Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2265/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin e- 2(066)-767/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin e-2(066)-767/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin e-2(066)-767/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcun və ödənilmiş 44 (qırx dörd) manat, 22 (iyirmi iki) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 21 %-lə 30 ay müddətinə 3500 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 04 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional “Asan Xitməti” Mərkəzinin 17 yanvar 2023-cü il tarixli 1768 nömrəli məktubundan məlum olur ki, X1 miras qalmış əmlakı Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın “Göygöl” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş nağd kredit üzrə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddədə mirasın qəbul növlərindən biri kimi vərəsə tərəfindən notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verilməsi göstərilmişdir. Cavabdeh 2 saylı Gəncə Regional “AsanXidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müracət etmiş və bununla da mirası qəbul etmişdir. Lakin Cavabdeh tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınmadığı üçün məhkəmə mirasın Cavabdeh tərəfindən qəbul edilmədiyi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306 və 1307-ci maddələrini də tətbiq etməmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 2 saylı Gəncə Regional “AsanXidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1768 nömrəli məktubdan görünür ki, X1 qalmış mirası Cavabdeh notariat ofisinə ərizə ilə müraciət edərək qəbul etmiş və Cavabdeh başqa vərəsəliyin qəbulu ilə bağlı müraciət olunmamışdır. Beləliklə, X2 yeganə vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, , təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X4 arasında 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 21 %-lə 30 ay müddətinə 3500 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 04 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Onun qızı Cavabdeh vərəsəliyi qəbul etmiş olsa da, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, X1 qalmış miras əmlakdan irs almamışdır.Ona görə də məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsnin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsindən görünür ki, X3 "xxxx" ASC-nin Göygöl filialı tərəfindən illik 21 %-lə 30 ay müddətinə 3500 manat kredit verilmişdir. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, X3 3500 (üç min beş yüz) manat məbləğində pulu qəbul etmiş və imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04 oktyabr 2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə Regional “Asan Xitməti” Mərkəzinin 17 yanvar 2023-cü il tarixli 1768 nömrəli məktubundan məlum olur ki, 10 sentyabr 1954-cü il təvəllüdlü 04 oktyabr 2022-ci il tarixdə ölmüş X2 adına vərəsəlik işi açılmış, onun qızı Cavabdeh vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlikhüququ haqqında şəhadətnamə almamışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixinə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcu var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X4 arasında 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 21 %-lə 30 ay müddətinə 3500 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 04 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional “Asan Xitməti” Mərkəzinin 17 yanvar 2023-cü il tarixli 1768 nömrəli məktubundan məlum olur ki, X1 miras qalmış əmlakı Cavabdeh tərəfindən qəbul edilmişdir. Bankın “Göygöl” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş nəğd kredit üzrə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 52 (əlli iki) qəpik əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421 (iki min dörd yüz iyirmi bir) manat, 55 (əlli beş) qəpik borcu qalmışdır. Cavabdeh mərhum X4 ndan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, X2 iddiaçıya 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsinə əsasən 2421,52 manat əsas, 3 qəpik faiz borcu olmaqla ümumilikdə 2421,55 manat borcunun olması, həmçinin cavabdehin X1 miras qalmış əmlakı qəbul etməsi işin mübahisəsiz halıdır. İş materiallarından da göründüyü kimi cavabdeh X4 xx.xx.2022-ci ildə ölmüşdür və Cavabdeh X2 vərəsəsi kimi Göygöl rayonu Zurnabad kəndində yerləşən əmlaka dair vərəsəliyi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək məhkəmənin həmin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2421,52 manat əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421,55 manat borc, ödənilmiş 44,22 manatın dövlət rüsumunun əvəzi və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh (borc alan X2 hüquq varisi) tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin e-2(066)-767/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli BPM**********16 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2421,52 manat əsas, 3 (üç) qəpik faiz borcu olmaqla ümumilikdə 2421,55 (iki min dörd yüz iyirmi bir manat əlli beş qəpik) manat borc, ödənilmiş 44,22 (qırx dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumunun əvəzi və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh (borc alan X2 hüquq varisi) mirası qəbul etdiyi həddə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2265/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2265/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver