Məhkəmə qərarları › İş №2(104)-2276/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2276/2025

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2276/2025 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh və nümayəndəsi X5 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə mənzil almaq məqsədilə 128.100 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür.

2. ##.##.2010-cu il tarixli ***/* nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv/m olan 3 otaqlı *** nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. ##.##.2025-ci il tarixli, **-*/*-M-**-****/**** nömrəli maliyyə arayışının surətindən görünür ki, həmin arayışda Cavabdeh İddiaçı ASC-yə ##.##.2025-ci il tarixinə ##.##.2010-cu il tarixli kredit müqaviləsi üzrə 128.100 manat əsas borc, 284.195 manat 12 qəpik faiz borcu, cəmi 412.295 manat 12 qəpik borcunun olduğu qeyd olunmuşdur.

4. ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.

5. «xxxx» MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən *** nömrəli mənzil Cavabdeh məxsus deyil, X1 məxsusdur.

6. LPO İddiaçı ASC-nin «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, LPO İddiaçı ASC-nin Mustafayev Sevil Müseyib qızına qarşı e-*(***)-****/**** nömrəli mülki iş üzrə mülki işin icraatı ilə əlaqədar ipotekanın dövlət qeydiyyatına alınmasını, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatının aparılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, tələb olunan sənədlər bankda mövcud deyildir. Həmçinin Cavabdeh məxsus kassa məxaric orderinin də təqdim edilməsi xahiş olunmuşdur. Lakin 2010- cu il tarixə aid olan kassa məxaric orderi saxlama müddəti başa çatdığı üçün məhv edilmişdir.

7. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş ##.##.2010-cu il tarixli hesadan çıxarışdan görünür ki, ##.##.2010-cu il tarixdən ##.##.2013-cü il tarixədək Cavabdeh AZ**ZAMI***********AZMC***** nömrəli hesab üzrə heç bir əməliyyat aparmadığı müəyyən olunmuşdur.

8. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 ünvanlanmış ##.##.2024-cü il tarixli, ************* nömrəli məktubun surətindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış ##.##.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 180 ay müddətinə qaytarmaq şərtilə 100.000 manat məbləğində kredit verilmişdir. ünvan 3 ünvanında yerləşən binada 3-cü blok, 15-ci mərtəbə, *** nömrəli mənzilin alınması üçün ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixinə LPO İddiaçı ASC qarşısında onun borc öhdəliyi mövcud deyildir.

9. «xxxx» MMC tərəfijndən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 140-cı mənzilə dair «xxxx» firması ilə Cavabdeh arasında 2010-cu ilin may ayında bağlanmış müqavilə, həmin mənzilə görə heç bir ödəniş olunmadığına görə, 2010-cu ilin avqust ayında ləğv edilmişdir. Bundan sonra qeyd edilən Bakı şəhəri, N.Rəfiyev küçəsi, **A saylı ünvanda yerləşən *** saylı mənzil ##.##.2012ci il tarixdə İddiaçı ASC tərəfindən X3 verilən kreditlə alınmış və sonuncunun həmin götürdüyü məbləği İddiaçı ASC-nə tam ödəmişdir. Qeyd edilən mənzilə dair X3 İddiaçı ASC-nə borcu yoxdur. Bundan başqa yaşayış binası tam inşa edilməmişdən öncə, alqısatqı müqaviləsi bağlanarkən, mənzilin nömrəsi müqavilədə 140 kimi göstərilmiş, bina tam inşa edildikdən sonra ona 147 nömrəsi verilmiş, eyni zamanda N.Rəfiyev küçəsi 25, 25A kimi qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı LPO İddiaçı ASC cavabdeh Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2010-cu tarixli *** nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 128.100 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 284.195 manat 12 qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 703 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh sərəncamında olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv/m olan 3 otaqlı *** nömrəli mənzilə yönəldilməsi,həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlaka yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2010-cu tarixli *** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 128.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında sonuncunun sərəncamında olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv.m olan 3 otaqlı *** nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə ##.##.2010-cu tarixli ***/* nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2010-cu tarixli *** nömrəli kredit müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə cavabdeh Cavabdeh LPO İddiaçı ASC qarşısında 128.100 manat əsas borc, 284.195 manat 12 qəpik faiz borcu, cəmi 412.295 manat 12 qəpik məbləğində borc öhdəliyi yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur.

12. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə mənzil almaq məqsədilə 128.100 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. Sonradan LPO İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin LPO İddiaçı ASC tərəflər arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra etməsini və daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutları, habelə həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış ipoteka müqaviləsinin oxunaqlı olan nüsxəsini, ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumatları və s. məhkəməyə təqdim etməmişdir. Qeyd olunanların əksinə «xxxx» MMC-nin məhkəməyə daxil olmuş ##.##.2025-ci il tarixli, ** nömrəli məktubunda ipoteka ilə yüklü edildiyi bildirilən mənzilin başqa şəxsin mülkiyyətində olduğu və həmin mənzilin hər hansı qaydada yüklü olmadığı bildirilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1, 385.1, 389.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 128.100 (bir yüz iyirmi səkkiz min bir yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” firması ilə Cavabdeharasında bağlanmış müqavilə əsasında Cavabdeh sərəncamında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-cu mərtəbəsində istifadədə olan 122 kv.m ümumi sahəsən ibarət 3 otaqlı, *** saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-cu mərtəbəsində istifadədə olan 122 kv.m ümumi sahəsən ibarət 3 otaqlı, *** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında ##.##.2010-cu il tarixli, ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bankın kassasından vəsait çıxmışdır və məhkəmə tərəfindən işin tam araşdırılması üçün kreditin mövcud olubolmamasının müəyyən edilməsinə görə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli idi. Qeyd etdiklərimizi nəzərə alaraq hesab edirik ki, iddia ərizəsi üzrə çıxarılan qətnamənin nəticəsindən aslı olmayaraq, ##.##.2010-cu il tarixli, *** saylı kredit və ##.##.2010-cu il tarixli, ***/* saylı ipoteka (girov) müqavilələrin cavabdehin yerinə kim tərəfindən imzalanması və verilmiş 128.100 (bir yüz iyirmi səkkiz min b i r yüz) manat məbləğində vəsaitin kim tərəfindən mənimsənilməsini dəqiq müəyyən etməyə ehtiyac vardır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “«xxxx» MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, N.Rəfiyev küçəsi, **A saylı ünvanda yerləşən *** saylı mənzil ##.##.2012-ci il tarixdə İddiaçı ASC tərəfindən X3 verilən kreditlə alınmış və sonuncunun həmin götürdüyü məbləği İddiaçı ASC-nə tam ödəmişdir. Qeyd edilən mənzilə dair X3 İddiaçı ASC-nə borcu yoxdur.” Qeyd edək ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 128.100 (bir yüz iyirmi səkkiz min bir yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” firması ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında Cavabdeh sərəncamında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-cu mərtəbəsində istifadədə olan 122 kv.m ümumi sahəsən ibarət 3 otaqlı, *** saylımənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü blokunun 15-cu mərtəbəsində istifadədə olan 122 kv.m ümumi sahəsən ibarət 3 otaqlı, *** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında ##.##.2010-cu il tarixli, ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Bankın kassasından vəsait çıxmışdır və məhkəmə tərəfindən işin tam araşdırılması üçün kreditin mövcud olub-olmamasının müəyyən edilməsinə görə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Hesab edirlər ki, iddia ərizəsi üzrə çıxarılan qətnamənin nəticəsindən aslı olmayaraq, ##.##.2010-cu il tarixli, *** saylı kredit və ##.##.2010-cu il tarixli, ***/* saylı ipoteka (girov) müqavilələrin cavabdehin yerinə kim tərəfindən imzalanması və verilmiş 128.100 (bir yüz iyirmi səkkiz min bir yüz) manat məbləğində vəsaitin kim tərəfindən mənimsənilməsini dəqiq müəyyən etməyə ehtiyac vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə müdafiə edərək bildirir ki, bank tərəfindən pulun verilməsinə dair heç bir sənəd arxivdə saxlanılmamışdır. Pul köçürmə yolu ilə deyil nağd formada qarşı tərəfə təqdim edilmişdir. Öhdəliyin sistemdə ötürülməsi ilə bağlı sistemdə heç bir qeyd yoxdur və borc faktiki olaraq ödənilməmiş statusundadır.

19. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazını bildirərək, onun bankdan pul götürmədiyini bildirdi. Formalaşmış məhkəmə təcrübəsinə əsasən və kredit müqaviləsinin şərtlərinə daxil edilmiş 3.6 - cı bənddən aydın olur ki, müqavilədən irəli gələn öhdəliklərin vaxtında icra edilməməsinə görə 3 aydan çox müddət keçdikdə bank kredit müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət edir. Eyni zamanda onu bildirir ki, iddiaçı bankın idarə heyətinin sədri cinayət məsuliyyətinə cəlb olunmuşdur. Əgər pul ödənilmirdisə, iddiaçı kredit müqaviləsinin ləğv olunması üçün vaxtında məhkəməyə müraciət etməli idi. Bununla yanaşı faktiki pulun verilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı məxaric orderinə dair sənəd təqdim edilməmişdir. Odur ki, iddiaçı bank pulun cavabdehə şəxsən verilməsi, bankdan məxaric olunması və cavabdeh tərəfindən ödəniş olunmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda bank iddia tələbini əsaslı şəkildə sübut edə bilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı cavabdehin pul götürməsinə dair heç bir sənəd təqdim edə bilmir. Cavabdehin məhkəmədə etirafına münasibətdə belə bank tərəfindən o etirafın doğruluğunu təsbit edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbini əsassız hesab edir. Sənədlərin məhv edilməsinə görə riskin məsuliyyətini bank daşıdığından iddia tələbinin təmin edilməsi üçün heç bir əsaslı sübut mövcud deyildir.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin tərəf (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 307. İpoteka müqaviləsi 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək qiymətləndiricilər, qiymətləndirmə haqqında müqavilə qiymətləndirici təşkilatla bağlanıldıqda, habelə qiymətləndirici təşkilat haqqında məlumatlar, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir Maddə 309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. M a d d ə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; M a d d ə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2010-cu tarixli *** nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 128.100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında sonuncunun sərəncamında olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında yerləşən yaşayış binasının 3cü blokunun 15-ci mərtəbəsində istifadədə olan ümumi sahəsi 122 kv.m olan 3 otaqlı *** nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə ##.##.2010-cu tarixli ***/* nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Sonradan LPO İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan kredit müqaviləsi üzrə borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edən iddiaçı bank üzərinə düşən sübutetmə yükünü yerinə yetirməmişdir.

29. Belə ki, iş materiallarında tərəflər arasında bağlanmış ##.##.2010-cu il tarixli, *** nömrəli kredit müqaviləsi üzrə kredit vəsaitinin cavabdehə faktiki verilməsini, bankın öz öhdəliklərinin icra etməsini və daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair, habelə həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış ipoteka müqaviləsinin oxunaqlı olan nüsxəsini, ipoteka yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumatları təsdiq edən mötəbər və yol verilən sübutlar mövcud deyildir.

30. Qeyd olunanların əksinə, iş materiallarında olan «xxxx» MMC-nin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubundan görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti kimi göstərilən mənzil başqa şəxsin mülkiyyətindədir və həmin mənzil üzərində hər hansı yüklülük mövcud deyildir. Məhkəmə kollegiyası həmin məktubu iş üzrə mühüm sübut kimi qiymətləndirərək hesab edir ki, bu hal iddiaçının tutmanın məhz həmin əmlaka yönəldilməsi barədə tələbini təkzib edir.

31. Həmçinin “xxxx” MMC-nin müvafiq məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 140-cı mənzilə dair «xxxx» firması ilə Cavabdeh arasında 2010-cu ilin may ayında bağlanmış müqavilə, həmin mənzilə görə heç bir ödəniş olunmadığına görə, 2010-cu ilin avqust ayında ləğv edilmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməmiş, həmin mənzilə dair müqavilə ləğv edilmiş və mənzil üzərində hər hansı ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmamışdır. Buna görə də, tutmanın həmin əmlaka yönəldilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

33. Bununla yanaşı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış ##.##.2010-cu tarixli *** nömrəli kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən, borcalan davam edən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam verə və verdiyin kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və müqavilənin müvafiq bəndində göstərilən məbləğdə cərimə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Ancaq hazırkı işdə cavabdeh tərəfindən iddiaçı bankdan tələb edilən pul məbləğinin götürülməsini sübut edəcək tutarlı dəlillər təqdim edilməmişdir.

34. Sübutetmə yükününün bölgüsü prinsipinə əsasən məhz bank sübut təqdim etməli idi ki, həmin kredit məbləği iddiaçı tərəfindən əldə edilib. Lakin, məhkəmə sorğusuna cavab olaraq, iddiaçı bank pul məbləğinin cavabdeh tərəfindən götürülməsi ilə bağlı sübutların məhv edildiyini, belə sübutların mövcud olmadığını bildirmişdir.

35. Hərçənd bank tərəfindən cavabdehə təmin edilən kredit məbləği kifayət qədər böyük həcmdədir, lakin borcla bağlı müvafiq sənədlər bankın nümayəndəsinin də izahatına əsasən, məhv edildiyi bildirilmişdir. Kredit müqaviləsi tərəfləri müqavilə şərtləri barədə razılığa gəldikdən sonra kreditor bank razılaşdırılmış kredit məbləğini borcalana ödəməyə, borcalan isə razılaşdırılmış məbləği faizləri ilə birgə qaytarmağa borclu olur. Hazırkı işdə Bankın müqavilə bağlanandan sonra üzərinə düşdüyü öhdəliyi yerinə yetirməsi, yəni kredit məbləğini cavabdehə verməsi sübut edilmir.

36. Digər tərəfdən, əgər kredit məbləği mənzilin alınması üçün MTK-ya verilsəydi, həmin mənzil də cavabdehin mülkiyyətində qalmalı idi, lakin, hazırkı işdə müəyyən edilir ki, məbləğ ödənilmədiyinə görə MTK ilə cavabdeh arasında müqaviləyə xitam verilmiş və mənzil başqa şəxsə satılmışdır.

37. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

38. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

40. Yuxarıda qeyd edilənlərə əsasən, məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuş, məhkəmə tətbiq etməli olan hüquq normalarını tətbiq etmiş və işin halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar