Məhkəmə qərarları › İş №2(104)-2281/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2281/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2281/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 161.000 manat məbləğində əsas borc, 32.200 manat illik gecikdirməyə görə faiz olmaqla, cəmi 193.200 manat pulun və ödənilmiş 483,2 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı ilə (hakim H.Məhəmmədi) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, İddiaçı yazılı etirazını “Elektron Məhkəmə” sistemi vasitəsilə kollegiyaya ünvanlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı tam, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı qismən, yəni İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə riayət olunmaması əsası ilə geri qaytararaq, öz qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1mətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən onun müvəqqəti yaşadığı yer həmin müəssisə hesab edildiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin yerləşdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Şəmkir şəhəri, Şahlar Musayev küçəsi 31 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, Cavabdeh hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsi üzrə müvəqqəti məskunlaşsa da, onun daimi qeydiyyat ünvanı ünvan 2i aidiyyəti qaydalarına uyğun olaraq verilmiş iddia ərizəsini geri qaytarmış və bununla da, prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı tam, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı qismən, yəni İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı tam, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadı qismən, yəni İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2733/2023 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin əsassız olduğundan təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar