Məhkəmə qərarları › İş №2(104)-2203/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2203/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2203/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Avtomobilə dəymiş zərər barədə qiymətləndirmə aktıdan görünür ki, dəymiş zərərin ümumi dəyəri 3957 manatdır.

2. xx.xx.2022-ci il tarix Serya № 312115 nömrəli mədaxil qəbzinən görünür ki, X2 50 manat cərimə ödəmişdir.

3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(021)-10/2024 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, HK-1-4130 saylı material üzrə Bərdə RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş 23 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, İddiaçı əməlinə İXM-nə əsasən qiymət verilməsi üçün araşdırılmaya qaytarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh oğundan Mercedes Benz C 180 minik aftomobili 1997 buraxılış olan aftomobilinə avto qəza zamanı dəymiş ziyanın əvəzi olan 4007 manat məbləğində, pulun tutuluraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 2022-ci ilin sentiyabr ayinda həyat yoldaşı X1 məxsus olan Mercedes Benz C 180 minik aftomobili 1997 buraxılış olan aftomobili ilə Bərdə şəhəri, Alpout kənd istiqamətində olarkən VAZ 2106 markalı aftomobil onun məşınını vuraraq onlara xeyli miqdarda zərər vurmuşdur. xx.xx.2022-ci il tarixdə Avtomobilə texniki nasazlıq və baxışda baxilmış yoldaşı X1 məxsus olan Mercedes Benz C 180 minik aftomobılinın qiymətləndirilməsi olmuş, 2357(ikı min üçyüz əlli yeddi) manat ehtiyat hissələri və köməkçi materiallar pulu etmiş, dəmirçi 800(səkkiz yüz) manat, çilingər və elektirik işi (mühərrikin cix salınması) 200 (iki yuz) manat, 50(əllı)manat qiymətləndirmə olmaqla 4007 (dört min yeddi) manat onlara ziyan dəymişdi. Cavabdehdən dəymiş ziyanı tələb etsə də, öhdəliyini icra etməkdən boyun qaçırmışdı.

6. Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdeh oğuna qarşı “dəymiş zərərin ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ziyan dəymiş avtomobilin İddiaçı Füzuli oğluna məxsus olması sübut olunmur. İş materiallarındakı sübutlardakı qiymətləndirmə aktında avtomaşının sahibi kimi X2 göstərilsə də, avtomaşının onun mülkiyyətində olması ilə bağlı heç bir digər mötəbər sübutlar da (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s.) iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı Füzuli oğlunun avtomobilə dəymiş ziyanı tələb etməsi ilə bağlı subyektiv hüququ yoxdur.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2 və 1097-ci maddələrinə və MPM-nin 77.3-cü və 78.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehdən dəymiş ziyanı tələb etsə də, öhdəliyini icra etməkdən boyun qaçırmışdı. Cavabdeh məhkəmə iclasında tamamən yalan ifadə vermişdir, birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlər qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim etmişəm, məhkəmə bunları nəzərə almayaraq onun hüquqlarını qorumaq niyyəti olmamışdır. Qanunla qorunan mənafeyi pozulmuşdur. Cavabdeh ona 4007 manat dəyərində zərər vurmuşdur. Cavabdeh özünü tam günahsız kimi məhkəməyə təqdim etmiş, o, qətiyyən bununla razılaşmamışdır. Ona görə ki, o, xeyli miqdarda maddi zərər görmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamışdır. Açıqaşkar hüquqlarını pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, avtomobili Gürcüstan Respublikasına məxsus nömrə nişanı ilə idarə edir. Belə ki, avtomobil arvadı X1 məxsusdur. Arvadı ilə rəsmi nikahı yoxdur. Avtomobili sürmək üçün etibarnamə ilə idarə etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin hallarında görünür ki, hazırki işdə ziyan dəymiş avtomobilin İddiaçı Füzuli oğluna məxsus olması sübut olunmur. Qiymətləndirmə aktında avtomaşının sahibi kimi iddiaçının fktiki nkah mnünasibətlərində olduğu X2 göstərilsə də, avtomaşının onun mülkiyyətində olması ilə bağlı heç bir digər mötəbər sübutlar (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s.) iş materiallarına əlavə edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Füzuli oğlunun avtomobilə dəymiş ziyanı tələb etməsi ilə bağlı subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

31. İddiaçı həm apellyasiya şikayətinin dəlillərində, həm məhkəmə kollegiyasının iclasında verdiyi izahatında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə dəymiş zərərin cavabdehin ucbatından baş verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən detalı ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbi müraciət etmək üçün iddiaçı subyektiv hüquqa malik olmadığından, apellyasiya şikayətinin həmin detalının araşdırılmasına zərurət yoxdur.

32. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1394/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar