Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2150/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X20 qızının katibliyi, İddiaçı X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-969/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gэncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X9 surətindən görünür ki, Cavabdeh və X4 01 dekabr 2018-ci il tarixdə nikah baölamışlar.
2. AN-İ ******* nömrəli, 05 sentyabr 2018-ci il tarixli Alğı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X7 ilə satıcılar X17, X14 və X18 arasında Gədəbəy rayonu ərazisində yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsinin 0.04 ha hissəsinin 4200 manata alğı-satqısı ilə əlaqədar müqavilə bağlamışlar.
3. KapitalBank ASC tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli ödəniş rafikindən görünür ki, Cavabdeh həmin tarixlə illik 29.84 % faiz dərəcəsi ilə 48 ay müddətinə ödəmək şərti ilə 5320 manat kredit verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X6 Cavabdeh qarşı Cavabdeh 3000 manat məbləğində pulun və ödənilmiş 50 dövlət manat rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş kürəkənidir.Cavabdehlə qızı 2017-ci ildə nikah bağlamadan ailə qurmuşdur. Onlar 2018-ci ildə nikah bağlamışlar. 2017- ci ildə qızı ilə cavabdehə Gədəbəy şəhəri ərazisində Vahid adlı şəxsdən 6.000 manata 0.04 ha həyətyan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini 6000 manata almışlar və həmin pulun 3000 manatını o, vermişdir. 3000 manatın 1.500 manatını cavabdehin özünə, 1.500 manat isə torpaq sahəsini satan Vahid adlı şəxsə vermişdir. Hazırda cavabdehlə qızı ayrılmışlar, nikahın pozulması ilə bağlı iş Gədəbəy Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh əvvəlcə birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin 0.02 ha hissəsini verməyə razılıq versə də, hazırda nə torpaq sahəsini nə də onun torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar verdiyi pulu qaytarmır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Məhkəmənin iclasında X17 və X4 şahid qismində dindirilmişlər.
7. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 ifadə verərək, bildirmişdir ki, o, həqiqətən torpaq sahəsini 2018-ci ildə 6000 manat cavabdehə satmışdır. Həmin torpaq sahəsinin dəyərinin 3000 manatını cavabdeh, 3000 manatını isə iddiaçı Rusiyadan gələndən sonra ona vermişdir.Alğı-satqı müqaviləsində torpağın dəyəri 4200 manat göstərilmişdir. Lakin 1800 manat sənədləşdirilmə üçün xərclənmişdir.
8. X1 izahatında bildirmişdir ki, Vahid adlı şəxs həqiqətən torpaq sahəsini 2018ci ildə 6000 manata cavabdehə satmışdır. Həmin torpaq sahəsinin dəyərinin 3000 manatını cavabdeh, 3000 manatını isə iddiaçı Rusiyadan gələndən sonra vermişdir. Alısatqı müqaviləsində torpağın dəyəri 4200 manat göstərilmişdir.Lakin, 1800 manat sənədləşdirilmə üçün xərclənmişdir.
9. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-969/2025 nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 3000 manat və 50 manat dövlət rüsumunun əvəzi, cəmi, 3050 manat alınaraq, X5 verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş kürəkənidir. Cavabdehlə iddiaçının qızının birgə ailə münasibətləri dövründə alğısatqı müqaviləsi əsasında əldə etdikləri torpaq sahəsinə görə satıcıya verilmiş 6000 manatın 3000 manatını aralarındakı razılığa əsasən iddiaçı vermişdir. Hazırda cavabdehlə iddiaçı arasında olan qohumluq münasibətlərinə xitam verilmişdir və iddaçı cavabdehin əldə etdiyi torpaq sahəsinə görə verdiyi pulun qaytarılmasını istəyir. Ona görə də cavabdehin iddiaçının hesabına əsassız varlandığı nəzərə alınmalı, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı X5 verilməlidir. Məhkəmə yuxarıda qeyd edilən nəticəyə gələrkən Mülki Məcəllənin 14.2,14.2.1,;14.2.6, 14.2.7, 1091.1 və 1091.2-ci maddələrinə, həmçinin Mülki-Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissədə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdən görünür ki, iddiaçı izahatında bildirir ki, verdiyi 3000 manat pulun 1500 manatını cavabdehin özünə, 1500 manatını isə torpaq satan Vahid adlı şəxsə vermişdir. X25 isə izahatında göstərir ki, torpağa görə 6000 manat pulun 3000 manatını cavabdeh ona vermiş, 3000 manatını isə iddiaçı Rusiya Federasiyasından qayıdandan sonra ona vermişdir. Göründüyü kimi hər iki şəxsin göstərdikləri bir-birinə ziddir. Məhkəmə isə bunlara qiymət verməmişdir. Bundan başqa şahid qeyd edir ki, torpağı 4200 manata alqı-satqı etsələr də 6000 manata satmış bunun da 1800 manatı sənədləşmə işinə sərf edilmişdir. Məhkəmənin qətnaməsi qanunvericiliyin bu tələbini pozmuşdur. Məhkəmə qətnaməsi yalnız iddiaçı tərəfin gösərdikləri sübutlara əsaslanmışdır ki, həmin sübutlar da biri digərinə ziddir. İlk öncə qeyd edim ki, biz torpaq sahəsini alan zaman iddiaçı ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmayıb, biz alqı-satqı edərkən 4200 manat pul depozitə qoyulub və Vahid Kərimov da götürüb, Onda sual yaranır iddiaçı Rusiya Federasiyasından qayıdandan sonra 3000 manatı necə verib. Belə çıxır ki, torpaq sahəsi 7200 manata alınıb. İddiaçı qeyd edir ki, 3000 manatın 1500 manatını mənə, yəni cavabdehə vermiş, 1500 manatını isə Vahidə vermişdir. Vahid isə qeyd edir ki, iddiaçı Rusiyadan qayıtdıqdan sonra ona 3000 manat verib. Göründüyü kimi, iddia şər-böhtandır, məhkəmə isə buna qiymət verməmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı apelyasiya şikayətinə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, öz qızının xoşbəxt yaşaması üçün cavabdehə nəinki torpaq almaqda, bir çox işlərdə maddi yardım göstərmişdir. Ailələri davam etmədiyi üçün o, digər etdiyi yardımları tələb etmir. Yalnız torpaq almaları üçün verdiyi pulu tələb edir. Torpaq satan şəxsin özü də məhkəmə iclasında iştirak edib həqiqəti söyləmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Ş.T.Tağıyev apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi əlavə olaraq şahid ifadələri ilə iddiaçının öz bildirdikləri arasında ziddiyət olduğunu, iddiaçı tərəfindən cavabdehə hər hansı pul məbləğinin verilmədiyini bildirərək, şikayətinin təmin edilməsini, xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh V.B.İmamaverdiyev apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, torpağın alınmasına görə pulun cavabdehə onun tərəfindən verildiyini, qızının ailəsinə görə cavabdehə həmin pulu verdiyini bildirdi və şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091. Əsassız varlanma anlayışı
1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tam edildiyindən, qətnamə cavabdeh tərəfindən tam hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlülükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
22. İddiaçı tələbində bildirir ki, torpaq sahəsinin alınmasına görə cavabdehə 3000 manat pul vermişdir. Bunun 1500 manatını cavabdehin özünə, 1500 manatını isə torpağı satan Vahid adlı şəxsə vermişdir. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı yazılı razılaşma, bu qəbildə olan danışıqları əks etdirən hər hansı bir dəlil mövcud deyil. Birinci instansiya məhkəməsində ifadə vermiş X17 bildirmişdir ki, o, həqiqətən də torpaq sahəsini 6000 manata satmış, həmin pulun 3000 manatını cavabdeh, 3000 manatını isə iddiaçı Rusiyadan gələndən sonra ona vermişdir. Digər şahid də eyni məzmunlu ifadə vermişdir.
23. Prosessual qanunvericiliyin tələbinə görə şahid ifadələri sübut növlərindən biri hesab edilir və yalnız dəqiq, ziddiyətsiz və işin halları və ya digər əsaslı dəlillərlə təsdiq edilən şahid ifadələri mötəbər sübut növlərindən biri hesab edilir və mübahisə üzrə hüquqi nəticəyə gəlinərkən onlara istinad edilir. Hazırkı işdə mövcud olan iki şahid ifadəsini sübut edilməli olan fakta münasibətdə yoxlayarkən müəyyən olunur ki, şahidlərin təsvir etdiyi hallar ümumilikdə torpaq sahəsinin alqı-satqısı ilə bağlıdır və bu işdə əsas məsələ olan torpağın dəyərinin bir hissəsinin iddiaçının vəsaiti hesabına ödənilməsi faktı yəqin və birmənalı şəkildə öz təsdiqini tapmır. Bu halı təsdiq edən hər hansı başqa sübut da məhkəməyə təqdim edilməyib. Bundan əlavə, iş üzrə şahid ifadələri işin halları və tərəflərin izahatları ilə də, təsdiq edilmir. 24.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz tələbində istinad etdiyi halları sübut etmək yükü prosessual qanunvericiliyin tələbinə görə iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə tələbini əsaslı hesab edə biləcək halları sübut edə bilmədiyindən iddia tləbi təmin edilə bilməz.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh vəkili və nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-969/2025 nömrəli qətnaməsi ləğv edilsin, iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir.