Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2137/2023 12.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X5 vəkili X2 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsindən cavabdeh X5 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X5 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş seriya MH ******* saylı çıxarışın və daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab edilməsi, mərhum valideynlərindən miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsələrə çatan payın müəyyən edilməsi, bərabər qaydada bölünməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdeh X5 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş seriya MH ******* saylı çıxarışın və həmin sənədin doğurduğu hüquqi sənədlərin etibarsız hesab edilməsi, İ dərəcəli vərəsə kimi tanınması, mərhum valideynlərindən miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən vərəsələrə çatan payın müəyyən edilməsi, bərabər qaydada bölünməsi, naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008- ci il tarixli, reyestr nömrəsi **********21-10301 olan, seriya MH ******* saylı çıxarış və həmin sənədin doğurduğu hüquqi nətiəcələr etibarsız hesab edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən mərhum valideynləri X19 və Mustafayeva (Quliyeva) Məzəli Nəbi qızından miras qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə görə qanun üzrə İ dərəcəli vərəsə kimi tanınması, İddiaçı ünvan 1 ünvanında yerləşən mərhum valideynləri X19 və Mustafayeva (Quliyeva) Məzəli Nəbi qızına məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin həyətyanı torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,8 kv.m yaşayış, 56,6 kv. metr köməkçi sahədən ibarət miras qalmış fərdi yaşayış evinin qanun üzrə 1/4 hissəsinə İ dərəcəli vərəsə kimi payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə cavabdeh X4 məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat pul vəsaiti alınıb X3, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh X12 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atadan qalmış Tərtər şəhəri, S.Vurğun küçəsi döngə 1-də yerləşən miras əmlakla bağlı vərəsəlik işi açılmış, vərəsələr, o cümlədən İddiaçı mirası qəbul etmədiyini, mirası onun adına keçməsinə həmin ünvanda pasport qeydiyyatında qalmaq şərti ilə etiraz etməmişdir. Nəticədə ona miras mülklə bağlı vərəsəlik şəhadətnaməsi verilmiş və bu şəhadətnamə əsasında müvafiq çıxarış almışdır. Məhkəmə isə həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Vərəsəlik şəhadətnaməsi tam qanuni olaraq verilmişdir. Belə olan halda, həmin şəhadətnamə qüvvədə olduğu halda, mülkiyyət hüququna dair çıxarış etibarsız hesab oluna bilməzdi. Cavabdeh X5 vəkili X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdehin valideynləri 3 övladı, o cümlədən İddiaçı onların sağlığında ayrılaraq ayrı-ayrı ünvanda yaşamışlar. Cavabdehin mülkiyyətində olan evlə heç bir bağlılıqları olmamışdır. Valideynlərinin vəfatından onlardan miras qalmış əmlaklar, o cümlədən Tərtər şəhəri, S.Vurğun küçəsi döngə 1-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 37,8 kv.metr yaşayış, 56,6 kv.metr köməkçi sahəsən ibarət 3 nömrəli fərdi yaşayış evi miras kimi cavabdeh tərəfindən qəbul edilmiş və onun tərəfindən idarə olunmuşdur. İddiaçı valideynlərinin yas mərasimində iştirak etmiş və miras əmlakdan heç nə götürməmiş və yeddi gün sonra Bakı şəhərinə öz evinə getmişdir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanunsuz hesab edir. Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, atadan qalmış Tərtər şəhəri, S.Vurğun küçəsi döngə 1-də yerləşən miras əmlakda pasport qeydiyyatında qalmaq şərti ilə, həmin evin cavabdeh X5 adına keçməsinə etiraz etməmişdir. Hazırda isə, cavabdeh həmin evi satmaq istəyir. Ona görə də, miras əmlakdan pay istəyir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh X5 apellyasiya şikayətinin dəlillərindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına olan: nikah haqqında arayışdan görünür ki, X19 ilə X8 arasında nikah 18 avqust 1958-ci il tarixdə 76 saylı akt qeydi tərtib olunmuşdur. ölüm haqqında arayışdan görünür ki, X8 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.2007-ci ildə ölmüşdür. Rayonlararası texniki inventarizasiya bürosunun xx.xx.1987-ci ildə verdiyi qeydiyyat vəsiqəsinin surətindən görünür ki, keçmiş Mirbəşir hazırki ünvan 3 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 89,4 kv.metr, yaşayış sahəsi 37,8 kv.metr fərdi yaşayış evi Mirbəşir şəhəri XDS İcraiyyə Komitəsinin 30 iyun 1989-cu il tarixli 6 nömrəli qərarı ilə 354 sayla qeydiyyata alınmaqla X10 adına rəsmiləşdirilmişdir. Tərtər rayon Dövlət arxivinin verdiyi xx.xx.2022-ci il tarixli 114 saylı arayşından görünür ki, X13 verilmiş həmin arayışda Tərtər şəhər İƏV-in 1996-2000-ci illərdə Səməd Vurğun küçəsi üzrə tərtib etdiyi təsərrüfatbaşına kitabın 34-cü səhifəsinin 33-cü şəxsi hesabında mərhum atası X19 ailə başçısı kimi qeyd edilmişdir. X8 - həyat yoldaşı, X12-qızı, İddiaçıoğlu, X14 -gəlini, X18 - nəvəsi, X15-nəvəsi və X20-nəvəsi ailə üzvləri kimi qeyd edilmişlər. X11 Tərtər rayon Dövlət Notariat Kontoruna təqdim etdiyi 26 yanvar 2008-ci il tarixli ərizənin surətindən görünür ki, Mahir Quliyev həmin ərizəsində atası Quliyev Ramiz və anası Mustafayeva Məzəli 16-18-dekabr 2027-ci ildə vəfat etmişlər. Atasının adına olan S.Vurğun küçəsi 5 nömrəli evin sənədlərinin özü qeydiyyatda qalmaq şərti ilə bacısı X6 adına keçirilməsinə etiraz etmədiyini, ərizəni özünün yazdığını və imzası ilə təsdiq etdiyini göstərmişdir. xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X10 ünvan 4 ünvanında yaşayan X16 olmuşdur. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH N ******* saylı Çıxarışın surətindən görünür ki, həmin Çıxarış verilir X9 ondan ötəri ki, Tərtər şəhəri, Səməd Vurğun küçəsi, döngə 1 -də mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,8 kv.metr yaşayış, 56,6 kv. metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il). Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, həmin sənəd ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə görə X5 adına verilmişdir. Tərtər Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğu edilmiş vətəndaş xx.xx.1969-cu il təvəllüdlü X11 ünvan 6 ünvanında qeydiyyatda olub-olmaması barədə heş bir məlumat olmadığı göstərilmişdir. İş materiallarından görünür ki, tərəflərin anaları X8 xx.xx.2007-ci ildə, ataları X19 xx.xx.2007-ci ildə ölmüşdür. Onların vəfatından sonra, mərhum X10 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin vaxt mərhumların 4 övladı - X16, X21, X17 və X22 olmuşdur. Onlar notariat kontorunda 28 dekabr 2007-ci il tarixdə ərizələr təqdim etmişlər. İddiaçı X1 rayon Dövlət Notariat Kontoruna təqdim etdiyi 26 yanvar 2008ci il tarixli ərizəndə atası Quliyev Ramiz və anası Mustafayeva Məzəli 16-18 dekabr 2007ci ildə vəfat etdiyini, atasının adına olan S.Vurğun küçəsi 5 nömrəli evin sənədlərinin özü qeydiyyatda qalmaq şərti ilə bacısı X6 adına keçirilməsinə etiraz etmədiyini, ərizəni özünün yazdığını və imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmin ərizələr alındıqdan sonra notarius müvafiq hərəkətlər aparmış və xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2007-ci ildə vəfat etmiş X10 vərəsəsi ünvan 4 ünvanında yaşayan X16 olmuşdur. Bundan sonra, həmin evə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli Çıxarış verilmişdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1., 1159.1.1. və 1159.1.2.-ci maddələrinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar: övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1261-ci maddəyə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər... 1272-ci maddəyə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı X1 rayon Dövlət Notariat Kontoruna təqdim etdiyi 26 yanvar 2008- ci il tarixli ərizəsində atası Quliyev Ramiz və anası Mustafayeva Məzəlinin 16-18 dekabr 2007-ci ildə vəfat etdiyini, atasının adına olan S.Vurğun küçəsi 5 nömrəli evin sənədlərinin özü qeydiyyatda qalmaq şərti ilə bacısı X6 adına keçirilməsinə etiraz etmədiyini, ərizəni özünün yazdığını və imzası ilə təsdiq etdiyini göstərmiş və bu və digər vərəsələrin ərizələri nəzərə alınmaqla, miras evlə bağlı cavabdeh X6 adına xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əvvəla, iddiaçı tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilməmişdir ki, belə olan halda, həmin şəhadətnamənin əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsızlığı qeyri-mümkündür. Bundan başqa, iddiaçı X1 rayon Dövlət Notariat Kontoruna təqdim etdiyi 26 yanvar 2008-ci il tarixli ərizəsində atası Quliyev Ramiz və anası Mustafayeva Məzəlinin 16-18 dekabr 2007-ci ildə vəfat etdiyini, atasının adına olan S.Vurğun küçəsi 5 nömrəli evin sənədlərinin özü qeydiyyatda qalmaq şərti ilə bacısı X6 adına keçirilməsinə etiraz etmədiyini, ərizəni özünün yazdığını və imzası ilə təsdiq etdiyini göstərmişdir ki, belə olan halda, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə edilmiş müvafiq çıxarışın 15 ildən sonra ləğv edilməsini iddia etmək qanunsuz və əsassızdır. Belə ki, həmin çıxarışın etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı cavabdehin adına miras mülkə dair müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə verib, sonradan başqa əsasla həmin şəhadətnamə əsasında verilmiş sənədlərin etibarsızlığını yox, ləğvini tələb edə bilərdi. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının... pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsinə əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-136/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdeh X5 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008- ci il tarixli, reyestr nömrəsi **********21- 10301 olan, seriya MH ******* saylı çıxarış və həmin sənədin doğurduğu hüquqi nətiəcələrin etibarsız hesab edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən mərhum valideynləri X19 və Mustafayeva (Quliyeva) Məzəli Nəbi qızından miras qalmış fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə görə qanun üzrə İ dərəcəli vərəsə kimi tanınması, İddiaçı ünvan 1 ünvanında yerləşən mərhum valideynləri X19 və Mustafayeva (Quliyeva) Məzəli Nəbi qızına məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin həyətyanı torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37,8 kv.m yaşayış, 56,6 kv. metr köməkçi sahədən ibarət miras qalmış fərdi yaşayış evinin qanun üzrə 1/4 hissəsinə İ dərəcəli vərəsə kimi payının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissələrdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2137/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2137/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver