Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2189/2024 26.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Dəymiş ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin “İcraata xitam verilməsi haqqında” 2(076)-2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən 5.800 manat pulun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat pulun və 79 manat dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə “iddia həcminin artırılması” barədə əlavə ərizə təqdim edərək, cavabdehlərdən 8.052 manat pulun, iddia ərizəsinin tərtibi üçün ödənilmiş 50 manat pulun və 79 manat dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı ilə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilmişdir. Qərardaddan narazı qalan İddiaçı2 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o və digər İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2Fəxrəddin oğlu və Cavabdeh3 Cavabdeh1, Cavabdeh2Fəxrəddin oğlu və Cavabdeh3 qarşı" dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə qəbul edilmiş, 2(076)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla mülki iş üzrə icraata xitam verilmişdir. Bİldirir ki, işin faktiki hallarından da aşkar olduğu kimi, o, sözügedən fərdi yaşayış evində yaşadığı müddətdə daim əkin və suvarma işləri ilə məşğul olmuş, öz vəsaitləri hesabına meyvə ağacları əkmiş, onlara zəruri qulluq göstərmiş, bəhrə əldə etmək üçün əmək sərf etmiş, suvarma sistemi quraşdırmış, nəticə etibarı ilə əsaslı xərc çəkmişdir. Verdiyi iddia ərizəsi çox xahiş edir ki, ətraflı oxunsun məlumatlı olunsun. Vaxtında onları aldadıb orada razılıqla əkin-biçin etdikləri üçün heç kim qarışmadı. Sonradan meyvə ağacları böyüdü torpaq münbit vəziyyətə düşdü və başladılar. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və çıxarışdan istifadə edərək onun və ailəsinin əziyyətinin bəhrəsini əllərindən aldılar. O, öz hüquqlarını müdafiə edilməsini xahiş edir, atası X1 belə bir şikayət etdiyini, məhkəmənin bu tələbi rədd etdiyini bilir. Bu necə ola bilər atası öz hüququnun təmin edilməsini isdəyir o, özünün çəkdiyi əziyyətlərin qarşılığının verilməsini tələb edir. Analoji vəziyyət qarşı tərəfin atası X3 tərəfindən ilk dəfə həmin torpaqdan çıxarılmayla bağlı məhkəməyə müraciət etdikdə təmin olunmamışdır. Sonradan torpağın sənədlərini övladlarının adına çevirib yenidən torpaqdan çıxarılma şikayəti etdikdə eyni predment üzrə iddia tələbi təmin olunmuşdur. Bir vətənpərvər insan kimi müharibədə torpaqlarımız uğrunda döyüşlərdə iştirak edən zaman qarşı tərəf Cavabdeh2 və Cavabdeh3 xaricdə gizlənib ölkəyə gəlmirdi. İndi isə ondan torpaq alıb özlərini çox xoşbəxt hiss edir. Onun və ailəsinin çəkdiyi əziyyətlər qarşılıqsız qalmasın şikayətləri təmin edilsin. Əkdikləri ağaclar bu gündə bəhrə verir, cavabdehlər onların əziyyətlə ərsəyə gətirdiyi ağacların meyvəsindən bu gün istifadə edir və bundan sonra da istifadə edəcəklər. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinəəsasən, hər kəsin qanunla qadağan olunmayan üsulvə vasitələrlə öz hüquqlarınıvə azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinintələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə istinadən hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qəraradadı ləğv edilərək, tərəfimdən verilmiş iddia ərizəsi icraata qəbul edilərək aidiyyəti üzrə baxımalıdır. Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2189/2024 saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2189/2024 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin “İcraata xitam verilməsi haqqında” 2(076)- 2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 şikayətin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, əvvəlki iddianı atası qaldırıb Hesab edir ki, tərəflər dəyişib. Ona görə də, şikayət təmin edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 04 mart 2021–ci il tarixli 2(076)–578/2021 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X5, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 5.500 manat pulun və 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–2292/2021 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 04 mart 2021–ci il tarixli 2(076)–578/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası şikayətin meyvə ağacları əkmiş, onlara zəruri qulluq göstərmiş, bəhrə əldə etmək üçün əmək sərfetmiş ilə bağlı dəlillərini əsassız hesab edir. İstər əvvəllər Zaməddin Möhsümov, istərsə də hazırda İddiaçı2 cavabdehlərə qarşı iddia qaldıraraq, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən mülkdə ağac əkilməsini, onların suvarılmasını, mükdə tikinti və yaxşılaşdırma işlərinin aparılmasını, lakin cavabdehlər tərəfindən bəhər əldə edilməsini və istifadə edilməsini iddia edərək, dəymiş maddi ziyanın ödənilməsini tələb etmişlər. Əvvəlki iddia tələbinə baxılarkən cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan dəyib-dəyməməsi məsələsinə hüquqi qiymət verilmişdir. Şikayətin hazırki işin başqa iş olması, tərəflərin başqa tərəf olması və “atası öz hüququnun təmin edilməsini o, isə özünün çəkdiyi əziyyətlərin qarşılığının verilməsini tələb etdiyi” ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıların hazırki tələbi iddiaçının atasının cavabadehlərə qarşı əvvəllər irəli sürmüş olduğu tələblə eynilik təşkil edir. Həmin mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Əvvəlki iddia tələbində iddiaçı hazırkı iddiaçının atası olsa da, Şəmkir Rayon Məhkəməsinin 04 mart 2021–ci il tarixli 2(076)–578/2021 saylı qətnaməsi ilə iddia tələbi subyektiv hüquqa görə deyil, iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Yəni məhkəmə həmin tələbə mahiyyəti üzrə qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2729/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2189/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2189/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver