Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-218/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Qətnaməsi Açar söz: kredit borcu, sübut Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(021)-99/2022 nömrəli qətnaməsindən iddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 dekabr 2020-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 banka əsas məbləğ üzrə 549.68 manat, hesablanmış və ödənilməmiş faiz borcu 59,91 manat, cərimə borcu 123,06 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 11.45 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 748,90 manat məbləğində borcu yaranmışdır.
2. Xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh1 banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli 9/2527 nömrəli rəydə göstərilmişdir ki, «X5 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2013-cü saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh1 borc qalığını müəyyən etmək mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 9/7917 nömrəli rəydə göstərilmişdir ki, «X5 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2013-cü saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh1 borc qalığını müəyyən etmək mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 9/3794 nömrəli mətubda göstərilmişdir ki, iş üzrə 24 yanvar 2022-ci il tarixli 9/7917 nömrəli ekspert rəyi verilmişdir. Bu səbəbdən də mülki iş materialları geri qaytarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2013-cü ildə “X5 Azərbaycan” QSC və Cavabdeh1 arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh1 istehlak yönümlü 500 manat məbləğində kredit kartı ayrılmışdır. “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Borclana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş, bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X5 Azərbaycan” QSC-yə olan borcu əsas məbləğ üzrə 549.68 manat, hesablanmış və ödənilməmiş faiz borcu 59,91 manat, cərimə borcu 123,06 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 11.45 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 748,90 manat təşkil edir. Borcalan Cavabdeh1 müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 49.68 manat məbləğində limiti aşmışdır.
7. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(021)-99/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “X5 Azərbaycan” QSC-yə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının 60 (altmış manat) manat dəyəri “X5 Azərbaycan” QSC-yə aid edilməsi və 60 (altmış) manat ekspertiza xərcinin tutularaq X2 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə borcunun olmasını müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd edilməlidir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2 və 741-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı “X5 Azərbaycan” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(021)-99/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr, yəni cavabdehin borcunun olmadığı barədə nəticə işin hallarına uyğun hesab edilə bilməz. Belə ki, işin hallarının xüsusilə də cavabdehin borcunun olub-olmaması barədə suala cavab verən ekspert rəyi olmadığı halda məhkəmə yanlış nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyasının qərardadı ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 2(104)- 2689/2022 nömrəli ekspert rəyindən görünür ki, hesab məlumatları, hesab bildirişləri üzrə hesablamalar aparılması ilə “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh1 borc qalığını müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
20. Beləliklə, iddiaçının iddiasına görə 10 dekabr 2013-cü ildə Cavabdeh1 ilə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh1 istehlak yönümlü 500 manat məbləğində kredit kartı ayrılmışdır. “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Borclana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş, bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X5 Azərbaycan” QSC-yə olan borcu əsas məbləğ üzrə 549.68 manat, hesablanmış və ödənilməmiş faiz borcu 59,91 manat, cərimə borcu 123,06 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 11.45 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 748,90 manat təşkil edir. Borcalan Cavabdeh1 müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 49.68 manat məbləğində limiti aşmışdır. İddianı təmin etməyən birinci instansiya məhkəməsi
21. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona istinad etmişdir ki, Cavabdeh1 müqavilə üzrə borcunun olmasını müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd edilməlidir.
22. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, cavabdehin borcunun olmadığı barədə nəticə işin hallarına uyğun hesab edilə bilməz. Belə ki, işin hallarının xüsusilə də cavabdehin borcunun olub-olmaması barədə suala cavab verən ekspert rəyi olmadığı halda məhkəmə yanlış nəticəyə gəlmişdir.
23. Kollegiya aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi belə nəticəni əsaslı hesab edir və qeyd edir ki, cavabdehin iddiaçı qarşısında iddiaçının iddia etdiyi məbləğdə pul vermək öhdəliyin yaranması iş materialları ilə təsdiq edilmir. Bununla belə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş ekspertizalarla cavabdehin iddia edilən məbləğdə borc qalığının olmasını müəyyən etmək mümkün olmamışdır.
24. Belə qənaətə gələrkən məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
25. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı tərəf apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yuxarıda qeyd olunan normaların tələbləri çərçivəsində qəbul edilməmiş və bu da, qətnamənin ləğv edilməsi üçün əsas verir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalı və ekspert tədqiqatının dəyəri iddiaçıdan alınmalıdır.
27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
29. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
30. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(021)-99/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 21 dekabr 2022-ci il tarixli, 9/8799 saylı ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı “X5 Azərbaycan” QSC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .