Məhkəmə qərarları › İş №2(104)-2213/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2213/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2213/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində pul və 50 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan 40 manat məbləği iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə keçirilmiş audit nəticəsində verilmiş rəy üzrə 4819,20 manat kəsirin olmasını və həmin kəsir olan 4819,20 manat vəsaitin Cavabdeh1 və Cavabdeh2 tərəfindən aparılan əməliyyatlar üzrə əskik gəlməsi barədə mövqeyini qətnamənin əsaslandırma hissəsində yanlış qeyd edərək “audit rəyində bu barədə qeyd olmadığını” bildirməklə əsassız qərar qəbul etmişdir. Lakin iş materiallarına əlavə edilmiş müstəqil auditor hesabatında ümumi satış dəyəri 473450,20 manat nağd əməliyyat üzrə 4819,20 manat vəsaitin əskik daxil olmasının səbəbini hər iki cavabdeh (Cavabdeh2 və Cavabdeh1) şəxsin apardığı əməliyyatların səbəb olması ilə izah etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdirlər ki, onlar ata-oğuldurlar və iddiaçıya dəymiş ziyanın 3000 manat hissəsini qəbul edirlər. Həmin pulu ehtiyaclarıl üçün xərcləmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4819 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərində görünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: şəxsiyyət məlumatlarından görünür ki, İddiaçı xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2001-ci ildə Bərdə rayonu, Bəcirəvan kəndində anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1973-cü ildə Bərdə raynunda anadan olmuşdur. Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 60.40 manat və 30.40 manat məbləğində dövlət rüsumları ödəmişdir. Bərdə RİHB-nın Bərdə şəhər İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 829 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Məhsəti küçəsi 34 nömrəli evdə yaşayır. Bərdə RİHB-nın Bəcirəvan kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 65 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayon Bəcirəvan kəndində yaşayır. Bərdə RİHB-nın Bəcirəvan kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 66 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Bərdə rayon Bəcirəvan kəndinə yaşayır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən İddiaçı ilə işə götürülən Cavabdeh2 araında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən İddiaçı ilə işə götürülən Cavabdeh1 araında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, MR-23/2023 nömrəli müqavilə üzrə audit hesabatındakı rəydən görünür ki, fərdi sahibkar İddiaçı məxsus yanacaq doldurma məntəqəsində satış dəyəri ilə 4819.20 manat nağd pul vəsaiti az mədaxil olunmuşdur. Fərdi sahibkar İddiaçı məxsus yanacaq doldurma məntəqəsində operator Cavabdeh1 icra etdiyi satış əməliyyatından daxil olan nağd pul vəsaitinin hərəkəti üzrə Cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 4819.2 manat məbləğində vəsait az mədaxil olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğundan İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ona məxsus yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş müraciəti ilə əlaqədar bildirilmişdir ki, sənədlər nəzərdən keçirilərkən yol verilmiş pozuntuların və dəymiş ziyanın məbləğində dair audit rəyinin materiala əlavə edilməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin, vəzifə təlimatlarının, Cavabdeh1 və Cavabdeh2 kassaya əskik ödədikləri vəsaitləri təsdiq edən kassa sənədlərinin, eləcə də digər zəruri maliyyə sənədləri əlavə edilmədiyindən yalnız qeyd edilən sənədlər əlavə edildikdən sonra yenidən Baş Prokurorluğa müraciət etmək hüququ izah edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, iddia tələbində 7000 manatın müştərək qaydada cavabdehlərdən tutulması tələb edilsə də, iş materiallarında audit rəyi olmasına və audit rəyində iddiaçıya məxsus yanacaq doldurma məntəqəsində satış dəyəri ilə 4819,20 manat məbləğində nağd pul vəsaitin az mədaxil olunduğu və nəticədə yaranmış çatışmazlığın 4819,20 manat olduğu göstərilsə də, həmin çatışmazlığın cavabdehlərin və yaxud hansı şəxslərin təqsiri səbəbindən yaranmasını müəyyən etmək mümkün olmur. Audit rəyində də bu haqda hər hansı qeyd yoxdur. Bundan başqa Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci bəndinə əsasən, Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Hazırki işdə isə cavabdehlər olan işçilər ilə işəgötürən olan iddiaçı arasında heç bir tam maddi məsuliyyət barədə müqavilələr bağlanmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinə əsasən:

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən:

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən: Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən:

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 199-cu maddəsinin "a" və “b” bəndində saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, “b” bəndində işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçinin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması təsbit edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı “İddiaçı” adlı yanacaq doldurma məntəqəsinin sahibidir. Həmin yanacaq doldurma məntəqəsi Bərdə rayonunun Bəcirəvan kəndi ərazisində yerləşir. O, 2022-ci ilin oktyabr ayında Cavabdeh1 və onun oğlu Cavabdeh2 qeyd etdiyi yanacaq doldurma məntəqəsinə operator vəzifəsinə işə götürmüşdür. 19 aprel 2023-cü il və 20 aprel 2023-cü il tarixlərində isə onları operator kimi işə götürməyini rəsmiləşdirərək hər ikisi ilə əmək müqaviləsi bağlanmışdır. Bir müddətdən sonra onların fəaliyyətindən şübhələnmiş, müəyyən etmişdir ki, onlar benzinin satışından əldə edilmiş nağd pulu mənimsəmişlər. Bu məbləği dəqiqləşdirmək üçün sərbəst auditor dəvət edərək yanacaq doldurma məntəqəsində yoxlama aparılmışdır. Vurulmuş maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş audit rəyində iddiaçıya məxsus yanacaq doldurma məntəqəsində satış dəyəri ilə 4819,20 manat məbləğində nağd pul vəsaitin az mədaxil olunduğu və nəticədə yaranmış çatışmazlığın 4819,20 manat olduğu göstərilmışdir. Göründüyü kimi, İddiaçı cavabdehlərə qarşı sürdüyü iddianın “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədiilə 7000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” audit rəyi ilə müəyyən edilən 4819,20 manat hissəsi əsaslıdır. Lakin birinci instansiya məhkəməsi iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gələrək həmin tələbi cavabdehlərin etiraf etdiyi hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış və qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4819 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1441/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4819 (dörd min səkkiz yüz on doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar