Məhkəmə qərarları › İş №2(104)-2144/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2144/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2144/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-692/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-692/2024 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, Cavabdeh 6826 (altı min səkkiz yüz iyirmi altı) manat 06 (altı) qəpik məbləğində pul, hüquqi yardım göstərilməsinə dair ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaiti və 93 (doxsan üç) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 2(061)-692/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun borclu olduğu 6826 (altı min səkkiz yüz iyirmi altı) manat 06 (altı) qəpik məbləğində pulun, hüquqi yardım göstərilməsinə dair ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin və 93 (doxsan üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla zamin kimi digər tərəfdən "xxxx" ASC-in Sahil filialının müdiri kreditor Eldar Muradov, üçüncü tərəfdən isə borcalan Cavabdeh arasında ZRGTK1781103A208 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi, sonradan kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən borcalan Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 26,48 faiz olmaqla 7112,48 manat məbləğində pul verilmişdir. Lakin borcalan Cavabdeh kreditor qarşısında öz öhdəliyini yerinə yetirməyərək, borcunu ödəməmişdir. Bunun da nəticəsində yuxarıda qeyd olunan müqavilənin 4.5-ci maddəsinə əsasən kreditor tərəfindən onun bank hesabından xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə 7322,06 manat məbləğində pul tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Z-RGTK1781103A208 nömrəli müqavilə üzrə borc onun tərəfindən tam ödənilmiş və müqaviləyə xitam verilmişdir. Bu tutqu başladıqdan sonra cavabdehə öz öhdəliyini yerinə yetirməsi və ondan tutulan pulların verilməsi üçün dəfələrlə müraciət olunsa da, ona hissə-hissə köçürmə yolu ilə son ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi 496 manat pul ödəmişdir. Bundan əlavə olaraq o, hüquqi yardım göstərilməsinə görə müqavilə əsasən 320 manat məbləğində pul ödəmişdir. Nəticədə ona 7146,06 manat məbləğində zərər vurulmuşdur. Vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi işi araşdırmamış və yekunda iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə prosesi zamanı onun nümayəndəsi krediti ödədiyini və bununla bağlı e-manata sorğu verildiyini və görüntülərin, qəbzlərin təqdim edəcəyini bildirmiş , lakin məhkəmə qətnamə qəbul edərək bunu nəzərə almamışdır. Bundan əlavə iddiaçının bir neçə ay ödədiyi pulu da o, onun kartına göndərmişdir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Sahil filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Z-RGTK1781103A208 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Kapital Bank” ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK1781103A208 saylı kredit müqaviləsi üzrə zamin durmuş və onunla birlikdə Bank qarşısındakı birgə məsuliyyət daşıyacağını öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in Sahil filialı tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 533 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən əldə edilən RGTK1781103A208 nömrəli 7112,48 manat məbləğli kreditə zamin olmuşdur. RGTK1781103A208 kredit müqaviləsi üzrə borc xx.xx.2024-cü il tarixində tam ödənilmiş və müqaviləyə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus 510307******5205 nömrəli “Debit MasterCard Salary” kartından çıxarışdan görünür ki, onun kartından xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək RGTK1781103A208 saylı kredit müqaviləsi üzrə hissə-hissə 6826,06 manat məbləğində pul tutulmuşdur. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 766 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə Tərtər Rayon Məhkəməsində baxılacaq mülki işlə bağlı 300,20 manat hüquqi yardıma görə haqq ödənişi etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-in ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Tərtər Rayon Məhkəməsinin hesabına 92,60 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 93 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı zamin kimi digər tərəfdən "xxxx" ASC, üçüncü tərəfdən isə borcalan Cavabdeh arasında Z- RGTK1781103A208 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi və sonradan kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən borcalan Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 26,48 faiz olmaqla 7112,48 manat məbləğində pul verilmişdir. Lakin borcalan Cavabdeh kreditor qarşısında öz öhdəliyini yerinə yetirməyərək, borcunu ödəməmişdir. Bunun da nəticəsində kreditor tərəfindən iddiaçının bank hesabından xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə 7322,06 manat məbləğində pul tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Z-RGTK1781103A208 nömrəli müqavilə üzrə borc, onun tərəfindən tam ödənilmiş və müqaviləyə xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəmədiyindən, zamin kimi İddiaçı hər ay ödəniş cədvəlinə əsasən tutulmalar aparılmış və ümumilikdə 6826,06 manat "xxxx" ASC-in hesabına ödənilmişdir. Bu fakt məhkəmədə elan olunmuş "xxxx" ASC-in verdiyi xx.xx.2024-cü il tarixli 533 saylı arayışla tam təsdiq olunur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC -dən kredit götürərkən İddiaçı ona zamin durmuşdur. Cavabdeh götürdüyü krediti vaxtında ödəmədiyi üçün iddiaçının göstərdiyi məbləğdə kredit onun tərəfindən ödənilmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 6826,06 manat təşkil edir. Məhkəmə iclasında alınmış tərəflərin nümayəndələrinin izahatları, iş materialları və işə əlavə edilmiş mötəbər sübutlarla bu fakt təsdiq olunur. Birincin instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasındakı münasibət zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. İşdə olan İddiaçı debit kartından çıxarışdan görünür onun kartından bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK1781103A208 nömrəli kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda cəmi 6826,06 manat tutulmalar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda İddiaçı Cavabdeh əvəzinə banka 6826,06 manat ödəniş etdiyi iş materialları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəmişdir. Apellyasiya şikayətinin dəlillərində Cavabdeh krediti özü ödəməyi barədə sənədləri təqdim edəcəyini və iddiaçı tərəfindən ödənilmiş pulun ona qaytardığını qeyd etsə də bunu təsdiq edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(061)-692/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar