Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2198/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasınd baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4700 manat məbləğində borc pul və ödənilmiş 67 manat dövlət rüsumu, ümumilikdə 4767 (dörd min yeddi yüz altmış yeddi) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4767 (dörd min yeddi yüz altmış yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh 19 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsinin ləğv edərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)- 496/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti vermə müddətinin üzürlü hesab edilməsi, müddətin bərpa edilməsi mülki işə mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh şikayətlə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qərardadının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda sözügedən qətnamədən apellayasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı ərizəsinə apellyasiya şikayəti vermə müddətinin ötürülməsi ilə bağlı üzrlü səbəbi təsdiq edən hər hansı bir sübutu əlavə etməməsi əsası ilə ərizəsini təmin etməmişdir. Hansı ki, o, ərizədə və eləcədə apellyasiya şikayətlərində işin hallarını bildirmişdir. Buna baxmayaraq məhkəmə qanunsuz olaraq onun ərizəmini təmin etməmişdir. O, iradə ifadəmii bildirmiş və məhkəmə bu qərardad ilə onun şikayət vermək hüququnu məhdudlaşdırır. Buna görə də, qərardadı ləğv edilməlidir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-496/2024 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının 44-cü səhifəsində olan Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (F.119) görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsini Cavabdeh şəxsən 04 may 2024-cü il tarixdə almışdır. Şikayətin dəlilində cavabdeh ərizəsində və eləcədə apellyasiya iradə ifadəsi bildirdiyini və birinci instansiya məhkəməsinin onun şikayət vermə hüququnu məhdudlaşdırdığını göstərsə də, kollegiya cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (F.119) görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-496/2024 nömrəli qətnaməsini Cavabdeh şəxsən 04 may 2024-cü il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş Qazax Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, e180371/2024-44-6-001 saylı “İcraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, tərəflərə bu barədə məlumat göndərilmişdir. Apellyasiya şikayəti “Elektron Məhkəmə İnformasiya Sistemi”-də Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qazax Rayon Məhkəməsinin 2(023)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2198/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2198/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver