Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2190/2023 21.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19045,65 manat borc məbləğinin və 147,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3620002A126 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 19559,51 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Zamin arasında xx.xx.2021-ci il tarixli Z-RGTK3620002A126 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh və Zamin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 16658,01 manat əsas, 2387,64 manat faiz borcu olmaqla cəmi 19045,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də cavabdehlər Cavabdeh və Zamin İddiaçı ASC-nin xeyrinə 16658,01 manat əsas, 2387,64 manat faiz borcu olmaqla cəmi 19045,65 manat məbləğində vəsaitin və 147,14 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, Cavabdeh və Zamin xx.xx.2022-ci il tarixli RGTK3620002A126 saylı kredit müqaviləsinə əsasən əsas borc kimi 16658,01 (on altı min altı yüz əlli səkkiz manat bir qəpik) manat, faiz borcu kimi 2387,64 (iki min üç yüz səksən yeddi manat altmış dörd qəpik) manat olmaqla cəmi 19045,65 (on doqquz min qırx beş manat altmış beş qəpik) manat məbləğində pulun müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində pulun Cavabdeh və Zamin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə də məhkməyə müraciət ertmişdir. Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qərardadı ilə ərizə təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-149/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, “Cavabdeh apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti mümkün sayılmamalı və Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinin yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2190/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2190/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver