Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2222/2025 26.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-205/2020 saylı qərardadından Cavabdeh5 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsi ilə İddiaçı QSC-nin iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 16390,77 ABŞ dolları əsas, 14312,90 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə – cəmi 30803,67 ABŞ dolları və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat iddiaçının xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 145 manat ekspetiza xərcinin tutulması qət edilmiş və iddianın cərimə borcu tələbinə görə qalan 17204,26 ABŞ dolları hissəsi rədd olunmuşdur. Cavabdeh5 qeyd edilən qətnamədən xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-205/2020 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsindən Cavabdeh5 apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrsüz olduğundan bərpa edilməmişdir. Cavabdeh5 Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-205/2020 saylı qərardadından şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)- 205/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət onun tərəfindən ötürülməmişdir. Odur ki, buraxılmış müddət üzürlü hesab edilməli və bərpa edilməli idi. Ağdam Rayon Məhkəməsinin apellyasiya şikayəti ilə bağlı müddətin bərpası haqqında vəsatətə baxılması üçün xx.xx.2025-ci il tarixə saat 10:20 Ağdam Rayon Məhkəməsi zal 1-də iştirakının zəruri olması ilə bağlı ona məlumat verilmişdir. Buna görə də, vəsatətini müdafiə etmək üçün xx.xx.2025-ci il tarixdə prosesin vaxtından bir neçə dəqiqə əvvəl məhkəmə zalının qarşısında prosesə buraxılmağını gözləmişdir. Lakin hakim onu məhkəmə zalına buraxmayaraq onun iştirakı olmadan prosesi keçirib qərar qəbul etmişdir. Lakin hakim qərarında qeyd etmişdir ki, vəsatətə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. 2025-ci ilin sentyabr ayında pensiyasından tutma aparılandan sonra xx.xx.2020-ci il tarixli, 2(013)-205/2020 saylı qətnamənin olmasından məlumatı olmuşdur. Bundan sonra, ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək həmin qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə qeyd olunan qətnamə rəsmi qaydada ona verilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-205/2020 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2222/2025 saylı qərardadı ilə şikayət mümkün hesab edilmiş və yazılı icraat qaydasında baxılması üçün təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-2222/2025 saylı qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ondan pulun tutulmasından narazıdır. O, zamin olmamışdır. Müqavilədəki imza ona məxsus deyildir. Ağcabədi Rayon Prokurorluğundan zəng edib bildirmişlər ki, o, zamin deyildir. Avtomobili 2021 və ya 2022-ci ildə etibarnamə əsasında satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 şikayətinin dəlillərinə etiraz edərək, göstərmişdir ki, 2023-cü ilin fevral ayının 28-də Ağcabədi rayon İcra və Probasiya şöbəsi onun avtomobilinə həbs qoymuşdur. Cavabdeh5 əmlakına 2023-cü il tarixdə həbs qoyulmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli və apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh5 Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsindən xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-205/2020 saylı qərardadı ilə qeyd edilən qətnamədən Cavabdeh5 vəsatəti apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət buraxılmasının səbəbi üzrsüz olduğundan bərpa edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)- 205/2020 saylı qətnaməsinin surəti xx.xx.2020-ci ildə poçt vasitəsi ilə hər dörd cavabdehə, o cümlədən Cavabdeh5 göndərilmiş, Cavabdeh1 isə məhkəmə qəbzinə imza etməklə təqdim edilmişdir. Bundan sonra, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsindən Cavabdeh1 xx.xx.2020-ci ildə apelyasiya şikayəti vermiş və mülki iş xx.xx.2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)- 1961/2020 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmış və mülki iş xx.xx.2021-ci ildə Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)- 205/2020 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra vərəqəsi Cavabdeh5 münasibətdə icra olunması üçün Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Elvir Vəliyev xx.xx.2021-ci ildə icra sənədinin icraatına başlamaq haqqında qərar qəbul etmişdir. Lakin, Cavabdeh5 məhkəməyə verdiyi vəsatətdə qətnamənin surətini almadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mübahisələndirilən məhkəmə qətnaməsinin surəti Cavabdeh5 xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir (iş materialları vərəq-103). Lakin iş materiallarına həmin qətnamənin Cavabdeh5 çatdırılıb-çatdırılmaması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Digər Cavabdeh1 apellyasiya şikayəti əsasında işə Gəncə Apellyasiya Məhkəməsinin icraatında baxılan zaman Cavabdeh5 məhkəmə bildirişi xx.xx.2020-ci il tarixdə, məhkəmə qətnaməsi isə xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2026-cı il tarixli, 3-25-133/2-573/2026 saylı məktubundan görünür ki, ehtiyatda olan baş gizir Cavabdeh5 xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah bölüyünün komendant taqımının komandiri vəzifəsində xidmətdə olmuşdur. Bundan başqa, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra vərəqəsi Cavabdeh5 münasibətdə icra olunması üçün Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Elvir Vəliyev xx.xx.2021-ci ildə icra sənədinin icraatına başlamaq haqqında qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvir Vəliyevin xx.xx.2026-cı il tarixli, 143472/2026 saylı məktubundan görünür ki, icra məmuru tərəfindən icraatına başlamaq haqqında qərar ümumi şəkildə qeyd olunmuşdur. Borclu Zamanov X4 rayon Xınnalı kəndində qeydiyyatdadır və Ağcabədi rayon İcra və probasiya Şöbəsinin ərazi yurisdiksiyasına aid olmadığından onunla bağlı hər hansı bir tədbir görülməmişdir. Kollegiya qeyrimüəyyənliyin aradan qaldırılması üçün Goranboy, Ağdam və Tərtər rayon İcra və Probasiya Şöbələrinə müvafiq sorğular göndərmişdir. Ağdam rayon İcra və probasiya Şöbəsinin məktubundan görünür ki, Ağdam və Goranboy rayon İcra və probasiya Şöbəsinin icraatına İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı kredit borcu tələbinə dair mülki iş daxil olmamışdır. İddiaçı QSC-nin nümayəndəsi tərəfindən kollegiyaya təqdim edilmiş icra vərəqəsi və “Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakın üzərinə həbs qoyulması və həmin əmlakın axtarılması, realizə olunması üçün saxlanılması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, sorğu əsasında müəyyən olunmuşdur ki, borclu Cavabdeh5 məxsus “VAZ-21099” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrəinə həbs qoyulmuş və avtomobil axtarılması, saxlanılması hissəsində icra olunması üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında borclu Cavabdeh5 avtomobili 2021 və ya 2022-ci ildə etibarnamə əsasında satdığını, onun həbs qərarından məlumatının olmadığını bildirmişdir. Təqdim edilmiş sənədlər ilə də bu hal təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq edilmiş iş materialları və məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsi Cavabdeh5 çatdırılmamışdır. Odur ki, mübahisələndirilən qətnamənin çıxarılmasından uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh5 ondan apellyasiya şikayəti verə bilməməsi ondan asılı olmayan səbəblərdən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPMin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, işin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət təmin edilməli və qərardadla həll edilməli olan məsələ həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-205/2020 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-205/2020 saylı qərardadı tam ləğv edilsin. Cavabdeh5 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-205/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddət bərpa edilsin və apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2222/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2222/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver