 14000 manat borc və müqavilənin bitdiyi vaxtdan 10 ay müddətinə qazana biləcəyi 4000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(021)-1747/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdeh qаrşı pul tələbinə dаir iddiası üzrə icraata xitam verilməsi və İddiaçı Cavabdeh qarşı iddia tələbinin həcmini artırılmasına dair iddiası rədd edilməsi; İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.2, 1096.1, 1097.1 maddələri, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 107, 119.1, 220.5, 217, 216-220, 227, 233, 261.0.1, 357, 360 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki,cavabdehə 13000 manatı müqavilə əsasında, əlavə 1000 manat isə Elnur adlı şəxsin yanında arvadı Vüsalə Həsənovadan alıb vermişdir. Dəfələrlə icraçı tərəfindən pulun alınması üçün cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Cavabdeh 20 aprel 2024-cü iltarixdə inzibati qaydada 500 manat cərimə edilmişdir. İcra qeydi verildiyindən cavabdeh barəsində CM-nin 306-cı maddəsi ilə cinayət iş qaldırmaq mümkün olmadığı ücün məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddia tələbinin 13000 manat hissəsinə xitam vermiş, 1000 manat hissəsini isə təmin etməmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 yanvar 2025-ci il tarixli 2(104)-213/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(021)-1747/2024 nömrəli qətnaməsi “iddiаçı İddiaçı Cavabdeh qаrşı pul tələbinə dаir iddiası üzrə icraata xitam verilməsi” hissədə ləğv edilmiş, həmin hissədə, yəni 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 13000 manat alınıb İddiaçı verilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə cavabdehə 13000 manat vermişdir. Kredit müqaviləsindən əvvəl isə cavabdehə 1000 manat borc vermişdir. Lakin bu barədə cavabdehdən yazılı qəbz almamışdır. 4000 manatı isə əldən çıxmış fayda kimi tələb edir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, 1000 manat borc və əldən çıxmış faydaya görə 4000 manat cavabdehdən alınıb ona verilməsinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı vəkili Əkbərov Xəqani Məmmədəli oğlu da çıxışında 1000 manat borc və əldən çıxmış faydaya görə 4000 manat cavabdehdən alınıb ona verilməsinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs iddiaçıdan əlavə olaraq, yəni kredit müqaviləsi bağlanmamışdan əvvəl 1000 manat borc almamışdır.
15. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443. Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh aralarında bağlanmış 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən əvvəldə 1000 manat borc verdiyini, lakin cavabdehin həmin borcu qaytarmadığını, eləcədə kredit müqaviləsi üzrə verilmiş 13000 manat və müqavilədən əvvəl verdiyi 1000 manat borcun vaxtında qaytarılmadığına görə 4000 manat ziyana (əldən çıxmış fayda) düşdüyünü əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsidə qeyd olunan hissələrdə iddianı təmin etməmişdir.
36. Verilmiş appellyasiya şikayəti üzrə kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, İddiaçı Cavabdeh aralarında bağlanmış 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən əvvəl də1000 manat borc verməsini iddia etsədə, lakin o bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir.
38. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehdən1000 manat borcun tutulması hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
39. İddia tələbinin əldən çıxmış faydaya görə cavabdehdən 4000 manat tutulmasına münasibətdə isə kollegiya qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
40. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
42. Konstitusiya Məhkəməsi Plenumunun “yuxarıda qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
43. Yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 15 noyabr 2023-cü il tarixli, 8İ-25958 nömrəli icra qeydi verilmişdir. İcra sənədi cavabdeh tərəfindən icra edilmədiyindən, təlkəbkar borcludan əldən çıxmış fayda qismində deyil, Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də kollegiya hisab edir ki, iddia tələbi bu hissədə də təmin edilməmilidir.
44. Kollegiya həmçinin qeyd edir ki, iddi tələbi 400 manat yol xərcinin tutulması hissədə də təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi verildiyindən, Cavabdeh 13000 manat alınıb İddiaçı verilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Əldən çıxmış faydaya görə 4000 manat hissədə isə iddia təmin edilməmişdir. Belə olan təqdirdə çəkilmiş yol xərcinin əvəzinin cavabdehdən tutulması da özlüyündə istisna olunur.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392-393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(021)-1747/2024 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh qarşı iddia tələbinin həcmini artırılmasına dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissədə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 1000 manat borc və əldən çıxmış faydaya görə 4000 manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.