Məhkəmə qərarları › İş №2(104)-2182/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2182/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2182/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)- 1591/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiаçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022-002-003 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6350 manat əsas, 1876 manat faiz, cəmi 8226 manat kredit borcu, eləcə də iddia qaldırılması üçün ödənilmiş 107 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1591/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddianın təmin edilməsi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022-002-003 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6350 manat əsas kredit borcu, 1876 manat faiz borcu, cəmi 8226 (səkkiz min iki yüz iyirmi altı) manat məbləğində kredit borcu və ödənilmiş 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək Bərdə rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli , 2(021)-1591/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayətin qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilib-verilməməsi yoxlanılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bərdə rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli , 2(021)- 1591/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək həmin şikayətin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin yoxlanılması üçün iş materialları ilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bərdə rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli , 2(021)-1591/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli reyestrlə tərəflərə, o cümlədən Cavabdeh3 poçt vasitəsilə göndərilmiş, lakin ona göndərilmiş qətnamənin alınmasına dair xəbərnamə işə əlavə edilməmiş, eyni zamanda digər Cavabdeh1 eyni küçədə yaşayaraq ona göndərilmiş qətnaməni xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul etdiyindən, məhkəmə kollegiyası Əİiyev Lətif Ziyafət oğlu tərəfindən apellyasiya şikayətində göstərilən yəni xx.xx.2024-cü il tarixdə qətnaməni almasını inandırıcı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci madddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh Əİiyev Lətif Ziyafət oğıuna Bərdə rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli , 2(021)- 1591/2024 nömrəli qətnaməsinin xx.xx.2024-cü il tarixdə göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən qətnamənin xx.xx.2024-cü il tarixdə almasını məhkəmə kollegiyası inandırıcı saymır. Birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbiki Azərbaycan Respublikası MPM-in 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1591/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 363-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin müəyyən edilməsi üçün iş materialları ilə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar