Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2159/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər - Rzaquliyev Şamil Qəhrəman oğlunun (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-382/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə 19 mart 2011-ci il təvəllüdlü X4, 04 iyun 2014-cü il təvəllüdlü X5 və 11 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla 660 manat miqdarında alimentin, mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılçmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-382/2023 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)- 401/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat miqdarında müəyyən edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, alimentin yeni miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayəti verərək iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-382/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 noyabr 2010-cu il tarixdə nikah bağlamışdır. Ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə X9, xx.xx.2014-cü il tarixdə X10 və xx.xx.2018-ci il tarixdə X11 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-561/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşaqları onun himayəsində saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla 450 manat miqdarında aliment təyin edilmişdir. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat miqdarında müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment azyaşlı uşaqların saxlanılma xərclərini ödəmir. Cavabdehin mülkiyyətində Hidromek traktoru və Kamaz 65115 markalı nəqliyyat vasitələri var. O, kifayət qədər yüksək qazanc əldə edir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsassız qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı cavabdehin formal izahatına əsaslanaraq müəyyən etmişdir ki, tərəflər 18 noyabr 2010-cu il tarixdə ailə qurmuşlar. Ailə münasibətlərindən 19 mart 2011-ci il təvəllüdlü X9, 04 iyun 2014-cü il təvəllüdlü X10 və 11 yanvar 2018-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşlar. Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat müəyyən edilmişdir. Məhkəmə həm iddiaçının, həm də cavabdehin himayəsində olan azyaşlı uşaqların saxlanılması xərclərinin artmasını və bununla əlaqədar iddiaçı ilə bərabər, cavabdehin də maddi vəziyyətinin dəyişməsini, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanunun tələblərini əzərə alaraq, belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, 19 mart 2011-ci il təvəllüdlü X4, 04 iyun 2014-cü il təvəllüdlü X5 və 11 yanvar 2018-ci il təvəllüdlü X1 üçün təyin edilmiş, hər ay hər uşaq üçün 160 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 170 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlmişdir. Qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunun tələbləri ondan ibarətdir ki, 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə işin bu hallarına düzgün hüquqi qiymət verməmişdir. Əsassız qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilərək alimentin miqdarının hər uşaq üçün 220 manat miqdarında müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdыrıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmaqla qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşlar. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-561/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 mart 2011-ci il təvəllüdlü X4,04 iyun 2014-cü il təvəllüdlü X5 və 11 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, 480 manat miqdarında müəyyən edilmişdir. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2021-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2021-ci il tarixdə X12 doğulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 18 noyabr 2010-cu il tarixdə nikah bağlamış, ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə X9, xx.xx.2014-cü il tarixdə X10 və xx.xx.2018-ci il tarixdə X11 doğulmuşlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-561/2020 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqları anaları İddiaçı himayəsində saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla 450 manat miqdarında aliment təyin edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)-401/2021 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 160 manat miqdarında müəyyən edilmişdir. Təyin edilmiş aliment hazırda azyaşlı uşaqların saxlanılma xərclərini ödəmir. Cavabdeh keçən müddət ərzində əlavə olaraq könüllü heç bir köməklik göstərmədiyindən, iddiaçı alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 220 manat miqdarında müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək alimentin miqdarını artırıb hər uşağa görə 170 manat miqdarında müəyyən etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onun saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaq da böyüməklə onların tələbatları artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşağın marağını nəzərə alıb iddianı qismən təmin edərək, müəyyən olunmuş alimentin miqdarını artıraraq yuxarıda qeyd olunan məbləğdə təyin etmişdir. Məhkəmə bu zaman uşağın mənafeyini kifayət qədər nəzərə almamışdır. Kollegiya hesab edir ki, iddianın qismən təmin edilərək bir uşağın saxlanması üçün tutulan alimentin miqdarı bir uşağa görə 180 manat sabit pul məbləğində müəyyən edilməsi cavabdehin ailə vəziyyətinə ciddi təsir göstərməz. Belə olan halda məhkəmə kollegiyası xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xeyrinə tutulması qət edilmiş hər ay bir uşağa görə 170 manat miqdarında alimentin məbləğini aşağı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilərək artırılmış alimentin miqdarı hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 540 manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Azırbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(042)-382/2023 saylı qətnaməsi - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)- 401/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi, 510 manat miqdarında müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X4,xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(042)- 401/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 540 manat miqdarında müəyyən edilsin və cаvаbdeh Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2159/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2159/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver