Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2183/2025 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: maddi və mənəvi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Sumqayıt Hərbi Prokurorluğunun İddiaçı ünvanladığı ## ##### 2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun sağ əlinin ikinci barmağının orta falanqasının orta 1/3nin əməliyyat edilərək amputasiya edilməsi barədə müraciət əsasında toplanmış materiala Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.3. maddələrinə müvafiq olaraq cinayət işinin başlanması barədə qərar qəbul edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh, dəymiş maddi ziyana görə 14000 manat və mənəvi ziyana görə 50000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmət etdiyi hərbi hissədə xəsarət aldığından tibb mənətəqəsinə müraciət etmişdir. Müraciəti əsasında ona laqeyid yanaşılmış, daha sonra hosbitala yerləşdirilmiş və nəticədə əl barmağı ambutasiya olunmuş, hərbi xidmtə yararlı kimi ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin, Kəlbəcər rayon polis şöbəsinə polis nəfəri kimi işə düzəlmək üçün müraciət etmiş, tibbi müyinə zamanı əl barmağın aputasiya olması səbəbindən müraciəti təmin olunmadmışdır. Sumqayıt hərbi prokurorluğuna ərizə ilə müraciət edərək həkim səhlənkarlığı nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinı, eləcədə cinayət törətmiş şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı ekspertiza təyin olunmuşdur. Cavabdeh Cavabdeh səhlənkarlığı ucbatından ona maddi və mənəvi ziyan dəymişdir.
4. Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 8000 (səkkiz min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi; Cavabdeh Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099.1, 1099.2, 1112, 1115-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə mənəvi ziyan hissədə iddianı təmin edərkən nəzərə almamışdır ki, tibb məntəqəsində hansı xəstəliklər müalicə oluna bilər. Halbu ki Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ####### 2014-cü il tarixli, ** nömrəli qərarında (Tibbi təminatın dinc dövrdə təşkili haqqında “Əsasnamə”-nin təsdiq edilməsi barədə) açıq-aydın qeyd olunur ki, dəri və dəri altı toxumaların iltihabi fonunda yaranan xəstəliklər tibb məntəqəsində müalicə oluna bilər. ## ###### 2020-ci il tarixdə vəzifə təlimatına uyğun olaraq üzərinə düşən vəzifəsini yetərincə icra edərək əsgər İddiaçı (iddiaçıya) ilkin tibbi yardım göstərmiş və “sağ əlin ikinci barmağının infeksiyalaşmış yarası” diaqnozu qoyaraq ambulator müalicə təyin etmişdir. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar 5 günlük məzuniyyətdə olmuşdur. ## ###### 2020-ci il tarixdən etibarən hərbi hissə komandirinin *** nömrəli əmri əsasında onun vəzifələrini tibb məntəqəsinin feldşeri R Yusif Canızadə icra etmişdir. Mənzuniyyətə getməmişdən öncə əsgər İddiaçı (iddiaçının) barmağında hər hansı patoloji dəyişiklik və yaxud sağalma halı müşahidə olunmadığı tədqirdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə etməsini onun vəzifələrini icra edən R Canızadə Yusifə tapşırmışdır. Tibb sahəsində osteomielit sümük infeksiyası xəstəliyi deməkdir və ən azı 10-12 gün keçdikdən sonra yaranan xəstəlikdir. Bu məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının tövsiyəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ## ###### 2005-ci il tarixli, *** nömrəli əmri ilə ümumi cərrahlıq dərsliyində öz əksini tapmışdır. Əsgər İddiaçı (iddiaçı) ## ###### 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilən zaman onun sağ əlinin ikinci barmağı rentgen olunmuş və sümükdə hər hansı patoloji dəyişiklik müəyyən edilməmişdir. Bu məlumatlar onun (iddiaçının) tibb kitabçasında qeyd olunmuşdur. Əgər o xəstənin təxliyəsini gecikdirmiş olsa idi hospital tərəfindən bu nöqsan kimi qiymətləndirilərək defektə (təxliyənin gecikdiriməsi) qeyd olunardı və həkim mütləq qaydada cəzalanırılmalıydı. Ancaq sadalnan halların heç biri öz əksini tapmamışdır. Iddiaçı (əsgər) sadəcə stasionar müalicəyə qəbul olunmuşdur. O öz üzərinə düşən həkim vəzifələrini layiqincə yerinə yetirmişdir. Lakin buna baxmayaraq məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və işin yuxarıda qeyd olunan halları arşdırmamış və nəticədə formal əsaslandırma ilə iddia tələbinin mənəvi ziyan hissəsini qismən təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, 955 nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində işləmişdir. Hərbi hissələrin tibb məntəqələrində ilkin tibbi yardım göstərilir, eyni zamanda ambulator müalicələr aparılır. Iddiaçı İddiaçı barmağı əzilən günü deyil, ## ###### 2020-ci il tarixdə müraciət etmişdir. Əsgər İddiaçı müayinə etdikdən sonra sağ əlinin ikinci barmağında infeksiyalaşmış yara diaqnozu qoyulmuşdur. Yəni dırnaq ətrafında olan yumuşaq ətin iltihabı diaqnozu. Səhərisi gün isə 5 günlük məzuniyyətə çıxmış, məzuniyyətdə olduğu vaxt onun tibb məntəqəsinin feldşeri R Yusif Canızadə əvəz etmiş və İddiaçıin nəzarətdə saxlamasınıda getməmişdən oncə ona tapşırmışdır. Hətta hərbi hissənin yeməkxanasının qabağında iddiaçının vəziyyəti ilə maraqlanmışdır. Məzuniyyətə çıxandan sonra iddiaçının vəziyyətinin nə yerdə olduğu barədə məlumatı olmayıb. Məzuniyyətdən qayıtdıqdan sonra iddiaçının vəziyyətinin ağırlaşdığını görmüş və həmin günü də dərhal onu qospitala göndərmişdir. Bir həkim kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddianın təmin olunması hissədə qətnamənin ləğv olunmasını, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndəda nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
11. Hazırkı və əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, barmağı əzilən günü tibb məntəqəsi getsə də qapısı bağlı olmuş, ona görədə özü bind tapıb barmağını sarımışdır. Səhəri günün axşam tərəfi tibb məntəqəsinə getmiş və Şamxal həkim barmağına baxıb ona ilkin tibbi yardım göstərmiş və səhəri günü yenidən məntəqəyə gəlməsini ona tapşırmışdır. Həkimin dediyi vaxt tibb məntəqəsinə getmiş, lakin R Canızadə həkimin məzuniyyətdə olmasını bildirmiş, barmağına baxdıqdan sonra isə başı çıxmadığını demişdir. Həkim Cavabdeh məzunuyyətdən qayıtdıqdan sonra barmağına baxmış, vəziyyətinin ağırlaşdığıni bilib onu hospitala göndərmiş, hospitalda isə barmağı amputasiya olunmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissədə mübahisələndirilmişdir. Ona görədə hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və sonuncu xidmət etdiyi hərbi hissədə əsgəri vəzifəsini icra edərkən, xəsarət almış, bu səbəbdəndə ## ###### 2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, tibb məntəqəsinin rəisi həkim Cavabdeh tərəfindən ona ilkin tibbi yardım göstərilmiş və “sağ əlinin ikinci barmağında infeksiyalaşmış yara, yəni dırnaq ətrafında olan yumuşaq ətin iltihabı diaqnozu” qoyulmuşdur. Tibb məntəqəsi rəisi həkim Cavabdeh sonrası gün ailə vəziyyəti ilə əlaqədar 5 günlük məzuniyyətə getdiyindən hərbi hissə komandirinin əmrinə əsasən onu feldşer R Canızadə əvəz etmişdir. Tibb məntəqə rəisi həkim Cavabdeh 5 günlük məzuniyyətdən qayıtdıqdan sonra əsgər İddiaçı vəziyyətinin ağırlaşmasını görmüş və onu hospitala təxliyyə etmişdir. Hospitalda isə sonuncunun sağ əlin II barmağının orta falanqasının orta 1/3 hissəsində amputasiya olunmuşdur. Iddiaçı Cavabdeh əsgəri vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə bağlı etdiyi müraciətə tibb məntəqə rəisi həkim Cavabdeh tərəfindən laqeyd münasibət göstərməsi səbəbindən barmağının ambutasiya olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı mənəvi ziyana görə qismən təmin etmiş, maddi ziyan hissədə təmin etməmişdir. Iddianın təmin olunmaması hissədə apellyasiya şikayəti verilməmiş, iddianın təmin olunması hissədə qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. (qətnamənin nəticə hissəsində maddi ziyanın əvəzi kimi 8000 manat tutulması qeyd olunsada, lakin əsaslandırıcı hissədə məhkəmə belə qənatə gəlmişdir ki, mənəvi ziyan hissədə iddia qismən təmin edilməli, maddi ziyan hissədə təmin edilməməlidir. Bu baxımdan kollegiya qətnamənin nəticə hissəsində maddi ziyana görə sözlərini texniki səhv kimi nəzərə alır)
31. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
32. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı Vəliyev Kamran Vüqar oğlu hərbi xidmətdə öz əsgəri vəzifəsini yerinə yetirərkən əl barmağından xəsarət alması, xidmət etdiyi hərbi hissənin tibb məntəqə rəisi həkim Cavabdeh tərəfindən ona ilkin tibbi yardım göstərilməsi, daha sonra vəziyyətinin ağırlaşması səbəbindən hospitala təxliyyə edilməsi və orada onun sağ əlin II barmağının orta falanqasının orta 1/3 hissəsində amputasiya olunması işin mübahisəsiz halıdır.
33. Qanunvericiliyin tələbinə görə, məhkəmə baxılan iş üzrə əvvəlcə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.
34. Iddiaçı İddiaçı sağ əlin II barmağının orta falanqasının orta 1/3 hissəsində amputasiya olunması səbəbindən ona maddi və mənəvi zərər dəyməsini, eləcədə bu halın baş verməsində günahkar hərbi hissənin tibb məntəqə rəisi həkim Cavabdeh olmasını iddia edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının əl barmağının amputasiya olunmasında hərbi hissənin tibb məntəqə rəisi həkim Cavabdeh və ya tibb müəssəsinin təqsirinin olub-olmaması araşdırılmalıdır.
35. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğunu iddia edənin (iddiaçının) üzərinə düşür.
36. Ümumi prinsip ondan ibarətdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla belə, ümumi qaydanın bəzi istisnaları da vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.
37. Hazırkı baxılan bu növ mübahisələr üzrə ümumi sübutetmə qaydalarına əsasən şəxsin sağlamlığına vurulan zərərin tibb müəssisəsinin müalicə tədbirləri səbəbindən baş vermədiyini sübut etmək yükü həmin müəssisənin üzərinə düşür. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (Mülki Məcəllə maddə 1112).
38. Qeyd olunan maddi hüquq normalarına görə isə iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya tibbi xidmətlərin göstərilməsi nəticəsində zərərin dəyməsi, zərərin cavabdeh tibb müəssisəsinin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran tibb müəssisəsinin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
39. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** nömrəli Qərarının 4.70.məndində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçiişəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099-cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır. Həmin qərarın 4.71. bəndinə görə isə dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq tibb müəssisəsinə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı irəli sürülə bilər. Qeyd edilməlidir ki, pasiyentə vurulmuş zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, onun pozuntuya yol vermiş işçisinə qarşı bu qərarın 4.89-cu bəndində göstərilmiş qaydada Əmək Məcəlləsi ilə müəyyən edilən reqres tələb hüququ yaranacaqdır.
40. Işə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sumqayıt Hərbi Prokurorluğunun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Hərbi Hava qüvvələrinin Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsinin ərazisində yerləşən *** nömrəli hissəsinin mühafizə bölüyündə əsgər hərbi rütbəsində xidmətdə olarkən 2020-ci ilin noyabr ayının birinci on günlüyündə şəxsi heyətə verilmiş tapşırığa əsasən hərbi hissənin raket sursat yeşiklərində olan ağır artilleriya silahlarının mərmilərini "MAZ" markalı hərbi nəqliyyat vasitəsinə yüklədiyi vaxt sağ əlinin ikinci barmağı içərisində mərmilərin olduğu sursat ilə avtomobilin yük hissəsinin arasında qaldığından barmağında ağrı hiss etmiş, ağrını hesab etmədiyindən, eləcə də müharibə günləri olduğundan tibb məntəqəsinə müraciət etməyərək mərmilərin yüklənməsi tapşırığını sona qədər icra etmiş, növbəti günlərdə barmağında artan ağrılar və şişkinlik səbəbindən ## ###### 2020-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, tibb məntəqəsinə müraciət edərkən barmağının sursat yeşiyinin altında qalması barədə tibb məntəqəsinə məlumat vermədən barmağının müayinə edilməsini xahiş etmiş, tibb xidməti məntəqəsinin rəisi, R Cavabdeh tərəfindən barmağı müayinə edilərək ona "sağ əlin ikinci barmağının infeksiyalaşmış yarası" diaqnozu qoyaraq barmağına iltihablaşma və infeksiya əleyhinə olan "vişnevski mazı vurulmuş çinin "ampissilin" adlı dərman preparatı verilməklə ambulator müalicə təyin edilmiş, növbəti gün, yəni ## ###### 2020-ci il tarixdə tibb məntəqəsinin rəisi Cavabdeh ailə vəziyyəti ilə əlaqədar 5 günlük, yəni ## ###### 2020-ci il tarixədək məzuniyyətə gedərkən onun vəzifələrinin icrası hərbi hissə komandirinin##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə hərbi hissənin tibb məntəgəsinin aptek rəisi feldşeri, R Yusif Canızadəyə həvalə edilmişdir. Cavabdeh məzuniyyətə getməmişdən öncə R Yusif Canızadəyə əsgər İddiaçı sağ ikinci barmağını mütəmadi nəzarətində saxlamasını, barmağında hər hansı patoloji şikinlik və digər şübhəli hallar aşkar edəcəyi təqdirdə onun dərhal Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə etməsini tapşırmışdır. İddiaçı növbəti günlərdə ambulator müalicəsinə uyğun olaraq tibb məntəqəsinə getdikdə tibb məntəqəsində məsul vəzifədə olan X1 Vəliyevin barmağındakı ağrıların və şişkinliyin artmasına baxmayaraq barmağına yenidən maz vurmaqla kifayətlənərək onu hərbi hospitala təxliyyə etmək üçün tədbirlər görməmişdir. Yalnız ## ###### 2022-ci il tarixdə tibb xidməti rəisi Cavabdeh məzuniyyət müddətini bitirib hərbi hissəyə qayıtdıqda əsgər İddiaçı sağ əlinin ikinci barmağının şişdiyini, dırnaq hissəsinin pisləşdiyini və barmağının sağalmadığını görüb həmin gün onun silahlı qüvvələrin baş klinikasına təxliyəsini təmin etmiş, ## ###### 2020-ci il tarixdə İddiaçı stasionar müalicəyə qəbul edilərək barmağı əməliyyat edilmiş, sonra həmin barmağın orta falanqasının 1/3 amputasiya edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin komisyon məhkəmə-tibbi ekspertizasının ##.##.2022-ci il tarixli *-**** nömrəli rəyi ilə müəyyən olunur ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı onda "Sağ əlin II barmağının orta falanqasının orta 1/3 hissəsindən amputasiyası (##.##.2020)" aşkar edilmişdir. Onun hərbi hissənin tibb məntəqəsində qeydiyyata düşdüyü tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyi halda, ona göstərilən yardımlar xəstəliyinin müalicəsi üçün qeyri-adekvat və qənaətbəxş olmamışdır, xəstə tibb məntəqəsinə daxil olduqdan sonra ilk üç gün ərzində ixtisaslı tibb müəssisəsinə göndərilməli olduğu halda, təxliyəsi gecikdirilmişdir və barmaqda olan iltihab prosesi osteomielitlə başlayaraq barmağın distal falangasının yumşaq toxumalarının nekrozuna səbəb olmuşdur. Xəstənin vaxtında təxliyə olunmaması ilə osteomielit və yumşaq toxumaların nekrozlaşması arasında səbəbli əlaqə vardır. İddiaçı hər iki halda hərbi hissənin tibb məntəqəsinə müraciət edərkən ilk üç gün ərzində təxliyə olunması təmin olunduğu halda, sonrakı etapda servativ müalicə effektiv olmaqla, müsbət nəticə verə bilərdi və bununla da barmağın anatomik tamlığını saxlamaq mümkün olardı. "Sağ əlin Il barmağının sümük dolaması təyin olunan hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsində müalicə oluna bilməzdi, yəni ixtisaslı müayinə və müalicə üçün hospitalizasiya olunmalı idi. İddiaçı barmağının amputasiyasına səbəb hərbi hissənin tibb xidməti əməkdaşlarının öz xidməti borclarına laqeyd münasibət göstərmələrindən olmuşdur. Lakin hərbi hissənin tibb xidmətinin rəisi Cavabdeh və R Yusif Canızadə barəsində törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir.
41. Göründüyü kimi Sumqayıt Hərbi Prokurorluğunda bu hadisə ilə bağlı araşdırma aparılarkən komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli *-**** nömrəli rəydə əsgər İddiaçı əl barmağının amputasiya olunmasında hərbi hissənin tibb xidmətinin rəisi Cavabdeh təqsirinin olması qeyd olunmuşdur. Eləcədə həmin rəydə qeyd olunmuşdur ki, əgər əsgər İddiaçı müraciət etdiyi vaxtdan 1-3 gün ərzində vaxtında hospitala təxliyyə edilsəydi sonuncunun barmağı amputasiya olunmazdı.
42. Adı çəkilən Plenum Qərarının 3.2.8. bəndində qeyd olunmuşdur ki, mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. N. Hərbi hissənin tibb məntəqə rəisi həkim Cavabdeh laqeyid münasibətinin nəticəsi olaraq İddiaçı sağ əlin II barmağının orta falanqasının orta 1/3 hissəsində amputasiya olunsa da, lakin kollegiya mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 8000 manat tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
44. Çünki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
45. Kollegiya bu qətnamənin 44-cü bəndində qeyd olunan halları həm iddiaçı, həmdə cavabdehə münasibətdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 8000 manat mənəvi ziyan azaldılmalı, həmin hissədə mənəvi ziyan məbləği 6000 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi “cavabdeh Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 8000 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə vurulmuş mənəvi ziyanın məbləği 6000 manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.