Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2205/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1778/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 15 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 44 (qırx dörd manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2023cü il tarixli, 2(076)-1805/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1805/2023 saylı, 18 iyul 2023-cü il tarixli qərardadının ləğv edilməklə apellyasiya şikayətinin aidiyyətı üzrə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada yəni, ünvan 1 ünvanı, telefon nömrəsi, Şəmkir Rayon Məhkəməsinin tam adı və ünvanı, eləcə də qətnamənin alındığı vaxt və digər tələb olunan suallara tam şəkildə cavablandırılmışdır. Lakin qeyd edilənlərin hamısına irad tutulmaqla əsassız olaraq Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə istinad edilməklə qərardad çıxarılmışdır. Hansı ki, apellyasiya şikayətində qeyd edilənlərin hamısı tam şəkildə yazılmışdır. Onun tərəfindən apellyasiya şikayəti tam qanunvericiliyin tələblərinə əsasən tərtib edilmiş, heç bir qanunpozuntusu olmamış, rüsum ödənilmiş və müddət ötürülməmişdir. Ona görə də, hesab edir ki, qərardad əsassız və qanunvericliyin tələblərinə zidd çıxarılmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qərardadı ilə Cavabdeh Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1805/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyərək və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1805/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayətinin 3-cü vərəqində olan işin halları bölməsindən görünür ki, hazırki mülki iş üzrə tərəf olmayan şəxslər barədə məlumatlar göstərilmişdir. Bu isə MPM-in 361ci maddəsinin tələblərinə ziddir. Göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti qanunvericiliyə uyğun tərtib edilmədiyindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadında cavabdehin verdiyi apellyasiya şikayətində yol verilmiş nöqsanı göstərmiş olsa da, cavabdeh nöqsanı aradan qaldırıb, apellyasiya şikayəti ilə yenidən müraciət etmək əvəzinə məhkəmənin 18 iyul 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qərardadından şikayət vermişdir. Halbuki məhkəmənin 18 iyul 2023-cü il tarixli, 2(076)-1805/2023 saylı qərardadında göstərmiş olduğu nöqsan əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Мəhkəmə kollegiyası yuxarıda şərh olunanlarа əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398, 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(076)-1805/2023 saylı qərardadı və həmin qərardadla bağlı 07 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2205/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2205/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver