Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2284/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(125)-4454/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-2330/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 2(044)-311/2017 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 08 aprel 2011-ci il tarixdə bağlanmış və 228 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 03 yanvar 2012-ci il tarixdə anadan olmuş X9, 22 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və X12 nikah pozulmasından sonra cavabdeh X3 himayədə saxlanılması qət edilmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 1096/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3506/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz aitmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə elimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə rədd edilməsi, ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı Gəfər qızının xeyrinə tutulsun və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 750 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan 3 uşaqları anadan olmuşdur: X13 – xx.xx.2012 təvəllüdlü, X10 – xx.xx.2015 təvəllüdlü və X12 – xx.xx.2015 təvəllüdlü. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 1096/2022 saylı Qətnaməsi ilə birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay 360 manat sabit pul məbləğində alimentin tutulub mənə ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, 5 saylı Gəncə işarəvermə və rabitə sahəsində mühəndisproqramlaşdırıcı vəzifəsində işləyir. Hər ay 620 manat əmək haqqı alır. Bundan başqa, fərdi əməklə də məşğuldur. Xeyli gəlir əldə etməyinə baxmayaraq, uşaqların saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. O isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşaqların gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Uşaqlar daima inkişafda olduğundan və böyüdüyündən daima təzə paltarlar almaq məcburiyyətindədir.
5. Bundan sonra Cavabdeh iddia tələbinə etiraz edərək, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ilə müraciət edərək alimentin artırılmasına dair qətnamə çxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddası əsassız, qərəzli və ədalətsiz yanaşdığı üçün, o təmin edilə bilməz. İddiaçı göstərib ki, onun əmək haqqında dəyişiklik olduğu üçün və uşaqlara vaxtlıvaxtında və gecikdirilmədən məhkəmənin çıxardığı qətnamə əsasında ödədiyi 360 manat (hər bir uşağa 120 manat olmaqla) uşaqları saxlanması üçün kifayyət etmir. Lakin o, aşağıda bir neçə səbəb göstərməklə onun açıq-aşkar qara fikir və niyyətlər olduğunu nəzərinizə çatdırmaq istəyir. Əgər iddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi 360 manat uşaqların gündəlik gidalanması və saxlanması üçün çətinlik çəkdiyini bildirirsə, onda hansı səbəbdən xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə (işin nömrəsi e- 2(125)-4606/2023) müraciət edərək valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması ilə müraciət edərək və orada sözbəsöz olduğu kimi qeyd edərək - Mən uşaqlarımla birlikdə yay aylarında Azərbaycan Respublikasından kənarda istirahət etmək istəyirəm- bildirmiş. Hamıya məlum olduğu kimi sərbəst və ehtiyat pul vəsaiti olmadan xarici ölkələrə istirahət etmək mümkünatı yalan və absurd məsələdir. Ona görə belə qənaətə gəlmək olar ki, ya iddiaçının sərbəst pul vəsaiti var, ya da uşaqları bəhanə edib ondan alimentin artırıb öz şəxsi istirahətini təmin edərək, onun simasında isə yeni qurduğu ailəni (həyat yoldaşı və övladını) öz şəxsi intriqa və ambisiyası nəticəsində yoxsulluğa gətirib çıxarmaqdır. Sorğuladıqları arayışda göstərildiyi kimi əmək haqqı 620 manat (büdcəyə olan tutulmalarsız) təşkil edir, lakin 2022-ci ildə vəkili olan Elsevər Məmmədov tərəfindən sorğulanan arayışda İddiaçı bütün tutulmalardan sonra 787 manat olduğu bildirilmişdir. İndi isə vəkil ödənişi edib bu sorğu aparılması və dəqiq məlumat əldə etmək imkanı olmadığı üçün ötən 2022-ci il əmək haqqına görə bəzi öz mülahizələrini 2023-cü ildə baş vermiş dəyişikliklərə əsaslanaraq hesablamalarını nəzərinizə çatdırmaq istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müəllimlərə daha üstün qayğı göstərilməsi üçün onların vəzifə və tarif maaşları 2022-ci ilin fevral ayının 1-dən orta hesabla 10% arasında artırılması barədə fərman imzalamışdır. Və bununla qənaətə qəlmək olar ki, X21 Təhsil Mərkəzində şöbə müdiri vəzifəsində çalışan İddiaçı ən azı bütün xərclər və tutulmalardan sonra ələ aldığı vəsait 950 manat və ya daha artıq olmasına gətirib çıxarır. Burdan da fərq açıqca göz qabağında olur. İddiaçının sərbəst pul vəsaiti yoxdursa, belə bir sual ortaya əlavə olaraq çıxır: Necə olur Mediasiya mərkəzinə 50 manat rüsum ödəmək, əlavə olaraq ödənişli vəkil xidmətlərindən istifadə etmək və bu azdır kimi mediasiya prosesində ortaq razılaşmaya gəlmək üçün nə özü, nə də vəkili iştirak edib (vəkil mediatorla yalnız telefon əlaqəsi saxlamaqla) sonunda məhkəmə instansiyasına gətirib çıxardaraq əsas məqsədini ortaya qoyaraq onu və ailəsini maddi, həm də poçt vasitəsilə tez-tez mediasiya və məhkəmələrdən məktub göndərilməsinə nail olmaqla onsuzda evdə insult keçirmiş həyat yoldaşını daim stress və həyəcanlar çəkdirməklə onun səhhətini daha da ağırlaşdırmaqdır niyyəti. Alimentin azaldılması üçün onun qarşı tərəfə etiraz iddia qaldırmanın əsas səbəbi ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında həyat yoldaşı X4 qəfildən halı ağırlaşması olmasıdır. Həmin vaxt evə X20 çağırılmış həkim personalı tərəfindən ağır işemik insult keçirdiyi bildirilərək X2 Şöbələrilə təcili əlaqə saxlanılmış və qəbul üçün orada yer olmadığı bildirilməsidir. Ona görə məcbur olaraq özəl olan Mərkəzi Klinikanın hesabına ilk olaraq 200 AZN (X14 Yardımında) və daha sonra yaxın qohum və dostlardan ancaq 1-2 saat ərzində borc olaraq yığıb toplaya bildiyi 2500 AZN pul vəsaitini Klinikanın hesabına köçürüldükdən sonra Reanimasiya şöbəsinə yatızdırdılar. O vaxta qədər X14 Yardım otağında ilk yardım göstərilirdi. Klinikanın reanimasiya şöbəsində 5 gün qaldıqdan sonra və onun növbəti palata xərclərinin qarşılamaq imkanım olmadığı üçün öz xahişimlə evə buraxdılar və ilk olaraq Mərkəzi Klinikanın həkim-reanimatoloqu Hikmət Məmmədov, həkim-nevropatoloq Yücel Onur və həkim invaziv-kardioloq Musa Qəhrəmanovun təyin etdiyi gündəlik davamlı müalicə proqramı əsasında təyin edilmiş dərman qəbulu, eyni zamanda BestLab klinikanın terapevti Ender Uçarın və sonralar X6 həkim-nevropatoloqu Elvin Niftəliyevin nəzarəti altında daimi dərman qəbul etməyə başlamışdır. Məlumatlardan onu da çatdırmaq istəyir ki, həkim qəbulları ödənişli olduğu üçün yalnız bəzi axırıncı əlimdə olan qəbz və dərmanların resept dəyərinin kassa çeki ilə birlikdə qoşma olaraq təqdim edir. Göründüyü kimi sadəcə 1 aylıq qəbul etdiyi dərmanların dəyəri 130 manatdan artıq təşkil edir. Onun himayəsində az yaşlı övladı Faiq Qaraxanlı və insult keçirmiş həyat yoldaşı Amaliya Qaraxanova var. Həyat yoldaşının aylıq müalicə və müayinəsi üçün kifayət qədər vəsait sərf olunur. Alimentin 360 manat miqdarında tutulması və qarşı tərəfin sorğulamış olduğu arayışda göstərilən əmək haqqı 620 manat (büdcəyə olan tutulmalar nəzərə alınmadan) olması ailəsini və insult keçirmiş həyat yoldaşının tam xərclərini qarşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin sabit pul məbləğində hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində tutulması məqsədə uyğun olardır.
7. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(125)-4454/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(125)-4454/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehin maddi vəziyyəti yaxşıdır. O, 5 saylı Gəncə işarəvermə və rabitə sahəsində mühəndis-proqramlaşdırıcı vəzifəsində işləyir. Hər ay 620 manat əmək haqqı alır. Bundan başqa, fərdi əməklə də məşğuldur. Xeyli gəlir əldə etməyinə baxmayaraq, uşaqların saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Qazancı qeyrimüntəzəm və dəyişkəndir. O isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşaqların gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Uşaqlar daima inkişafda olduğundan və böyüdüyündən daima təzə paltarlar almaq məcburiyyətindədir. O ayda cəmi 584 manat əmək haqqı alır. Uşaqlar böyüdüyü üçün xərcləri daha da çoxalmış və bunları qarşılamaqda çətinlik çəkir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, İddiaçı iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddası əsassız, qərəzli və ədalətsiz yanaşdığı üçün, o təmin edilə bilməz. İddiaçı göstərib ki, onun əmək haqqında dəyişiklik olduğu üçün və uşaqlara vaxtlı-vaxtında və gecikdirilmədən məhkəmənin çıxardığı qətnamə əsasında ödədiyi 360 manat (hər bir uşağa 120 manat olmaqla) uşaqları saxlanması üçün kifayyət etmir. Lakin o, aşağıda bir neçə səbəb göstərməklə onun açıqaşkar qara fikir və niyyətlər olduğunu nəzərinizə çatdırmaq istəyir. Əgər iddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi 360 manat uşaqların gündəlik gidalanması və saxlanması üçün çətinlik çəkdiyini bildirirsə, onda hansı səbəbdən xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə (işin nömrəsi e-2(125)-4606/2023) müraciət edərək, valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması ilə müraciət edərək və orada sözbəsöz olduğu kimi qeyd edərək - Mən uşaqlarımla birlikdə yay aylarında Azərbaycan Respublikasından kənarda istirahət etmək istəyirəm-bildirmiş. Hamıya məlum olduğu kimi sərbəst və ehtiyat pul vəsaiti olmadan xarici ölkələrə istirahət etmək mümkünatı yalan və absurd məsələdir. İddiaçı bütün tutulmalardan sonra əmək haqqısı 787 manatdır. Onun himayəsində az yaşlı övladı Faiq Qaraxanlı və insult keçirmiş həyat yoldaşı Amaliya Qaraxanova vardır. Həyat yoldaşının aylıq müalicə və müayinəsi üçün kifayət qədər vəsait sərf olunur. Alimentin 360 manat miqdarında tutulması və qarşı tərəfin sorğulamış olduğu arayışda göstərilən əmək haqqı 620 manat (büdcəyə olan tutulmalar nəzərə alinmadan) olması ailəsini və insult keçirmiş həyat yoldaşının tam xərclərini qarşılamağa imkan vermir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya
23. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
26. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
27. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(125)- 4454/2023 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, işin müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər xx.xx.2011ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Hər üç uşaq hazırda iddiaçının himayəsindədir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-2330/2017 nömrəli qətnaməsinə əsasən, cavabdeh X3 apellyasiya şikayətinin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 2(044)-311/2017 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 08 aprel 2011-ci il tarixdə bağlanmış və 228 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 03 yanvar 2012-ci il tarixdə anadan olmuş X9, 22 oktyabr 2015-ci il tarixdə anadan olmuş X10 və X12 nikah pozulmasından sonra cavabdeh X3 himayədə saxlanılması qət edilmişdir. Daha sonra isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1096/2022 nömrəli qətnaməsinə əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3506/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X8 yətkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz aitmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğin artırılmasını xahiş edir.
46. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
47. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
48. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
49. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edir.
50. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda uşaqlar üçün tutulan alimentin miqdarı qətnamə əsasında hər uşaq üçün 120 manat məbləğdə müəyyən edilmişdir.
51. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
52. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
53. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
54. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə, eləcə də onların təhsillərini artırmaq üçün əlavə olaraq hazırlıq kursuna getmələrinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünki alimentin hər ay bir uşağa görə 120 manat olmaqla, 360 (üç yüz altmış) manat məbləğində artırılaraq müəyyən edilməsinə dair yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur.
55. İş materiallarından görünür ki, Cavabdeh cəmi 620 manat əmək haqqı alır, ikinci dəfə yenidən ailə qurması və ikinci ailə münasibətindən himayəsində azyaşlı uşaq vardır. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir.
56. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, e-2(125)-4454/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.