Məhkəmə qərarları › İş №2(104)-2232/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2232/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2232/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qаrşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(021)-2075/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ İddiаçı İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" Təşkilatından müştərək qaydada ona vurulmuş maddi zərərin əvəzi olaraq 5768 (beş min yeddi yüz altmış səkkiz) manat pulun və əldən çıxmış fayda hesab olunan 4000 manatın, ümumilikdə 9768 manat vurulmuş maddi ziyanın qiymətləndirilməsi üçün mütəxəssisə xidmət haqqı olaraq ödədiyi 50 (əlli) manatın və iddia ərizəsinə baxılması üçün məhkəmənin hesabına dövlət büdcəsinə ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Bərdə Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(021)-2075/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 2750 (iki min yeddi yüz əlli) manat pul və ödənilmiş 78 manat dövlət rüsumunun alınaraq, iddiаçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(021)-2075/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayət verərək, qətnamənin ona aid hissədə ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayətinə 39 manat dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 8.6-cı maddəsinin tələbinə əsasən isə apellyasiya şikayətinin verilməsi üçün bu Qanunun müvafiq olaraq 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. İddianın qiymətinin 9768 manat olması nəzərə alındıqda, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləği 117,68 manat, həmin iş üzrə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləği isə 58,84 manat təşkil etməkdədir. Lakin, cavadbeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 39 manat dövlət rüsumu ödənilmişdir ki, bununla da qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini yoxlamadan apellyasiya şikayətini baxılması üçün apellyasiya instnasiyası məhkəməsinə göndərimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinin tələbinə əsasən isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından və apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsiləverilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və Mülki Prosessual Məcəllənin 361, 363.1.2 və 363.1.5-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(021)-2075/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Bərdə Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(021)-2075/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361, 363.1.2 və 363.1.5-ci maddələrinin tələblərinin yoxlanılması üçün Bərdə Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar