Məhkəmə qərarları › İş №2(104)-228/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-228/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-228/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və onların etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və qarşılıqlı iddia üzrə cavabdeh X6 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1, X16 və X1 cavabdehlər İddiaçı və X9 qarşı torpaq sahəsində əkilmiş fındıq kollarının cavabdehlərin hesabına çıxardılaraq torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, eləcə də əldən çıxmış faydaya görə zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-217/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində vurduqları maddi zərərin əvəzi olaraq 78000 manatın, mənəvi zərərin əvəzi olaraq 10000 manat vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh1, X16 və X5 da İddiaçı və X9 qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin verdiyi 10 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan, Qazax rayonu Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində cavabdehlər İddiaçı və X17 tərəfindən özbaşına əkilmiş fındıq kollarının cavabdehlərin hesabına çıxarılaraq həmin torpaq sahəsinin azad edilməsi, cavabdehlərin və digər şəxslərin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulması, habelə cavabdehlərdən müştərək qaydada əldən çıxmış faydaya görə 5.000 (beş min) manat tutularaq X26 köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkləməsində icraat zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əsassız varlanma nəticəsində vurduqları maddi zərərin əvəzi olaraq 283074 (iki yüz səksən üç min yetmiş dörd) manat, mənəvi zərərin əvəzi olaraq 10000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-217/2022 nömrəli (hakim: N.Musayev) qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, Qazax rayonunun Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərc 2848 manat və növbəti 20 ildə əldə ediləcək məbləğ 9400 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İlk iddia tələbinin qalan hissədə təmin edilməməsi; Qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan, Qazax rayonunun Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin İddiaçı və X6 zəbtindən azad edilməsi və İddiaçı və X6 həmin torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulması; Qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi; İddiaçı 120 manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və onun iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən etibarən Qazax rayonu Ağköynək kəndi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2006-ci ildə onların torpaq sahəsinə bitişik torpaq sahəsi olan Cavabdeh2 ilə ona və onun digər ailə üzvlərinə məxsus 0.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair şifahi razılığa gəlmişlər. Daha sonra Cavabdeh2 Bakı şəhərinə köçdüyünə görə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması mümkün olmamışdır. Buna baxmayaraq, Cavabdeh2 tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktının əsli, ailə üzvlərinin imzalara ilə təsdiq edilmiş alqı-satqı aktı ona təqdim olunmuşdur. Bu hal gələcəkdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanacağına dair onda inam yaratmışdır. Torpaq sahəsinin alqı-satqısı üçün əvvəlcədən razılaşdırılmış qaydada ödənilməli məbləğ onun tərəfindən Cavabdeh2 verilmişdir, o da öz növbəsində arxayn olmuşdur ki, ən qısa zamanda sözügedən torpağ lazımı sənədləşmə əsasında onun mülkiyyətinə keçəcəkdir. Lakin cavabdehlər onu aldadaraq əsassız varlanmaq niyyətinə düşmüşlər. Artıq 15 ildir ki, qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bununla əlaqədar həmin torpaq sahəsində fındıq bağları salmış, fındıq ağacları yetişdirilmiş, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi üçün bir sıra yaxşılaşdırma tədbirləri həyata keçirtmişdir. Bu illər ərzində dəfələrlə Cavabdeh2 torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh2 ilk vaxtlar notariat qaydada alqı-satqı müqaviləsi bağlayacağına vədlər vermiş, lakin sonradan nəyinki vədinə əməl etmiş, hətta sonuncu dəfə oğlu Ələddinin bu məsələ ilə məşğul olduğunu bildirmiş və onunla əlaqə saxlamağını xahiş etmişdir. 2021-ci ilin aprel ayının sonlarında Cavabdeh2 oğlu olan digər Cavabdeh1 onun oğlu ilə əlaqə yaradaraq, torpaq sahəsinin vaxtında notariat qaydasında rəsmiləşdirilmədiyini və hazırda bu torpaq sahəsinə iddialı olduğunu bildirərək, 5000 manat qarşılığında zəruri sənədlərin toplanaraq alqı-satqı müqaviləsinin özü və ailə üzvləri tərəfindən notariat qaydasında bağlanmasına təminat vermişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün Cavabdeh1 tərəfindən tələb edilən 5000 manatın ödənilməsinə razılıq vermişdir. Kənd icra nümayəndəliyinin işçisi Tahirə adlı şəxsin şahidliyi ilə 2006-cı ildə ona təqdim olunmuş torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktının əslini Cavabdeh1 vermişdir. Lakin, sənədlər hazır olduqdan sonra sonuncu verilən 5000 manatın az olduğunu bildirərək, ona aid sənədləri də özündə saxlayaraq, alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmişdir. Daha sonra Cavabdeh1 07 iyun 2021-ci il tarixində torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsindən AA 571328 saylı elektron Çıxarış almışdır. Həmin torpaq sahəsinin hal-hazırda bazar qiyməti torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan münbit fındıq bağları səbəbindən cavabdehin istifadəsində olduğu illərə münasibətdə kifayət qədər artmışdır. Fındıq kolları əkiləndən 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlıq dövrü 7-8 ildən sonra olur. Mübahisəli torpaq sahəsində salınmış fındıq bağlarına 15 il ərzində kifayət qədər əmək sərf olunmuşdur və son 7 ildir ki, fındıq bağları yüksək məhsuldarlığa sahibdir. 2006-ci ildə əldə etdiyi torpaq sahəsinin münbitliyi, faydası və bazar qiyməti torpaq sahəsinin hazırkı vəziyyəti ilə eyni deyildir. Həyata keçirilmiş yaxşılaşdırma tədbirləri səbəbindən hal-hazırda mübahisəli torpaq sahəsinin bazar qiyməti 10000 manatdan yüksəkdir. Salınmış fındıq bağlarının 7-8 il sonra məhsuldar bəhər verməsi üçün torpağa qulluq olunmuş, münbitliyi artırılmış, yaxşılaşdırma işləri həyata keçirilmiş, fındıq kolları əkilmiş, işçi heyəti cəlb olunmuşdur. Həyata keçirilən bütün yaxşılaşdırma işləri gələcək 40 il üçün nəzərdə tutulmuşdur. Yəni, görülmüş tədbirlər sayəsində 40 il sonraya qədər ildə 1300 kq bəhər olmaqla, 78000 manat gəlir əldə olunması planlaşdırılırdı. Cavabdehlər məqsədli və planlı şəkildə vədlər verərək onun pul vəsaitini ələ keçirməklə əsassız varlanmışlar. Həmin fındıq bağlarının salınması maddi və fiziki baxımdan vəsait və qüvvə istəyir. Cavabdehlər isə həmin torpaq sahəsinin pulunu ondan bazar qiymətində də üstün şəkildə almışdır. Ona maddi ziyandan başqa mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehlərin qeyd olunan hərəkətlərinə görə çox iztirab çəkmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1, X16 və X5 tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı iddia tələbi əsassızdır, iddianın dəlilləri hər hansı mötəbər sübutla təsdiq olunmur. Belə ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Qazax rayonunun Qiyasbəyli (indiki Ağköynək) kəndi ərazisində yerləşən, 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-329 KOD 50102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh1, X16, X5 və mərhum X7 ümumi birgə mülkiyyətinə veilmişdir. X18 22 iyun 1998-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, sözügedən 0.6506 ha torpaq sahəsinin 2/5 hissəsi üzərində Cavabdeh2, hər birinin payı 1/5 hissədə olmaqla X16, Cavabdeh1 və X1 mülkiyyət hüquqları tanınmışdır. Qeyd olunan torpaq sahəsinin təxminən 0.15 ha hissəsi onların məlumatı və razılığı olmadan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X17 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və onlar orada özbaşına fındıq kolları əkmişlər. 2021-ci ilin yay aylarında bir nəfər tanımadıqları şəxs Cavabdeh2 istifadəsində olan mobil telefona zəng edərək, onlara məxsus qeyd olunan torpaq sahəsinin onun tərəfindən əkildiyini və becərildiyini bildirərək, həmin sahənin ona satılmalı olduğunu bildirmişdir. Cavabdeh2 isə həmin şəxsə onu tanımadığını və onların tərəfindən ona hər hansı torpaq sahəsinin verilmədiyini bildirmişdir. Buna baxmayaraq, həmin şəxs təkidlə torpaq sahəsinin onun adına rəsmiləşdirilməli olduğunu bildirmişdir. Onlarla həmin şəxslə arasında qeyd olunan torpaq sahəsinə dair istifadə və ya icarə ilə bağlı hər hansı razılaşma olmamış, müqavilə bağlanmamış və yaxud kimsə tərəfindən onlara torpaq sahəsinə görə icarə haqqı ödənilməmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, zəng edən şəxs cavabdeh İddiaçı oğlu, iş üzrə digər cavabdeh X10r. Torpaq sahəsinə baxılarkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinin 0.15 ha hissəsində qanunsuz olaraq fındıq kolları əkilmişdir. Zəbt olunmuş 0.15 ha torpaq sahəsində özbaşına əkilmiş fındıq kolları cavabdehlərin hesabına çıxarılmalı, həmin torpaq sahəsi azad edilməli, cavabdehlərin və digər şəxslərin qeyd olunan torpaq sahəsindən qanunsuz istifadələrinə son qoyulmalıdır. İddiaçı ilkin iddia ərizəsində də etiraf etmişdir ki, 2006-cı ildən başlayaraq onlara məxsus torpaq sahəsində fındıq bağı salmış, əkib-becərmiş və ondan gəlir götürərək faydalanmışdır. Onların mülkiyyətçi olaraq həmin torpaq sahəsinin 0.15 ha hissəsində, yəni cavabdehlərin findıq kolları əkdiyi ərazidə 15 il ərzində təyinatı üzrə istifadə edərək, orada fındıq kolları əkmiş olsaydılar bu müddət ərzində təxminən 5000 (beş min) manat gəlir əldə edə bilərdilər. Cavabdehlərdən əldən çıxmış faydada görə 5000 manat tutularaq X26 köçürülməsini istəyirlər. Apellyasiya şikayətlərinin dəlilləri: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlər İddiaçı və X17 mübahisəli torpaq sahəsini satın almağa çalışmışlar, lakin onlar torpaq sahəsini satmamışlar. Buna baxmayaraq, cavabdehlər İddiaçı və X17 torpaq sahəsinin mülkiyyətçilərinə məlumat vermədən, habelə torpaq sahəsindən istifadə edilməsi üçün icarə müqaviləsi bağlamadan torpaq sahəsini qanunsuz şəkildə zəbt edərək fındıq kolları əkib becərmişlər. Cavabdehlərə torpaq sahəsindən çıxmaları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncular bundan imtina etmişlər. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə şifahi razılaşma olsa belə, notariat qaydada alqı-satqı müqaviləsi bağlanmaması səbəbilə cavabdehlərin mübahisəli torpaq sahəsində əkib becərmə işləri aparması qanunsuzdur. Torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi faktı müəyyən olunduqdan sonra torpağın zəbt edildiyi dövrdə çəkilmiş xərclərə görə və növbəti 20 il ərzində əldə ediləcək pul vəsaitinin onlardan tutulması və torpaq sahəsini zəbt edən İddiaçı ödənilməsi düzgün deyildir. Belə ki, sonuncu torpaq sahəsini qanunsuz olaraq zəbt edib orada şəxsi məqsədləri üçün müvafiq işlər görmüşdür. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onlar nə keçmişdə, nə də ki indi fındıq kollarının əkib-becərilməsi ilə məşğul olmamışlar. Belə olan halda iddia tələbinin fındıq kollarının torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməməsi də qanuni və əsaslı olmamışdır. Cavabdehlər tərəfindən salınmış fındıq kolları onların vəsaiti hesabına mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmalı idi. Həmçinin işə baxan birinci instansiya məhkəməsi cavabdeh İddiaçı vicdanlı sahib hesab etmişdir, ancaq onun hansı hüquqa əsasən vicdanlı sahib olması müəyyən deyil. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi onun iddiasının təmin edilməməsi hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyindən göründüyü kimi, 0.65 ha mübahisəli torpaq sahəsində fındıq bağına çəkilən xərc 43644 manat, torpaq sahəsində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq faydası isə (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manat (15 illik gəlir) təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hala hüquqi qiymət verməmişdir. Həmçinin mənəvi zərərin əvəzinin ödənilməsi hissədə də iddia təmin edilməlidir. Apellyasiya şikayətlər i üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (həmçinin qarşılıqlı iddia üzrə cavabdeh X6) etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək və nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfiindən verilmiş apellyasiya şikayətinin dəlillərinə və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair Dövlət aktının surətini icra nümayəndəliyindən götürmüşdür. Torpaq sahəsi üzrə bələdiyyə vergisinin ödənilməsinə dair qəbzləri mövcuddur, ancaq həmin qəbzlərin məhz mübahisəli torpaq sahəsinə aid olması barədə sübutu yoxdur. O vaxt kənddə pay torpaqları veriləndə onlar Bakıda olmuşlar, atası isə həbsdə olmuşdur. Ona görə də Dövlət aktı icra nümayəndəliyində qalmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sonda məhkəmə kollegiyasından onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da digər qarşılıqlı iddiaçı ilə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslərlə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X17 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini Siyavuş Əzim adlı şəxsdən alıblar. Torpaq sahəsini adlarına rəsmiləşdirmək üçün qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 müraciət etmişlər, sonuncu da bildirmişdir ki, bu işlə onun oğlu digər Cavabdeh1 məşğul olur. Cavabdeh1 da torpaq sahəsinin alqı-satqısına görə onlardan 5000 manat istəmiş, onlar da bununla razılaşmışlar. Qarşılıqlı iddia üzrə cavabdeh X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X22 ifadəsində bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tanımır, qarşılıqlı iddia üzrə cavabdeh X11 tanıyır, onunla həmkəndlidir. 2005-2006-cı illərdə heyvandarlıqla məşğul olmaq məqsədilə bir neçə torpaq sahəsi almışdır. Torpaq sahəsinin alqı-satqısı üçün pulu Cavabdeh2 verib torpağı almışdır. Həmin vaxt torpağın qiyməti ucuz imiş və bir-birinə yaxın ərazidə torpaq sahələri almışdır. Həmin vaxtlar torpaq alanda kənd sovetliyinə gedirmişlər və qaytanlı kitabda torpağın alqı-satqısı barədə qeyd aparılırdı. Torpaq sahəsini alanda ona bu barədə kağız veriblər. O da öz növbəsində torpağı satarkən onun yeni mülkiyyətçisinə bu barədə kağız vermişdir. O vaxtlar hər hansı şəxsə məxsus torpaq sahəsinin naturada harada yerləşdiyi məlum deyildi və hamıdan aldığı torpaq sahələrinin Dövlət aktı özündə idi. Cavabdeh2 da torpağı satanda Dövlət aktını ona vermişdir. Torpağı alanda İdrisin ailə üzvləri orada deyilmiş, İdris özü torpaq sahəsinin ona satılması ilə bağlı kənd sovetliyində qaytanlı kitaba imza edib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin 2/5 hissəsi üzərində Cavabdeh2, hər birinin payı 1/5 hissədə olmaqla X16, Cavabdeh1 və X1 mülkiyyət hüquqları qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1943-9/2186 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon şöbəsinin mühəndisi Elməddin Eyvazovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan, Qazax rayonu Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacı (kolu) vardır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin koordinatları müəyyən edildi və çıxarışda qeyd olunan torpaq sahəsi iddia olun torpaq sahəsidi; 0.15 ha sahədə mövcud olan 20 kol fındıq topasının əkilməsinə və becərilməsinə 5 il müddətində çəkiləcək xərcin miqdarı təxminən 2848 (2200+648) manat, hazırda mövcud olan qiymətlərlə növbəti 20 ildə əldə ediləcək məbləğ təxminən 9400 (20x470man) manat təşkil edir; Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X22 ifadə verərək bildirmişdir ki, sözügedən torpaq sahəsini sadə yazılı əqdlə Cavabdeh2 almışdır. Həmin alqı-satqı barədə Qazax rayonu Ağköynək kənd icra nümayəndəliyində akt bağlanaraq qaytanlı kitab adlanan kitaba salınmışdır. Daha sonra həmin torpaq sahəsini bir müddətdən sonra İddiaçı satmışdır. İddiaçı isə həmin torpaq sahəsində fındıq ağacları əkmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X20 ifadə verərək bildirmişdir ki, sözügedən torpaq sahəsini Samir Vəliyev təxminən 2006-cı ildə Cavabdeh2 X4 yazılı əqdlə almışdır. Cavabdeh2 torpağa mülkiyyət hüququna dair Dövlət aktını Samir Vəliyevə vermişdir. Həmin torpaq sahəsində fındıq ağaclarını əkilib becərilməsini hazırkı vəziyyətə gətirilməsini Samir Vəliyev ona həvalə etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 94, 157.7, 157.8, 337.1, 337.5, 1091.1 və 1092.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9 və 109-cu maddələrinə istinadən hesab etmişdir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qetd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı 2006-ci ildə onların torpaq sahəsinə bitişik torpaq sahəsi olan Cavabdeh2 və onun digər ailə üzvlərinə məxsus 0.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair şifahi razılığa gəldiyini, lakin Cavabdeh2 Bakı şəhərinə köçdüyünə görə alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunması mümkün olmadığını, Cavabdeh2 tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktının əslinin və aralarında faktiki bağlanmış alqı-satqı aktının ona təqdim olunduğunu, bu halın gələcəkdə notariat qaydasında alqısatqı müqaviləsinin bağlanacağına dair onda inam yaratdığını, 15 ildir ki, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və həmin torpaq sahəsində fındıq bağları saldığını, fındıq ağacları yetişdirdiyini, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi üçün bir sıra yaxşılaşdırma tədbirləri həyata keçirtdiyini, sonradan isə kənd icra nümayəndəliyində 2006-cı ildə ona təqdim olunmuş torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktının əslini Cavabdeh1 verdiyini, lakin sonuncunun alqı-satqı müqaviləsinin bağlanmasından imtina etdiyini, və bundan istifadə edərək 07 iyun 2021-ci il tarixdə torpaq sahəsinə dair çıxarış aldığını beləliklə, həmin torpaq sahəsinin hal-hazırda bazar qiyməti torpaq sahəsinə yatırılan investisiya və üzərində salınan münbit fındıq bağları səbəbindən cavabdehin istifadəsində olduğu illərə münasibətdə kifayət qədər artdığını, torpaq sahəsində salınmış fındıq bağlarına 15 il ərzində kifayət qədər əmək sərf olunduğunu və son 7 ildir fındıq bağlarının yüksək məhsuldarlığa sahib olduğunu, həyata keçirilən bütün yaxşılaşdırma işlərinin gələcək 40 il üçün nəzərdə tutulduğunu və həmin tədbirlər sayəsində 40 il sonraya qədər ildə 1300 kq bəhər olmaqla, 78000 manat gəlir əldə olunması imkanı olduğunu, cavabdehlərin vədlərinə əməl etməyərək, torpaq sahəsinə dair alqı satqı bağlamadıqlarına görə ona maddi ziyan və mənəvi zərər dəydiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh2, Cavabdeh1, X16 və X5 da İddiaçı və X9 qarşılıqlı iddia ərizəsi verib, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Qazax rayonunun Qiyasbəyli (indiki Ağköynək) kəndi ərazisində yerləşən, 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-329 KOD 50102018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onların və mərhum X7 ümumi birgə mülkiyyətinə verildiyini, müvafiq çıxarışa əsasən, sözügedən 0.6506 ha torpaq sahəsinin 2/5 hissəsi üzərində Cavabdeh2, hər birinin payı 1/5 hissədə olmaqla X16, Cavabdeh1 və X1 mülkiyyət hüquqlarının qeydə alındığını, həmin torpaq sahəsinin təxminən 0.15 ha hissəsinin onların məlumatı və razılığı olmadan İddiaçı və X17 tərəfindən zəbt edildiyini və orada sonuncular tərəfindən özbaşına fındıq kolları əkildiyini, İddiaçı 2006-cı ildən başlayaraq onlara məxsus 0.15 ha torpaq sahəsində kənd təsərrrüfatı məhsulları istehsalı ilə məşğul olduğunu, onların isə həmin müddət ərzində torpaq sahəsində istidafə edə bilmədiklərini və 5000 manat faydanın əldən çıxdığını əsas gətirərək qarşılıqlı iddia vermişlər. İşə baxan birinci instansiya məhkəməsi həm ilkin, həm də qarşılıqlı iddianı qismən təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və ilkin olaraq ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlilləri onun iddiasının maddi ziyan hissədə tam və mənəvi zərərlə bağlı hissədə isə iddianın təmin edilməməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə ilk iddia tələbinə dair birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə İddiaçı torpaq sahəsinə çəkdiyi xərclər habelə məhrum olduğu gəlirlərə görə ona dəymiş maddi ziyanın 283074 manat olduğunu iddia etsə də, lakin bu barədə məhkəmə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyinə əsasən 0.65 ha mübahisəli torpaq sahəsində fındıq bağına çəkilən xərcin 43644 manat, torpaq sahəsində investorun nəzarətinin pozulması nəticəsində əldən çıxacaq faydası isə (adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlər) 239430 manat (15 illik gəlir) təşkil etdiyini bildirir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy dəymiş maddi ziyanın müəyyənləşdirilməsi üçün kifayət qədər tam, aydın və obyektiv sübut kimi qiymətləndirilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli 358/E nömrəli mütəxəssis rəyi iş materialları ilə əlaqəli şəkildə tədqiq edildikdə müəyyən olunur ki, rəyin verilməsi üçün aparılmış tədqiqat hərtərəfli, tam və obyektiv aparılmamışdır. Belə ki, həm ilkin iddia ərizəsindən, həm də qarşılıqlı iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı Qazax rayonu Ağköynək kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.15 ha hissəsində fındıq kolları əkmişdir. Qeyd olunan hal işin mübahisə olunmayan tərəfidir. "xxxx" MMC isə vermiş olduğu rəyində 0.65 ha torpaq sahəsində fındıq bağına çəkilən xərcin, habelə əldən çıxacaq faydanın məbləğinin müəyyən edilməsi üçün tədqiqat aparmışdır. Göründüyü kimi, rəy verilməsi üçün aparılmış tədqiqat natamam şəkildə aparılmış və nəticədə işin halları ilə uyğun olmayan mütəxəssis rəyi tərtib edilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin rəy işin hərtərəfli, tam və obyektiv həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/1943-9/2186 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Qazax rayon şöbəsinin mühəndisi Elməddin Eyvazovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan, Qazax rayonu Ağköynək kəndində yerləşən 0.6506 ha torpaq sahəsinin təxminən 0.15 ha hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacı (kolu) vardır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin koordinatları müəyyən edildi və çıxarışda qeyd olunan torpaq sahəsi iddia olun torpaq sahəsidi; 0.15 ha sahədə mövcud olan 20 kol fındıq topasının əkilməsinə və becərilməsinə 5 il müddətində çəkiləcək xərcin miqdarı təxminən 2848 (2200+648) manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi də məhz həmin ekspert rəyinə istinadən dəymiş ziyanın məbləğini müəyyən etmişdir. Məhkəmə kollegiyası da həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlk iddia tələbinin 10000 (on min) manat məbləğdə mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı kollegiya göstərir ki, bu hissə üzrə də iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərərinsanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki işdə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının mənəvi ziyan görməsi müəyyən edilmir. Buna görə də ilk iddianın 10000 (on min) manat mənəvi ziyan tələbi hissəsi qanuni əsaslara söykənmir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin hissədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizələrdir, işin halları habelə digər mötəbər sübutlarla təsdiq olunmur. Həmçinin məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli 0.15 ha torpaq hissəsində 20 ədəd 6 illik (yaşında) fındıq ağacının becərilməsinə 5 il müddətində çəkilən xərc 2848 manat xərcin ilkin iddia üzrə cavabdehlərdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, bundan əvvəldə qeyd olunduğu birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə verilmiş müvafiq ekspert rəyinə istinadən iddianı təmin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsində əkilmiş fındıq ağaclarından növbəti 20 ildə əldə ediləcək 9400 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin hissədə iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1092.1-ci maddələrinə istinad edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, mövcud fındıq kollarının salınması, əkilib becərilməsi və cavabdehlərə təqdim edilməsi ilə bağlı tərəflər arasında hər hansı müqavilə münasibəti mövcud deyil, ekspert rəyinə əsasən 20 kol fındıq topası ilə bağlı növbəti 20 il ərzində əldə ediləcək məbləğ təxminən 9400 manat müəyyən edilir, həmin məbləğ əldə edilənlərdən götürülən fayda olaraq, ilkin iddiaçıya qaytarılmalı olan məbləğdir. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hissədə tərəflər arasındakı mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-1092-ci maddələrindəki əsassız varlanma ilə bağlı dispozisiya şərtləri hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş tərəflər arasında olan hüquq münasibətlərində öz əksini tapmır. Məhkəmə kollegiyası gəlmiş olduğu bu qənaətini onunla əsaslandırır ki, ilkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərindən gələcəkdə əldə ediləcək bəhərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin bu hissəsinin müstəqil hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsi çıxış edə bilərdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırki işdə ilkin iddia üzrə cavabdehlərin təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində ilkin iddiaçının maddi ziyan görməsi müəyyən edilmir. Əksinə iqarşılıqlı iddia ərizəsindən görünür ki, görünür ki qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı torpaq sahəsində onun tərəfindən aparılmış yaxşılaşdırma işlərinin, yəni fındıq kollarının çıxarılmasını tələb edirlər. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 bu tələbi özü-özlüyündə ehtiva edir ki, sonuncular mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərindən bəhər götürməyiblər, habelə belə bir niyyətləri yoxdur. Belə olan halda isə qarşılıqlı iddiaçılar İddiaçı ziyan vuran şəxs hesab edilə bilməzlər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın 9400 (doqquz min dörd yüz) manat maddi ziyan (əldən çıxmış fayda) hissəsinin təmin edilməsi qanuni əsaslara söykənmir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında iş materiallarında olan “Whatsapp” sosial şəbəkə vasitəsilə aparılmış telefon yazışmaları tədqiq edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qarşılıqlı iddia üzrə cavabdeh X17 həmin yazışmaların onlara aid olduğunu bildirmişlər. Tərəflər arasında olan həmin yazışmada qarşılıqlı iddia üzrə cavabdeh X17 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvanladığı Whatsap yazısında “mən sənə inanaraq torpağın sənədini kənd sovetində qoydum ki, səninlə söz danışmışıq. Ələddin sənədi götürüb qaçmaz” yazmışdır. Sonuncu isə cavabında “fikrimin dəyişmə səbəbini izah eləmişəm, mənə 5000 verib kiməsə 15 20 minə torpaq satılacaq” yazmışdır. Qeyd olunan telefon yazışmalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı torpaq sahəsindən istifadə etdiyindən məlumatı olmuşdur. İddiaçı da öz növbəsində torpaq sahəsinin onun adına rəsmiləşdiriləcəyinə inam bəsləyərək torpaq sahəsindən istifadə etmiş, habelə orada yaxşılaşdırma işləri aparmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur. Digər tərəfdən iş üzrə dindirilmiş şahid ifadələri ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinə dair Dövlət aktının əsli ilkin iddia üzrə İddiaçı olmuşdur. Həmçinin sonuncu 2006cı ildən hazırkı vaxtadək mübahisəli torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə, yəni fındıq ağaclarının əkilib becərilməsi ilə məşğul olmuşdur. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı vermiş olduğu izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə aid Dövlət aktı onlarda olmamış, həmin sənədi icra nümayəndəliyindən götürmüşdür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Qazax rayonu Ağköynək kəndində yerləşən mübahisəli 0.65 ha torpaq sahəsinin 0.15 ha hissəsindən başqa şəxsin (İddiaçı) istifadə etməsi, habelə torpaq sahəsində əkinçilik, torpaq münbitləşdirilməsi və.s işlərlə məşğul olması barədə torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh1, X16 və X1 bundan məlumatsız olmaları inandırıcı və ağlabatan hal deyildir. İşin qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur və sonuncunun həmin torpaq sahəsində görmüş olduğu yaxşılaşdırma işləri üçün çəkdiyi məsrəflərin əvəzinin torpaq sahəsinin mülkiyyətçilərindən tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbinin cavabdehlər İddiaçı və X17 tərəfindən özbaşına əkilmiş fındıq kollarının sonuncuların hesabına çıxarılmasının təmin edilməməsi hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bundan əvvəl qeyd edildiyi kimi mülki qanunvericiliyə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin (ağac kol əkilib becərilməsi) əmlaka zərər yetirmədən ayrıla bilmədiyinə görə həmin işlərin aparılmasına görə aparılmış xərclərin əvəzi torpaq sahəsinin mülkiyyətçilərindən, yəni qarşılıqlı iddiaçılardan tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sonuncular vicdanlı sahib tərəfindən əmlak üzərində aparılmış yaxşılaşdırma işlərinin əvəzini vicdanlı sahibə ödədiyindən artıq həmin işlər barəsində mülkiyyət hüququ (sahiblik, istifadə, sərəncam) da onlara mənsubdur. Yəni torpaq sahəsinin mülkiyyətçiləri öz iradələri ilə mülkiyyətlərində olan torpaq sahəsi üzərində müvafiq sərəncam verərək əmlakın təyinatına uyğun qanunla qadağan edilməyən hərəkətlər edə bilərlər. Əkilmiş fındıq kollarının çıxarılması da istisna təşkil etmir. Həmçinin məhkəmə kollegiyası qarşılıqlı iddianın torpaq sahəsindən istifadəyə görə cavabdehlərdən müştərək qaydada əldən çıxmış faydaya görə 5.000 manat tutulmasına münasibətdə qeyd edir ki, həmin hissədə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçılar onlara məxsus olan torpaq sahəsinin 0.15 ha hissəsində, yəni cavabdehlərin findıq kolları əkdiyi 15 il ərzində təyinatı üzrə istifadə edərək, orada fındıq kolları əkmiş olsaydılar bu müddət ərzində təxminən 5000 (beş min) manat gəlir əldə edə biləcəklərinə istinad etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçıların təqsiri və ya hər hansı qanunsuz hərəkətləri nəticəsində qarşılıqlı iddiaçıların maddi ziyan görməsi müəyyən edilmir. Ona görə ki, qarşılıqlı cavabdeh İddiaçı mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı sahib olmuşdur. Digər tərəfdən qarşılıqlı iddiaçılar əldən çıxmış fayda qismində zərər çəkmələrini göstərsələr də, həmin zərərin real olması barədə məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda kollegiya hesab edir ki, qarşılıqlı cavabdehlərdən əldən çıxmış faydanın (dəymiş maddi ziyan) əvəzinin tutulması əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(023)-217/2022 nömrəli qətnaməsi “növbəti 20 ildə əldə ediləcək məbləğ 9400 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə ilkin iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar