Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2282/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22155.76 manat məbləğində faiz borcu, 34280 manat məbləğində əsas borc olmaqla, cəmi 56435.76 manat və ödənilmiş 259 manat dövlət rüsumunun alınaraq, İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 55/2024 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti və buraxılmış prosesual müddətin bərpasına dair ərizə verərək, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 07.10. 2024-cü il tarixli, 2(045)- 55/2024 nömrəli qərardadından Cavabdeh verdiyi şikayəti qeyri-mümkün hesab edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması və buraxılmış prosesual müddətin bərpasına dair ərizəyə baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İş materiallarından görünür ki, cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti və buraxılmış prosesual müddətin bərpasına dair ərizə versə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 133 və 364-cü maddəsinin tələblərinə əməl etmədən işi Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti uyğunluğunun yoxlanılması və buraxılmış prosesual müddətin bərpasına dair ərizəyə baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133 , 364 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət qeyri-mümkün hesab edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-55/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin uyğunluğunun yoxlanılması və buraxılmış prosesual müddətin bərpasına dair ərizəyə baxılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qəraddad qəbul edildiyi vaxtan qanuni qüvvəyə minir. Qəradaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2282/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2282/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver