Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2256/2024 25.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.*5.2*16-cı il tarixli, 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, *6 avqust 2*13-cü il tarixli 2143 №-li kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 2393,* (iki min üç yüz doxsan üç) manat, faiz borcu üzrə 938,* (doqquz yüz otuz səksən) manat, kredit müddətinin bitdiyi tarixdən hazırki vaxta qədər hesablanmış faiz borcu isə 113,* (bir yüz on üç) manat, cəmi 3444,* (üç min dörd yüz qırx dörd) manat məbləğində borc alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, borcun tutulması Cavabdeh tərəfindən öhdəliyin təminatı kimi kredit müqaviləsinə əsasən girov qoyulmuş, “BMW 52*” markalı 2*-CH-72* dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin (ipoteka predmeti) açıq hərracdan satılması, satış pulundan əldə olunan vəsaitdən 3444,** (üç min dörd yüz qırx dörd) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilmiş 3*,* (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı ilə (hakim Ədil Məmmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun, kredit üzrə faizlərin ödənilməsi və girova yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.*5.2*16-ci il tarixli, 2(*43)-1998/2*16 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadının ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, *6 avqust 2*13-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 18 ay müddətinə illik 26 faizlə 437* manat kredit götürmüşdür. Kreditin təminatı olaraq özünə məxsus “BMW 52*” markalı 2*- CH72* dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymuşdur. 5 ay ərzində kredit müqaviləsi üzrə ödənişləri hər ay vaxtlı-vaxtında ödəmişdir. 2*14-cü ilin fevral ayında girov predmeti olan avtomobili satmışdır. Bankda olan kreditin alıcının adına keçirmək üçün banka müraciət etmiş, lakin bankda bildirmişlər ki, bu bir sıra lüzumsuz sənədləşmə aparılmasına səbəb olacaqdır. Buna görə bank, o və alıcı razılaşmışlar ki, kredit onun adına qalsın, aylıq ödənişləri isə alıcı icra etsin. Avtomobilin alıcısı təxminən 7 ay ərzində hər ay davamlı olaraq bankın aylıq ödənişini etmiş. Lakin 7 ay sonra alıcı avtomobillə Goranboy rayonu ərazisində qəza keçirmiş, buna görə də banka ödəniş etməmişdir. Onun avtoqəza və ödənişləri həyata keçirməməsi barədə 2-3 ay sonra məlumatı olub. Belə ki, bankın müdiri onu dəvət edərək bu barədə məlumat vermiş və ona təklif etmişdir ki, avtomobili DYP-nin meydançasından çıxarıb onlara versin və avtomobilin sığorta pulunu almaq üçün onlara razılıq kağızı verilsin. Sığorta pulunun alınması üçün banka razılıq ərizəsi yazmış, sonra avtomobili meydançadan çıxarıb banka təhvil vermişdir. Bankdan ona borcun olmaması barədə arayış verilmişdir. Lakin, həmin vaxtdan indiyə 1* ilə yaxın müddət keçdiyindən həmin arayış onda qalmamışdır. Bundan sonra bankdan bir daha onu axtaran olmamışdır. 2*24-cü ilin aprel ayında Gəncə şəhəri üzrə icra idarəsindən onun telefonuna SMS bildiriş gəlmişdir. Bununla bağlı 24 aprel 2*24-cü il tarixdə icra idarəsinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, 2*16-cı ildə barəsində hazırkı qətnamə çıxarılmışdır. 25.*4.2*24-cü il tarixdə qətnamənin ona verilməsi barədə Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmiş və qətnamə ona rəsmi qaydada 21 may 2*24-cü il tarixdə verilmişdir. Bundan sonra isə qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmədən *6.*6.2*24-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Qeyd edir ki, qətnamə çıxarılan zaman onun surəti poçt vasitəsilə ona göndərilməmişdir. Əgər iş materiallarında belə bir sənəd varsa, bu məhkəmənin sadəcə tərtib edib iş materiallarına əlavə etdiyi bir kağız parçasıdır. Digər tərəfdən, qətnamənin ona göndərilməsi barədə sənədin olması deyil, qətnamənin onun tərəfindən alınmasını sübut edən sənədin iş materiallarında olması qətnamənin tərəfindən alınmasını təsdiq edən sübutdur. Nə qədər ki, iş materiallarında belə bir sənəd yoxdur, məhkəmə qətnaməsinin onun tərəfindən alınmasını təsdiq edilmir. Bundan başqa, əgər qətnamənin surəti əvvəllər onun tərəfindən rəsmi qaydada alınmış olsaydı, 21 may 2*24-cü il tarixdə qətnamə ona rəsmi qaydada deyil, təkrar verilməsi kimi təqdim edilərdi. Gəncə Şəhər Məhkəməsinin 29 iyul 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2 (1*4)-846/2*24 saylı iş üzrə 27 avqust 2*24-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin *7 iyun 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadının tam, həmin qərardadla bağlı 29 iyul 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadının isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357- 363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin *1 oktyabr 2*24-cü il tarixli 2(*43)-1998/2*16 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)- 1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilmiş və apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)- 1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 398.*. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.*.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2 (1*4)-846/2*24 saylı iş üzrə 27 avqust 2*24-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 357- 363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılarkən, həmin qərardadla apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olan göstərişlər qoyulmulşdur. Belə ki, məhkəmə kollegiyası həmin qərardadda qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 19 may 2*16-cı il tarixdə qəbul olunmuşdur. Həmin tarixdən 8 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bu hal isə apellyasiya şikayətinin mümkünlüyünün daha geniş araşdırılmasını tələb edir. Məhkəmə qətnaməsinin cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsini təsdiq edən sənəd olmadığı halda cavabdehin həmin qətnamənin mövcudluğundan məlumatlı olubolmaması halının da araşdırılması zəruridir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Bu baxımdan icra orqanına müvafiq sorğular verilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsi əsasında açılmış icra işinin alınması, həmin icra işinə baxış keçirilməklə icra orqanı tərəfindən cavabdeh barəsində icra tədbirləri həyata keçirilib-keçirilməməsi, habelə keçirilmişsə bunun nədən ibarət olması, beləliklə cavabdehin qətnamənin mövcudluğu barədə hansı tarixdən məlumatlı olması məsələlərinin araşdırılması məqsədəmüvafiq olardı. İşə baxan birinci instansiya məhkəməsi isə, həmin göstərişləri tam yerinə yetirməmiş, icra işinini əldə edib həmin icra işinə baxış keçirməmiş, qətnamənin icra edilib-edilməməsini, cavabdehin həmin qətnamənin mövcudluğundan məlumatlı olubolmaması halını araşdırmamışdır. Ona görə də, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)-1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən, yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və MPM-nin 372, 398.*.2, 399 və 4*2.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı
QƏRARA ALDİ:
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)- 1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2*16-ci il tarixli 2(*43)- 1998/2*16 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.