Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2183/2024 21.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs Maraqlı şəxs ASC olmaqla, “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 515000 (beş yüz on beş min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 257500 (iki yüz əlli yeddi min beş yüz) manat məbləğində pulun və ödənilmiş 550 (beş yüz əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1- 0-7-21 (K) saylı kredit müqaviləsinə əsasən verilmiş 100000 (bir yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 50000 (əlli min) manat və 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 4154,98 (dörd min bir yüz əlli dörd manat 98 qəpik) manat; 30 aprel 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K2) saylı kredit müqaviləsinə əsasən verilmiş 15000 (on beş min) manat məbləğində kreditin yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat və 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 1005,39 (bir min beş manat 39 qəpik) manat; 31 avqust 2021-ci il tarixli, 12-BİZ-1-0- 7-21/3 saylı kredit müqaviləsinə dair razılaşmaya əsasən verilmiş 200000 (iki yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 100000 (bir yüz min) manat və 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 17143,83 (on yeddi min bir yüz qırx üç manat 83 qəpik) manat məbləğində pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 469,80 (dörd yüz altmış doqquz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı olmaqla, cəmi 180324 (bir yüz səksən min üç yüz iyirmi dörd) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024, 2(021)-92/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, işdə olan xəbərnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsini Cavabdeh nümayəndəsi vəkil X1 poçt xəbərnaməsinə imza etməklə 25 iyul 2024-cü il tarixində götürmüşdür. Nəticədə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(021)-92/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Bərdə Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2183/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2183/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver