Məhkəmə qərarları › İş №2(104)-2240/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2240/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2240/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, ödəniş anında ödəniş yerinin manata məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 47.510 (qırx yeddi min beş yüz on) ABŞ dolları, 144.030 (yüz qırx dörd min otuz) manat, ödənilmiş 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)- 1755/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Aygül İsgəndərova) 2(104)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əldən çıxmış faydaya görə 12000 manat faiz məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsinin təmin edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmədən, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2324/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər X15-məruzəçi, X11 və X16) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-310/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhərində alınmış mənzilə görə 45000 (qırx beş min) ABŞ dolları, avtomaşına görə ödənilmiş 14000 (on dörd min) ABŞ dolları, Tovuz rayonu, Quşçu kəndində yerləşən qeyri-yaşayış binasının alınması üçün 61000 (altmış bir min) ABŞ dolları, həmin obyektin tikintisi və təmir-bərpasına çəkilmiş 80000 (səksən min) ABŞ dolları, obyektin icarəsi ilə əlaqədar əldən çıxmış faydaya görə 42000 (qırx iki min) manatın, dövlət rüsumu hesabına ödənilmiş 670 (altı yüz yetmiş) manatın və vəkil xərci kimi ödənilmiş 300 (üç yüz) manatın, cəmi 200000 (iki yüz min) ABŞ dolları və 42970 (qırx iki min doqquz yetmiş) manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bacısı Cavabdeh ilə münasibəti çox yaxşı olmuşdur. Azərbaycanda yaşamadığı üçün ona ən etibarlı insan doğma bacısı Cavabdeh olmuşdur. Bu səbəbdən də Azərbaycanda əmlak almaq qərarına gələrkən bacısı Cavabdeh adına əmlak almaq qərarına gəlmişdir. Çünki onun ümumiyyətlə bütün xərclərini o qarşılayırdı. Ona inanırdı. Ona bu fikrini bildirəndə o, məmnuniyyətlə razılaşdı və 2012-ci ildən bu yana ona əmlak alması üçün Rusiya Federasiyasından bank vasitəsi ilə pullar göndərirdi. Bundan əlavə Azərbaycana gələndə də, nağd şəkildə pul gətirirdi, əmlakı birlikdə gedib taparaq alırdılar, pulunu isə o, özü verirdi. Bundan əlavə o, Rusiyaya tez qayıtmalı olduğu üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı Azərbaycanda qalmaq imkanı olmamışdır. Bu günlərdə Azərbaycana gəlmək istəyini bacısına bildirəndə hiss etdi ki, bacısı söhbətlərdən yayınır. Avtomaşını onun əlindən alınaraq anasının evində saxlanılır. Odur ki, həmin əmlakların pulunu ona qaytarmalıdır və ya əmlakın özünü ona qaytarmalıdır. Hazırda tələbi pul tələbidir. Belə ki, 2014-cü ildə Gəncə şəhəri, Heydər Əliyev prospektində, yəni Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın yanında, pəncərəsi Univermağa baxan 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 2 otaqlı mənzili Gəncə Asan Xidmət mərkəzində Şəmkirli dostu Rəhmanın yanında 45000 dollar məbləğində pulu notariusun depozit hesabına qoyaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Bundan sonra o, Rusiyaya getdikdən sonra qeyd olunan mənzil daşınmaz əmlakda cavabdehin adına rəsmiləşmişdir. Bu faktı təsdiq edən Rəhmanın müvafiq ərizəsini iş materiallarına əlavə edir. Bundan əlavə o, 2017-ci ilin ortalarında anası xəstə olarkən Azərbaycanda olmuşdur. Həmin vaxt Tovuz rayonu Dondar Quşçu dəmir yolu keçidi adlanan yerdə ət alveri ilə məşğul olan Rahib adlı şəxslə birlikdə Gəncə şəhərindən Elvin adlı şəxsdən 14000 dollara “MAZDA CX7” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Nəqliyyat vasitəsinin sahibi Elvin adlı şəxs Gəncə şəhərində türmənin yanında yerləşən binanın sonuncu mərtəbəsində yaşayır. Sonradan o, Rusiyada olarkən təxminən 2015-2019-cü illər arası müxtəlif vaxtlarda Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən qeyri-yaşayış sahəsinin, yəni obyektin alınması üçün bacısı Cavabdeh adına Rusiyadan "xxxx"un Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı, "xxxx" ASC-nin Tovuz filialı və "xxxx" ASC-nin Tovuz filialı vasitəsi ilə 250000, 200000, 200000, 100000, 200000, ******* rubl, bundan əlavə 26000 dollar pul göndərmişdir. Ümumilikdə dollar hesabı ilə hesablansa köhnə məzənnə ilə 61000 dollar pul göndərmişdir. Bunları təsdiq edəcək bank çıxarışlarını iş materiallarına əlavə edir. Həmin obyektin keçmiş sahibi Yasin Mürşüdov olmuşdur ki, o da əvvəllər məktəb direktoru işləməklə ziyalı adamdır. Hesab edir ki, həmin şəxs şahid qismində dindirilərsə göstərdiyi faktları təsdiq edəcək. Qeyd olunan obyektin onun tərəfindən alınmasında qardaşı Faiq Səfərov, dostu Rahib adlı şəxs və anası da iştirak etmişdir. Obyekt bacısı Cavabdeh adına rəsmiləşdirdikdən sonra qeyd olunan obyektdə tərəfindən əsaslı təmir-bərpa işləri aparılmışdır. Təmir bərpa işlərinin aparılması üçün yuxarıda adlarını çəkdiyi şəxslərin iştirakı ilə 80000 dollardan artıq pullar xərcləmişdir. Qeyd edilən obyekt alındığı vaxtdan başqa şəxsə icarəyə verilmişdir. Aylıq icarə haqqı orta hesabla 700 manatdan hesablansa 60 ayın icarə haqqı 42000 manat təşkil edir ki, həmin pulları da İlahə götürmüşdür. İlahə ona bu vaxta qədər heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iş üzrə tərəflər olan iddiaçı və cavabdeh onun qardaşı və bacısıdır. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur. İddiaçı Rusiyada yaşayır və Azərbaycanda özünə əmlak almaq istədiyinə görə ona alacağı əmlakı ya anasının, ya da bacısının adına almasını məsləhət görmüşlər. Ona görə də qardaşı Vaqif Azərbaycanda bacısı İlahənin adına əmlaklar almışdır ki, qayıdanda ona verər. O, özü də Rusiyada qardaşının yanında işləyəndə qardaşı ona da köməklik edirdi. Qaradaşı İlahənin adına maşın da almış və ona pullar da göndərirdi. Həmçinin göstərdi ki, İlahənin adına Gəncə şəhərində alınmış mənzilin pulunu Vaqif İlahə ilə bir yerdə vermişlər. Obyektin pulunu isə Vaqif Gəncə şəhərinə gələndə verirdi. Əmlakları cavabdehin adına almasının səbəbi Vaqifin arvadı ilə boşanma ehtimalı idi. Bacısı İlahənin həyat yoldaşı kasıb adam olmuş, hətta onlara da Vaqif əl tutmuş, Vaqifin hesabına alverlə məşğul olmuşlar. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, tərəflərin anasıdır. Oğlu Vaqif tərəfindən İlahəyə xeyli miqdarda pullar göndərilmişdir ki, İlahə iş qursun və həmin işdən həm İlahə, həm də Vaqif qazanc götürsün. Vaqif İlahəyə pulları ona baxması üçün göndərməmişdir və İlahə ona baxmamışdır. Elə vaxt olurdu ki, poçtla İlahənin adına bir gündə iki dəfə pul göndərirdi. Vaqifin ailəsi Rusiyada olduğu üçün işlərin görülməsini İlahəyə həvalə etmişdir. O, Rusiya vətəndaşı olduğundan bütün əmlakları bacısı İlahənin adına almışdır. X37 avtomaşın da almış və nə zamansa Azərbaycana qayıdanda həmin əmlakları öz adına keçirməli olduğunu bildirmişdir. Vaqifin əvvəllər maddi imkanı yaxşı olsa da, hazırda imkanı yaxşı deyildir. Ona görə də, İlahədən həmin əmlakların satılmasını tələb etmiş, İlahə isə boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh anasına baxmağın qarşılığında əmlak vəzifəsindən azad edilməsi ilə bağlı dəlillər irəli sürsə də, bu hal məhkəmə iclasında dindirilmiş tərəflərin, anasının ifadəsi ilə inkar edilmişdir. Məhkəmə həmin maddi hüquq normasına istinad edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, ifadəsində bildirməyib ki, anasına baxdığı üçün iddiaçı ona hədiyyə alıb. Məhkəmə qətnaməsində onun ifadəsini təhrif etmiş və düzgün yazılmamışdır. Məhkəmənin işin araşdırılmasında belə nəticəyə gəlməsi o anlama gəlir ki, məhkəmə özündə bağışlama faktını qəbul edib və işin bu halına mövqeyini bildirərək səhv maddi hüquq norması istinad etmişdir. Həmçinin bu bağışlama hər hansı könüllü öhdəliklə şərtlənməyib ki, birinci instansiya məhkəməsi belə bir qənaətə gəlsin. İddiaçı özü könüllü olaraq cavabdehə hədiyyə edərək pul vəsaiti köçürmüşdür. Həmçinin məhkəmə bu qənaətə gəlmişdir ki, guya iddiaçı tərəfindən ona hədiyyə edilən pul kredit kimi və ya borc kimi verilməsi aydın olunmur. Çünki həmin pullar ona hədiyyə kimi verilmişdir. Cavabdeh isə özü gedib bəzi daşınmaz əmlakları rəsmi alğı-satqı yolu ilə əldə etmişdir. İş materialları ilə müəyyən olunur ki, həmin vəsaitlər əmlakın alınmasına sərf edilmişdir. İddiaçı tərəfindən və onun tərəfindən təqdim edilmiş yalançı şahidlər də təsdiq edir ki, iddiaçı özü onunla birlikdə həmin əmlakların alğı-satqısında iştirak etmişdir. Həmçinin qətnamədə qeyd olunur ki, iddiaçı xarici vətəndaş olduğu üçün öz adına əmlakları ala bilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, əcnəbi vətəndaşlar öz adlarına istənilən daşınmaz əmlakı rəsmiləşdirə bilərlər. Belə olan halda iddiaçı niyə öz adına rəsmiləşdirməmiş, yalnız cavabdehin yanında olub və guya satıcıya pul vermişdir. Birinci instansiya məhkəməsi yalançı şahid ifadələrinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə “X25” mağazasının sahibi X7 məhkəməyə göndərdiyi iddiaçının təsiri ilə yazılmış ərizəyə istinad etmişdir. Halbuki, həmin şəxs məhkəməyə dəvət olunub iltizam alınaraq ifadə verməli idi. Həmçinin həmin mağazanın iddiaçı ilə alğı-satqı müqaviləsi bağlaması da araşdırılmamışdır. O, özü X7 mağazada satıcı işləyən qardaşı X21 ilə alğı-satqı müqaviləsi bağlamışdır. O, X8 şahid kimi dəvət edilməsini xahiş etsə də, lakin məhkəmə buna qiymət verməmişdir. Məhkəmə şahid ifadələrinə istinad etsə də, verilmiş şahid ifadələri ziddiyyətlidir. Həmçinin obyektin alınması ilə bağlı Tovuz rayon Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlanmış və bu zaman alıcının pulu notarius depozitinə yerləşdirilir və o da, bir daha sübut edir ki, ödənişi məhz cavabdeh aparmışdır. Pul vəsaiti ona bağışlanmışdır, o da, öz növbəsində qanuni olaraq həmin əmlakları öz adına rəsmiləşdirmişdir. Şahid ifadələri ilə təsdiq edilir ki, əmlak alınarkən iddiaçı özü orda olmuşdur. Məhkəmə qətnaməsində 160000 manat pulun 7,5 % məbləğində, yəni 12000 manat məbləğində faizin cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Lakin 160000 manat borcun haradan yaranmasını araşdırmamış, hansı riyazi hesablama və ya ekspert, mütəxəssis rəyinə istinad etməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı əldən çıxmış faydanı müəyyən edərkən də, məhkəmə faiz hesablayaraq iddia tələbindən kənara çıxmışdır. Odur ki, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə iddiaçının özünün iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, ailə qurmamışdan əvvəl anasının köməyi ilə və öz vəsaiti hesabına özünə bir ədəd VAZ-2107 markalı avtomobil almış, lakin nikahda olduğu müddətdə həmin avtomobili sataraq pulunu saxlaması üçün anasına vermişdir. Həyat yoldaşından ayrılanda isə pulu birlikdə xərclədiklərini deyərək həyat yoldaşından avtomobilin pulunu yenidən almış və anasında saxladığı pulu da götürərək mənzil alınmasında istifadə etmişdir. İddiaçı Gəncə şəhərindəki mənzilin alınmasına ona 6-7 min manat köməklik etmişdir. Həmin mənzili daimi olmasa da, ara-sıra kirayəyə vermişdir. Bundan başqa iddiaçı Rusiyadan ona 2.846.000 Rus rublu olmasa da, lakin müəyyən məbləğlərdə pul göndərmişdir. Tovuz rayonu Aşağı Quşçu kəndindəki obyekti (yeməkxananı) 60 000 manata almış, orada 13-14 min manatlıq təmir işləri gördürmüşdür. “MAZDA CX7” markalı avtomobili isə iddiaçı 14000 manata almış və ona hədiyyə etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, iddiaçı Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycanda da özünə yatırım etmək istəmiş, bu məqsədlə qarşılıqlı razılaşma əsasında bacısı İlahənin adına həm pullar göndərmiş, həm də əmlak almışdır. Cavabdeh həm mənzili, həm də obyekti icarəyə verməklə qazanc əldə etmişdir. Son vaxtlarda iddiaçının maddi vəziyyətində çətinlik yarandığına görə cavabdehə qayıdacağını bildirəndə cavabdehin əmlak və pullarını ona qaytarmayacağından şübhələnmiş, ona görə də aralarında narazılıq yaranmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin, həmin şikayətin təmin edilməməsi barədə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Ödəniş Mərkəzi” bank olmayan kredit təşkilatının verdiyi 16 vərəqlik çıxarışdan görünür ki, İddiaçı Azərbaycan banklarına və yaxud bank xidməti göstərən təşkilatlara ayrı-ayrı vaxtlarda cəmi 10030 (on min otuz) manat, ******* (iki milyon səkkiz yüz qırx altı min) rus rublu, 2658 (iki min altı yüz əlli səkkiz) ABŞ dolları pul göndərmiş, həmin pullardan yalnız 10000 (on min) rus rublu X12,148 (yüz qırx səkkiz) ABŞ dolları X1, 100000 (yüz min) rus rublu isə X18 adına göndərilməklə, qalan pullar Cavabdeh adına göndərilmişdir. Ümumilikdə Cavabdeh adına ******* (iki milyon yeddiz yüz otuz altı min) rus rublu, 2510 (iki min beş yüz on) ABŞ dolları və 10030 (on min otuz) manat pul köçürülmüşdür. Habelə Cavabdeh adına İddiaçı arvadı X26 tərəfindən 65000 Rus rublu göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Ödəniş Mərkəzi” bank olmayan kredit təşkilatının verdiyi 15 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı adından onun arvadı X26 tərəfindən Cavabdeh adına 65000 (altmış beş min) rus rublu məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri Nizami rayonu X39 prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzili 27 oktyabr 2014-cü il tarixdə X9 31300 manata almışdır. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzili xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1i ünvanında mülkiyyətdə olan 0,0116 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146,9 kv.m olan qeyri-yaşayış binasını (yeməkxana) xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı X10 60000 (altmış min) manata almışdır. Cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim edilərək iş materiallarına əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,0116 ha torpaq sahəsində 146,9 kv.m sahəsi olan daşınmaz əmlak xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh adına buraxılış ili 2008, “MAZDA CX-7” minik markalı, qara rəngli avtomobil vardır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon sakini X23 tərəfindən yazılmış ərizədən görünür ki, 2014-cü ilin payız fəslində Tovuz rayonunda Vaqiflə birlikdə olarkən o, Vaqiflə ev almaq məqsdilə Gəncəyə getmiş, o, evi 45000 ABŞ dollarına alaraq bacısı İlahənin adına rəsmişləşdirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən göndərilmiş (xx.xx.2023-cü il tarixli məktubla) xx.xx.2013-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı tərəfindən Cavabdeh adına göndərilən beynəlxalq pul köçürmələrinin siyahısından görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixdə 100000,00 rubl, xx.xx.2015-ci ildə 50000,00 rubl, xx.xx.2015-ci ildə 120000,00 rubl, xx.xx.2016-cı il tarixdə 100000,00 rubl, xx.xx.2016cı il tarixdə 100000,00 rubl, xx.xx.2016-cı il tarixdə 2510,00 rubl, xx.xx.2016-cı il tarixdə 20000,00 rubl, xx.xx.2016-cı il tarixdə 40000,00 rubl pul göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh bacıqardaş olmaqla iddiaçı Səfərov X3, Cavabdeh isə doğulduğu Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayır. Onlar ümumilikdə dörd qardaş, iki bacıdırlar. Cavabdeh əvvəllər ailəli olmuş olsa da sonradan nikahı pozulduğuna görə valideyninin – anasının yanına qayıtmış və onunla yaşamış, iddiaçı ilə yaxşı münasibətləri olmuşdur. İddiaçı Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan Azərbaycanda əmlak almaq qərarına gəlmiş və qardaşları ona əmlakı ya anasının, ya da bacısı İlahənin adına almasını məsləhət bilmişlər. Ona görə də bu işi bacısı – iş üzrə Cavabdeh tapşırmışdır. 2012-ci ildən başlayaraq cavabdehə əmlak alması üçün Rusiya Federasiyasından bank vasitəsi ilə pullar göndərmiş, Azərbaycana gələndə də, nağd şəkildə pul gətirmiş, əmlakı birlikdə gedib taparaq cavabdehin adına almış, pulunu isə o, özü vermişdir. Əmlakı bacısının adına almasının səbəbi həm onun Rusiya vətəndaşı olmaqla Azərbaycana gələndə tez də qayıtması, ən əsası isə arvadı ilə boşanma ehtimalının olması olmuşdur. 2012-ci ildən sonra iddiaçı şəxsən və həyat yoldaşının vasitəsi ilə cavabdehin adına nağd olaraq ******* Rusiya rublu, 2510 ABŞ dolları və 10030 manat pul göndərmiş, cavabdehin adına həmçinin 14000 manata “MAZDA CX7” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobili, 27 oktyabr 2014-cü il tarixdə X9 31300 manata Gəncə şəhəri X39 (hazırda H.Əliyev) prospekti 147 saylı evin 10 saylı bir otaqlı mənzilini, xx.xx.2015-ci il tarixdə X10 60000 (altmış min) manata ünvan 1ində yerləşən qeyri-yaşayış binasını (yeməkxana) almış, alınmış obyektdə təmir işləri görülərək obyekt icarəyə, mənzil isə kirayəyə verilmiş, hazırkı vaxtadək həmin əmlaklardan cavabdeh istifadə edir. İddiaçı Rusiyada maddi vəziyyəti pisləşdiyinə görə Azərbaycana qayıdacağını, ona görə də əmlakların ona qaytarılmalı olmasını cavabdehə eşitdirdikdən sonra cavabdeh etiraz edərək əmlakların ona məxsus olduğunu bildirmiş, nə əmlakları, nə onların dəyərini, nə də əmlaklardan istifadə etməklə əldə etdiyi qazancdan ona verməmiş, beləliklə də qarşılıqlı razılaşmanın şərtlərini pozaraq öhdəliyini yerinə yetirməmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi cavabdeh anasına baxmağın qarşılığında qardaşı Vaqifin qarşısında əmlak vəzifəsindən azad edilməsi ilə bağlı dəlillər irəli sürsə də, bu hal məhkəmə iclasında dindirilmiş tərəflərin anasının ifadəsi ilə inkar edilmişdir. İlahənin göstərdiyi kimi, yəni anasına qulluğa görə qardaşı tərəfindən əmlakların alınması kimi hal mövcud olsa idi uzun illər qızının qulluğu ilə yaşayan bir ana yuxarıda göstərilmiş qaydada ifadə verməzdi, iddiaçının vəsaiti hesabına qiyməti tərəflər arasında mübahisə doğurmayan 60.000 manatlıq qeyri-yaşayış sahəsi alınmış, həmin qeyri-yaşayış sahəsinə iddiaçının vəsaiti hesabına 60.000 manatlıq xərclər çəkilmişdir. Cavabdeh qeyri-yaşayış binasının Vaqifin vəsaiti hesabına 60.000 manata alınmasını etiraf etsə də, çəkilmiş xərclərin 60.000 manatdan az olduğunu bildirmişdir. İddiaçı çəkilmiş xərci təsdiq edən arayış (ərizə) məhkəməyə təqdim etmiş, iddiaçı bununla da çəkilmiş xərcə dair hissədə sübut etmə yükündən azad olmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir.(qeyri-yaşayış sahəsinin faktiki olaraq təmirsiz olmasına dair fotoşəkillər və.s sübutlar). Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya aid hissəsini də qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan bank çıxarışlarından görünür ki, cavabdeh iddiaçıya məxsus pulu özündə saxlamaqla və həmin pulu iddiaçının tapşırığı əsasında təyinatı üzrə istifadə etməməklə iddiaçını əldə edəcəklərindən məhrum etmişdir. Belə ki, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsinə görə (həm də təmirə çəkilən xərcə görə) 120.000 manat pulunu əldə etmiş, həmin qeyri-yaşayış sahəsini icarəyə verərək müəyyən məbləğdə qazanclar götürmüşdür. Avtomobil və Gəncə şəhərində yerləşən mənzildən isə cavabdeh hər hansı qazanc əldə etmədiyindən və həmin mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi barədə tapşırıq verilmədiyindən məhkəmə hesab edir ki, avtomaşına və mənzilə xərclənmiş pula münasibətdə əldən çıxmış faydanın təmin edilməsi qanuni deyildir. Belə ki, iddiaçının cavabdehə mənzilin və avtomaşının icarəyə verilməsi ilə bağlı tapşırıq vermək imkanları da mövcud olduğu halda belə bir tapşırıq verilməmişdir. Birinci instansiya məhkəməısinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində göstərilir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Belə ki, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda pul vermiş və göndərmiş, Cavabdeh isə İddiaçı tapşırığı əsasında iddiaçının vəsaiti hesabına daşınar və daşınmaz əmlaklar almışdır. Tapşırığın şərtlərinə əsasən cavabdeh iddiaçının istədiyi vaxtda həmin əmlakları iddiaçının adına rəsmiləşdirməli olduğu halda sonradan bundan imtina etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı tapşırıq müqaviləsindən yaranmış öhdəlik münasibətlərinin olmadığını, iddiaçının həmin əmlakları və pulları ona hədiyyə olaraq verdiyini bildirmişdir. Lakin cavabdehin bu xüsusatda etirazının dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən şahid ifadələri ilə təkzib edilir. Cavabdehin qeyd edilən tapşırığı həyata keçirməyi öhdəsinə götürdüyü işin faktiki halları ilə müəyyən edilir. Cavabdeh iddiaçının həmin əmlakları ona anasına qulluq etdiyi üçün bağışlaması ilə izah etsə də, həmin xüsusat işin hər hansı bir halı ilə təsdiq olunmur. Mübahisəli əmlakların mövcudluğu və onların iddiaçının vəsaiti hesabına alınması işin mübahisəndirilməyən hallarıdır. Bu hal tərəflərin izahatları ilə, iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır. Cavabdeh tərəfin iddia tələbinə etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddia tələbinin predmetini təşkil edən pul vəsaiti və bu əsasda əldə edilmiş daşınmaz əmlak iddiaçı olan qardaşı tərəfindən ona bağışlanılmışdır. Məhkəmə kollegiyası iddiaçının daha dörd nəfər bacı-qardaşı olduğu halda böyük miqdarda pul vəsaitini, daşınmaz əmlakları, avtomobili iddiaçıya hədiyyə etməsini inandırıcı saymır. Bunu, yəni həmin əmlakların cavabdehə hədiyyə olaraq verilmədiyini məhkəmə iclasında şahid qismində dindirilmiş tərəflərin anası və qardaşı da təsdiq etmişlər. Digər tərəfdən cavabdeh də həmin əmlakların iddiaçı tərəfindən ona bağışlandığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bu vəziyyətdə isə iddia tələbinə etirazının dəlillərinin sübutetmə yükü cavabdehin üzərinə düşür və o da, göstərdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinin mötəbərliyini təkzib edən əsaslar da mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində, İlahənin ona baxmadığını, iddiaçı tərəfindən cavabdehə xeyli miqdarda pullar göndərildiyini, iddiaçının bütün əmlakları bacısı olan cavabdehin adına aldığını və Azərbaycana qayıdanda həmin əmlakları oğlunun adına keçirməli olduğunu bilavasitə təsdiq etmişdir. Göründüyü kimi şahid ifadəsi ilə cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib edilir. Digər tərəfdən, əqd kimi bağışlama müqaviləsinin anlayışı Mülki Məcəllənin 666.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Qeyd edilən maddənin dispozisya şərtlərindən göründüyü kimi bağışlama müqaviləsi zamanı bağışlayan şəxs öz əmlakını digər şəxsə bağışlamaqla onu zənginləşdirmək məqsədi daşıyır. Hazırkı mübahisə üzrə iddiaçının cavabdehə pul vəsaiti və ya hər hansı əmlakını bağışlamaqla onu zənginləşdirmək kimi bir iradə ifadəsinin olması işin halları ilə istisna edilir. Birinci instansiya məhkəməsinin qeyri-yaşayış obyektinə çəkilmiş xərclə bağlı qənaəti ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş “Qərb İnşaat” Tikinti Materiallarının sahibi X7 01 sentyabr 2022-ci il tarixli ərizəsi ilə Tovuz rayonu, Quşçu kəndində yerləşən obyektin təmir-tikinti işlərinə İddiaçı tərəfindən 60000 manat xərcin çəkildiyi müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin, həmçinin iddiaçının nümayəndəsinin həmin xüsusatla bağlı dəlili ilə razılaşmır. Çünki cavabdeh də verdiyi izahatlarında həmin obyektin təmir edilməsi üçün materialları özü aldığını və pulunu da özü ödədiyini bildirmişdir. Digər tərəfdən obyektin təmirinə çəkilmiş xərci iddiaçının özü tərəfdən ödənildiyi halda cavabdehə pulun göndərilməsinə zərurət də qalmazdı. Bu baxımdan kollegiya iddia tələbini həmin hissədə əsassız sayır. İddiaçı Gəncə şəhərində yerləşən mənzili 45000 ABŞ dollarına aldığını göstərmiş olsa da, iş materialları ilə həmin mənzilin 31300 manata alındığı müəyyən olunmuşdur və iddiaçı tərəfindən iddia tələbini həmin hissədə, yəni mənzilin 45000 ABŞ dollarına alındığını təsdiq edən digər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 2510 ABŞ dolları və 2.736.000 (iki milyon yeddi yüz otuz altı min) Rusiya rublu, həmçinin iddiaçının arvadı tərəfindən 65000 (altmış beş min) Rusiya rublu, 10030 manat pulun bank xidməti -vasitəsilə göndərilməsi müəyyən olunur. Odur ki, göstərilən məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddiaçının pul vəsaiti onun sahibliyində olacağı təqdirdə adi dövriyyə şəraitində hansı formada fayda əldə edəcəyini təsdiqləyən mötəbər sübutlar iş materiallarında mövcud deyildir və belə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının yuxarıda qeyd olunan əmlakları öz adına yox, cavabdehin adına alması bir tərəfdən o, Azərbaycana gəldikdən sonra ölkədə qısa müddət qalması olmuşdursa, digər səbəbi isə arvadından boşanacağı halda əmlak bölgüsü məsələsinin ortada olması olmuşdur. İddiaçı göstərilmiş hüquqi yardıma görə cavabdehdən 300 manat pulun xeyrinə tutulmasını xahiş etmiş olsa da, iddia ərizəsinə həmin xərclə bağlı sübut əlavə edilməmişdir. Odur ki, kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə tamamilə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat, ödənilmiş 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 461,69 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(062)-1755/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2.801.000 (iki milyon səkkiz yüz bir min) Rusiya rublu, ödəniş anında Azərbaycan manatının məzənnəsinə uyğun hesablanmaqla 2510 (iki min beş yüz on) ABŞ dolları, 115.330 (bir yüz on beş min üç yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun 461,69 (dörd yüz altmış bir manat altmış doqquz qəpik) manat hissəsi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar