Məhkəmə qərarları › İş №2(104)-2134/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2134/2024

14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2134/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyətində olan VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik maşınına vurulmuş maddi zərərin əvəzi olaraq 1843 (min səkkiz yüz qırx üç) manatın və zərərin qiymətləndirilməsi barədə rəy verilməsi üçün mütəxəssisə ödədiyi 50 manatı alınaraq ona ödənilməsi, həmçinin hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu kimi ödədiyi 39 manat Cavabdeh tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və onun tərəfindən verilmiş etibarnamə əsasında oğlu X10 tərəfındən idarə edilən VAZ- 21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik maşınını oğlu Elvin Qasımov idarə edərək, həmin maşınla 27 oktyabr 2022-ci V tarixdə saat 19:20 radələrində yaşadıqları Bərdə rayonu Gülgəzli kəndindən çıxıb Bərdə rayonunun Kolayır kəndi ərazisindən keçən magistral asfalt yolla orta sürətlə hərəkətdə olarkən qəflətən yol kənarındakı ağacların və kolluğun arxasından bir neçə baş inək heyvanları çıxıb yolun digər tərəfinə keçmək üçün qaçmışlar. Heyvanlar yola qəflətən (gözlənilmədən) çıxdıqlarına görə, X13 maşını dərhal saxlamaq imkanı olmamış, odur ki, maşını inəklərə çırpılaraq heyvanlardan ikisini ön ətrafları nahiyyəsindən ciddi, birini isə arxa tərəfindən yüngül yaralamışdır. Hadisə zamanı heyvanlar nəzarətsiz olmuş, onların yanında çoban və ya sahibi olmamış, heyvanlar arxadan qovulduqları üçün yolu çıxaraq keçmək istəmişlər. Maşınının çırpılaraq ciddi xəsarət yetirdiyi inək heyvanlarının hər ikisi yerli cinsdən olan təxminən 5-6 aylıq buzovlar, yüngül xəsarətlənən bir baş inək isə yerli cinsdən olan böyük yaşlı heyvan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Əyyub Kərimov ) İddiaçı Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan və onun tərəfimdən verilmiş etibarnamə əsasında oğlu X10 tərəfindən idarə edilən VAZ-21093 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı minik maşınını oğlu Elvin Qasımov idarə edərək, həmin maşınla 27 oktyabr 2022-ci il tarixdə saat 19:20 radələrində yaşadıqları Bərdə rayonu Gülgəzli kəndindən çıxıb Bərdə rayonunun Kolayır kəndi ərazisindən keçən magistral asfalt yolla orta sürətlə hərəkətdə olarkən, qəflətən yol kənarındakı ağacların və kolluğun arxasından 15-dən çox inək heyvanları çıxıb yolun digər tərəfinə keçmək üçün qaçmışlar. Heyvanlar yola qəflətən (gözlənilmədən) çıxdıqlarına görə X13 maşını dərhal saxlamaq imkanı olmamış, odur ki, maşınım inəklərə çırpılaraq heyvanlardan ikisini ön ətrafları nahiyyəsindən ciddi, birini isə arxa tərəfindən yüngül yaralamışdır. X13 əməlində cinayət tərkibi aşkar edilmədiyinə görə, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə olan xx.xx.2022-ci il tarix İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə, 60 manat məbləğində cərimə olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli hərəkətləri ilə, onun VAZ-21093 minik markalı 04- BN-129 dövlət qeydiyyat nişanlı avtomobilim ciddi zədələnməklə, ona 1843 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsə də, yol nəqliyyat hadisəsinin baş verməsinə şərait yaratmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Elvin Qasımovun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə olan xx.xx.2022-ci il tarix İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə, 60 manat məbləğində cərimə olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli hərəkətləri olsa da, lakin inzibati məsuliyyətə cəlb edilməmişdir. Bununla belə, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsinə şərait yaratmış və onun VAZ21093 minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili ciddi zədələnməklə, ona 1843 manat məbləğində maddi zərər vurulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının ona maddi ziyan vurması ilə bağlı məhkəmə qətnaməsi olsa da, indiyədək ona dəymiş ziyanı ödəmir. Baş vermiş hadisə ilə əlaqədar, iddiaçının oğlu Elvin Qasımov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Onun isə, baş vermiş hadisə ilə bağlı heç bir təqsiri müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: AE seriyalı 041596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır ƏN-Vİ seriyalı 600680 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X7 etibarnamə vermişdir. 07 noyabr 2022-ci il tarixli İlkin Qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və köməkçi materiallar almaq üçün 1043 manat, dəmirçi işi üçün 400 manat, rəngsaz işi və materialagörə 300 manat, çilingər və mühərrik işi üçün 100 manat, cəmi 1843 (bir min səkkiz yüz qırx beş) manat ziyan dəymişdir. Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(021)-478/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi qismən təmin edilmişdir. Cavabdeh X3 3000 manat və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi göstərilmişdir. İddia tələbi qalan hissədə təmin olunmamışdır. İş üzrə 200 manat ekspertiza xərci cavabdeh X3 alınaraq "xxxx" MMC-nin xəyrinə ödənilməsi müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(104)-1778/2023 saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(021)- 478/2023 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. HK-1/4562 nömrəli 04 noyabr 2022-ci il tarixli Cinayyət işinin rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Bərdə rayonu Gülgəzli kəndində qeydiyyatda olan və orada yaşayan X5 barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci madəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin Dövlət X15 göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 6(021)-10/2023 saylı qərarından görünür ki, Bərdə rayon X8 təhqiqatçısı, polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında HK1/4562 saylı 04 noyabr 2022-ci il tarixli qərarından ərizəçi X10 tərəfindən verilmiş şikayət təmin edilmişdir. Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı polis mayoru X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmişdir. Material yenidən araşdırılması üçün Bərdə Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 6(021)-01/2024 saylı qərarından görünür ki, Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında HK-1/4562 saylı 31 avqust 2023-cü il tarixli qərarından ərizəçi X10 tərəfindən verilmiş şikayət təmin edilməmiş, 31 avqust 2023-cü il tarixli HK1/4562 nömrəli qərar qanuni hesab edilmiş və qüvvəsində saxlanılmış, Bərdə rayon Kolayır kənd sakini Cavabdeh və onun atası Famil İsayevin mal-qaranı kəndin içindəki yolda nəzarətsiz qoyması və ya asfalt, sement-beton örtüklü yollarla ötürülməsinə görə mal-qaranın kim tərəfindən nəzarətsiz qoyulması, adları çəkilən şəxslərin əməllərində İXM-nin 338-ci madəsinin tərkibinin olub olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Bərdə Rayon Dövlət X15 göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 9/8696 saylı rəyindən görünür ki, iş materiallarında olan “X6” tərəfindən tərtib edilmiş 07 noyabr 2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaql 1992-ci il buraxılışlı “VAZ 21093” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 1415 manat müəyyən edilir. Bərdə rayon Polis şöbəsinə Cavabdeh İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib-edilməməsinə dair müraciət olunsa da, indiyədək onun barəsində sözügedən hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair hər hansı məlumat daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün X7 etibarnamə vermiş, sonuncu 27 oktyabr 2022-ci ildə saat 1920 radələrində “Vaz 21093 Minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Kolayır kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh bir neçə baş iri buynuzlu heyvanın qəfildən magistral yolda hərəkətdə olan X5 idarə etdiyi **-BN-*** dövlət eydiyyat nişanlı “Vaz 21093 Minik” markalı avtomobilin qarşısına çıxmış və avtomobilə maddi ziyan vurmuşdur. İşin həmin halları HK-1/4562 saylı 31 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 qərarı ilə də təsdiq olunur. Həmin qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-yə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 6(021)- 01/2024 saylı qərardan görünür ki, Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında HK-1/4562 saylı 31 avqust 2023-cü il tarixli qərarından ərizəçi X10 tərəfindən verilmiş şikayət təmin edilməmişdir, 31 avqust 2023-cü il tarixli HK1/4562 nömrəli qərar qanuni hesab edilmiş və qüvvəsində saxlanılmışdır. Bərdə rayon Kolayır kənd sakini Cavabdeh və onun atası Famil İsayevin mal-qaranı kəndin içindəki yolda nəzarətsiz qoyması və ya asfalt, sement-beton örtüklü yollarla ötürülməsinə görə mal-qaranın kim tərəfindən nəzarətsiz qoyulması, adları çəkilən şəxslərin əməllərində İXM-nin 338-ci madəsinin tərkibinin olub olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Bərdə Rayon Dövlət X15 göndərilmişdir. Bərdə rayon Polis şöbəsinə Cavabdeh İXM-nin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilibedilməməsinə dair müraciət olunsa da, indiyədək onun barəsində sözügedən hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilməsinə dair hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlər tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehlərin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi, cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı oğlu X10 təqsirli bilinməklə inzibati məsuliyyətə cəlb edilsə də, Cavabdeh həmin hadisə ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi müəyyən olunmur və iddiaçı tərəfindən bu barədə heç bir sübut növü təqdim edilməmişdir. İddiaçı həmin yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsirli hərəkətləri ilə, onun VAZ-21093 minik markalı 04- BN-129 dövlət qeydiyyat nişanlı avtomobili ciddi zədələnməklə, ona 1843 manat məbləğində maddi zərər vurulmasına dair apellyasiya dəlilləri formal mülahizə olmaqla, heç bir qanuni əsasa söykənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-191/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar