Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2245/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ünvanladığı 03 aprel 2024-cü il tarixli pretenziya-xəbərdarlıq məktubundan görünür ki, İddiaçı aralarında olan avtomaşının alqı-satqısı ilə əlaqədar ödənilməmiş qalan və ona borclu olduğu 900 manat məbləğində pulu 31 mart 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürdüyünü, lakin həmin borcu qaytarmadığını qeyd edərək 900 manat məbləğində borcunu 10 gün ərzində qaytarmasını tələb etmiş, əks halda barəsində borc tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pulun və banka ödədiyi 30 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin yanvar ayının axırlarında Cavabdeh ilə aralarında olan “QAZel” markalı avtomaşının alqı-satqısı ilə əlaqədar cavabdehin ona 900 (doqquz yüz) manat məbləğində borcu qalmışdır. Cavabdeh yaranmış 900 manat məbləğində borcunu 2024-cü ilin mart ayının axırlarına kimi ona ödəməyini öhdəsinə götürmüşdür. Dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh verdiyi vədinə əməl etməyərək ona olan 900 manat məbləğində borcunu qaytarmamışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasov) iddianın təmin edilməsi, Cavabdeh 900 (doqquz yüz) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 930 (doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan “Qazel” markalı avtomaşın almış, aldığı avtomaşının pulunun bir hissəsini ödəsə də, 900 manat məbləğində borclu qalmışdır, cavabdeh borcunu 2024-cü ilin mart ayının sonunda ödəyəcəyinə söz versə də, ödəməmişdir.
6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 329, 385, 425, 427-ci və 445-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki (həqiqi) halları ondan ibarətdir ki onun mülkiyyətində VAZ-2106 minik markalı avtomobil, İddiaçı isə “QAZEL” yük markalı avtomaşını olmuşdur. 2024-cü ilin yanvar ayında İddiaçılə razılığa gəlmişdir ki, maşınları barter qaydasında dəyişsinlər. Öz aralarında razılaşmışlar ki, o, öz avtomobilini 3100 manat qiymətləndirərək onu İddiaçı verir, İddiaçı isə öz avtomaşınını 4900 manat dəyərində qiymətləndirərək ona verir, orada qalan fərq 1800 manatdan 900 manatı o, İddiaçı maşınları dəyişərkən dərhal verirmiş, qalan 900 manatı isə 2024-cü ilin mart ayının axırlarınadək verəcəyini bildirmişdir. Maşınlarını barter qaydasında dəyişərkən o, İddiaçı əlavə olaraq 900 manat da, vermişdir. Lakin cəmi bir neçə gündən sonra məlum olmuşdur ki, “QAZEL” maşının sürət ötürücü qutusu xarabdır, diferensial körpüdə isə səslər (uğultu) əmələ gəlməyə başladı. Həmçinin məlum olmuşdur ki, İddiaçı maşınında olan bu nasazlıqları surət ötürücü qutusuna və differensial körpüsünə qatı yağlar tökməklə gözlətmişdir, çünki qatı yağlar töküldükdə həmin nasazlıqlar maşının sürülməsindən asılı olaraq 5-10 gündən sonra, həm də, tədricən ortaya çıxır. QAZEL maşınında olan bu nasazlıqlar ortaya çıxanda o, mobil telefonuna zəng vuraraq İddiaçı bu barədə məlumat vermiş və xahiş etmişdir ki, VAZ-2106 maşını özünə qaytarmış, QAZEL maşınını isə ondan geri götürmüşdür. İddiaçı isə ona bildirmişdir ki, VAZ-2106 maşınımı başqa şəxsə satıbdır, odur ki, onu qaytarmaq mümkün deyildir, lakin ona borclu qaldığı 900 manatdan 500 manatını həmin nasazlıqlara görə çıxmağını, qalan 400 manatı ona verməyinə razı olduğunu bildirmişdir. O, isə İddiaçı bu təklifi ilə razı olmamış, çünki “QAZEL” maşınının surət ötürücü qutusunun və differensial körpüsünün təmiri mümkün deyildi, onların yeniləri ilə əvəzlənməsi isə 1200-1300 manat vəsait tələb edirdi. Dəfələrlə tələb etməyinə baxmayaraq, İddiaçı maşınların qaytarılmasına razılıq vermədi, hətta onun VAZ-2106 maşınını kimə və nə vaxt satdığını da, ona bildirməkdən imtina etmişdir. Hətta bir dəfə onun evə gəlib anasının yanında demişdir ki, QAZEL maşınında olan deffektlərə görə ona 500 manat güzəşt edir, qalan 400 (dörd yüz) manatı verməyini istəmiş o, isə razı olmamış, bütövlükdə 900 manatı güzəşt etməsini istəmişdir. İddiaçı isə buna razı olmamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, İddiaçı ona qarşı 900 manat pul tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etmişdir. Bərdə rayon məhkəməsinin qətnaməsindən narazıdır və onu qəbul etmir. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Odur ki, ətraflı şərh etdiyi səbəblərdən bu qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tam ləğv edilməklə iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmalıdır.
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiasının iclasında iştirak edən və Cavabdeh nümayəndəsi (anası) X3 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 500 manat aylara bölünsə, ödəməyə razıdır.
11. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, sonradan cavabdeh yanına gələrək maşının ötürücü qutusunda olan nasazlığa görə ona kömək etməsini istəmiş, o da borclu olduğu pulu əgər indi verərsə 300 manat kömək edə biləcəyini bildirmişdir. Lakin cavabdeh pulu gətirməmiş, bu səbəbdən də, aralarında olan razılaşma pozulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, 500 manata razıdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
13. 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
14. 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.
15. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.
16. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
17. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024cü il tarixli tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, tərəflər arasında avtomobillərin dəyişdirilməsi barədə razılıq olmuş, lakin hazırda mübahisələndirilən pul tərəflərin dəyişdirmə müqaviləsində dəyişdirilən əşyadan əlavə ödəniş etməsi barədə öhdəliyindən yaranmışdır.
31. Məhkəmə kollegiyası tərəflərin iştirakı ilə məhkəmə iclas zalında kollegiyaya təqdim edilmiş CD diskdə olan səs yazısını dinləmişdir. Səs yazısında cavabdehin iddiaçı qarşısında 800 manat öhdəliyinin olması təsdiqini tapmışdır. Lakin tərəflər arasında olan sonrakı danışıqlarda avtomobildə yaranmış narazılıq səbəbindən cavabdeh iddiaçıya 2024-cü ilin mart ayında ödəmək şərti ilə 500 manat ödəyəcəyini bildirmiş, iddiaçı isə həmin şərtlə razılaşmışdır. Lakin cavabdeh həmin razılaşmanın şərtlərinə əməl etməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etsədə, tədqiq olunan iş materilları və sübutlar ilə onun avtomobillərin dəyişdirilməsi nəticəsində iddiaçıya 800 manat borcu olması sübut olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir. Cavabdeh 800 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27 manatı olmaqla, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1943/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul və 27 (iyirmi yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.