Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-221/2025 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Nümayəndə (o, həm də digər cavabdeh olan həyat yoldaşı Cavabdeh1 nümayəndəsidir) iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qayada 21,250 manat məbləğində pulun və ödənilmiş 153,75 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 11940 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,82 manat, cəmi 12065,82 (on iki min altmış beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qonşularıdırlar, neçə illərdir tanıyır və ər-arvaddırlar. Aynur Hüsenova 2023-cü ildə ondan hissə-hissə ümumilikdə 21.250 manat pul almışdır.9800 manatı KapitalBank plastik Kartımdan, birbank tətbiqi vasitəsilə Cavabdeh1 adına olan karta köçürmüş, 11.450 manat isə nəqd qaydada vermişdir. Cavabdeh sonradan özü səs göndərərək, 18.000 manat borcunun olmasını bildirmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəməyə iddiaçıdan aldığı 9800 manat pulun 8800 manatını qaytarmağını təsdiq edəcək sübutlar təqdim etmişdir. Belə ki, iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat pul köçürmüşdür. 1 dəfə də LEO kart vasitəsi ilə iddiaçının kartına 500 manat göndərmişdir. Bu barədə qəbzlər onda mövcuddur, məhkəməyə təqdim etmişdir. Bundan başqa həmin pulun 2000 manatını isə o, tanışı Qazax şəhər sakini X1 ilə birlikdə iddiaçının evinə gedərək nağd formada ona vermişdir. Eyni zamanda 2 dəfə “Milliön” terminalı vasitəsi ilə iddiaçının 4169 7388 6931 8729 №-li kartına Bakı şəhəri, Gəncə prospektində yerləşən “Bolmark” marketində olan terminal vasitəsi ilə hər dəfəsində 400 manat, ümumilikdə 800 manat, bir dəfə isə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qostranom” marketdə yerləşən terminaldan isə 2500 manat pul köçürmüşdür. Belə ki, 2 dəfə “Milliön” terminalı vasitəsi ilə iddiaçının 4169 7388 6931 8729 №-li kartına Bakı şəhəri, Gəncə prospektində yerləşən “Bolmark” marketində olan terminal vasitəsi ilə hər dəfəsində 400 manat, ümumilikdə 800 manat, bir dəfə isə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Qostranom” marketdə yerləşən terminaldan isə 2500 manat pul köçürməyi ilə bağlı qəbzlər onda hazırda yoxdur, itirmişdir. Buna baxmayaraq, məhkəmə heç bir əsas olmadan iddiaçının xeyrinə birtərəfli qaydada qətnamə çıxarmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdehə 21250 manat borcu hissə-hissə vermişdir. 9800 manatla bağlı birbankda ödənişi var. Qalan məbləği evində 2023-cü ilin iyul-avqust aylarında hissə-hissə vermişdir.O, həmin pul məbləğini cavabdeh onu inandırdığı üçün vermişdir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd, onun apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında həm öz adından, həm də, nümayəndəsinin adından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı ilə münasibətləri olmuş, borc məbləği qızılla bağlı olmuşdur. 9800 manat məbləğində borcu qəbul edirlər. Digər məbləğ isə olmamışdır. Həmin borcdan 4600 manat qaytarmış, belə ki, 2023-cü ildə kartına köçürmüş,bu barədə kapital Bankdan kart heüsabından çıxarışı və terminaldan çıxarışı təqdim edir. 3300 manat isə terminal vasitəsilə köçürmüşdür. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsi dəyişdirilməli və Cavabdeh1 10400 manat məbləğində pul və iddianın verilməsi üçün dövlət rüsümü əvəzi olaraq 75 manat məbləğində pul alınaraq İddiaçı verilməliidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh1 məxsus kapital Bankın kart hesablndan Çıxarışdan görünür ki, iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat pul köçürmüşdür. Apellyasiya şikayətinə əlavə edilmiş LEO kart vasitəsi ilə iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına 500 manat göndərmişdir. Məhkəmə kollegiyasında dinlənilmiş whatsap yazışmalarından və telefon səs yazılarından məlum olur ki, İddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermişdir. İddianı qismən, 11.490 manat məbləğində təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, whatsap səslərindən və yazışmalarından məlum olur ki, İddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermiş və Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda, cəmi 3060 manat məbləğində borc pul qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (Mübahisə zamanı qüvvədə olan maddələr) 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ümumilikdə 15000 manat pul vermiş və Cavabdeh1 İddiaçı kart hesabına özünə məxsus **********318729 №-li kapital bank kartının “Bir Bank” tətbiqi vasitəsi ilə ümumilikdə 4100 manat, LEO kart vasitəsi iləisə, iddiaçıya məxsus **********318729 №-li kapital bank kartına 500 manat göndərmişdir. İşin həmin halı apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh1 məxsus kapital Bankın kart hesablndan Çıxarışı və LEO kart vasitəsi ilə təsdiq edilir və cavabdeh tərəf bu halı məhkəmə iclas zalında mübahisələndirimədi. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı Cavabdeh1 cəmi 21.250 manat pul verməsini, cavabdeh tərəf isə 4600 manatdan artıq məbləğ qaytarmasına dair heç bir mətəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarıa uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh1 10400 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2(023)-1010/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 10400 manat məbləğində pul və iddianın verilməsi üçün dövlət rüsumu əvəzi olaraq 75 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2270/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2270/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver