Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2151/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-434/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 6714.95 manat, 492.73 manat 7 faiz icra ödənişi və ödənilmiş 93 manat dövlət rüsumunun, cəmi, 7301 manat məbləğində pul vəsaitinin ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin dekabr ayında iş yoldaşı Cavabdeh pul lazım olduğu üçün ikisi birlikdə bankdan 5350 manat məbləğində kredit almış, iş yoldaşları X6 borcun ödənilməsi üçün üzərinə zaminlik məsuliyyəti götürmüşdür. Cavabdeh krediti ödəmədiyi üçün borc zamin X3 əmək haqqısından tutulmuşdur. Bundan sonra, X1 yaranmış borcun ödənilməsi üçün məhkəməyə vermiş və Pirallahı Rayon Məhkəməsinin 2(094)-85/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan və cavabdehdən müştərək qaydada 7039 manatın alınaraq, X5 verilməsi qət edilmişdir. İcra zamanı icra məmuru tərəfindən borc onun əmək haqqısına yönəldirlmiş, ondan 7309 manat tutularaq, X5 ödənilmişdir. Bundan başqa, onun əmək haqqısından 492,73 manat icra haqqı da tutulmuşdur. O, dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-434/2024 saylı qətnaməsi ilə (sədrlik edən Fizuli Mirzəquliyev) iddia qismən edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-434/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı qarşısında 7207.68 manat pulun ödənilməsi ilə əlaqədar öhdəlik götürməmişdir. 7207.68 manat pulun ödənilməsi öhdəliyini üzərinə götürməmiş, o, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məhsuliyyəti daşımır. Hüquqi əsas olmadan borcun gecikdirilməsi o hallarda baş verir ki, bu cür gecikdirmə həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Beləliklə, o, İddiaçı ilə münasibətdə əsaslı və qanuni tələbi təmin etmək məhsuliyyəti daşımasa da, hüquqi əsas olmadan 7207.68 manat borcun gecikdirilməsi ondan asılı olmamış və İddiaçı bilərəkdən həmin borcun ödənilməsi üçün şərait yaratmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Ramiz və Qeorqiy bir yerdə işləmişlər. Pulu Qeorqiy götürüb Ramizə vermişdir. X7 məhkəməyə vermiş, pul isə ondan və Ramizdən müştərək qaydada tutulmuşdur. Pirallahı Rayon Məhkəməsinin 2(094)-85/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan və cavabdehdən müştərək qaydada 7039 manatın alınaraq, X5 verilməsi qət edilmişdir. İcra zamanı icra məmuru tərəfindən borc onun əmək haqqısına yönəldirlmiş, ondan 7309 manat tutularaq, X5 ödənilmişdir. Bundan başqa, onun əmək haqqısından 492,73 manat icra haqqı da tutulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)- 434/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-434/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3603,84 manat məbləğində pul və 93 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Pirallahı Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(094)-85/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası təmin edilərək, İddiaçı və Cavabdeh müştərək qaydada ümumillikdə, 7039 manatın tutularaq, X5 ödənilməsi qət edilmişdir. “Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqısından tələbkar X4 xeyrinə 6714.95 manat borc və 492.73 manat icra haqqı tutulmuşdur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Pirallahı Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(094)-85/2019 saylı qətnaməsi ilə, iddiaçı X3 iddiası təmin edilərək, İddiaçı və Cavabdeh müştərək qaydada ümumillikdə, 7039 manatın tutularaq, X5 ödənilməsi qət edilmişdir. Bundan sonra, həmin məbləğ qətnamənin icrası qaydasında İddiaçı əmək haqqısından tələbkar X4 xeyrinə tutulmuşdur. Göründüyü kimi, İddiaçı və Cavabdeh iddiaçı X2 birgə borcalanlar qismində kredit götürdüklərindən cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasında, yəni birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirmək vəzifələri yaranmışdır. Tərəflərin kreditor qarşısında yerinə yetirilməmiş öhdəliklər üzrə borc məbləğinin məhkəmə qərarı ilə onlardan müştərək şəkildə tutulması qət edilsə də, icra qaydasında İddiaçı rəsmi gəlirlərindən tam olaraq tutulmuşdur. Belə olan halda, iddiaçının Cavabdeh qarşı həmin məbləğdə reqres (geriyə tələb) hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi isə, işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş və Cavabdeh 7207.68 manat alınaraq, İddiaçı verilməsini qət etmişdir. Halbu ki, qanuni qüvvədə olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-85/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilə iddiaçı və cavabdehdən müştərək qaydada 7039 manatın alınaraq, X5 verilməsi qət edilmiş və həmin məbləğ İddiaçı əmək haqqısından tələbkar X4 xeyrinə tutulmuşdur. Ona görə də, ödənilmiş icra xərci də nəzərə alınmaqla, cəmi 7207,68 manat məbləğ yarı bölünməli və 3603,84 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(042)-434/2024 saylı qətnaməsi ləğv edilməli və yenin qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3603,84 manat nəbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-434/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3603,84 (üç min altı yüz üç manat səksən dörd qəpik) manat nəbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2151/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2151/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver