Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2285/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra LPO ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh2 (o həmçinin Cavabdeh1 nümayəndəsidir) iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(125)-117/2023 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 25000 manat məbləğində krediti verilmişdir.
2. xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 krediti hər ay 954,76 manat olmaqla xx.xx.2022-ci ilədək ödəməyi öhdəsinə götürmüşdü
3. Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 005 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0556 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 36 ay müddətə İddiaçı ASC-nin xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
5. xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 borcu könüllü ödəmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş Cavabdeh1 təqdim olunmuşdur.
7. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 001-03/22 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin likvid qiyməti 40000 (qırx min) manat, bazar dəyəri 45000 (qırx beş min) manat müəyyən edilmişdir.
9. 14.07.2022-ci il tarixli borc üzrə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsi üzrə borcu xx.xx.2022-ci il tarixə 18304,65 manat əsas, 8322,74 manat faiz, 3162,51 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 241,30 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 30031,20 manat təşkil etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6164 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KBAZ574 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə - 18.299,06 manat, faiz borcu üzrə 4.931,60 manat kimi müəyyən olunmuşdur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4349 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli KBAZ 574 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə olan əsas borcu 18299.06 manat, faiz borcu isə 7962.13 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı lpo İddiaçı ASC Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cəmi 23772,47 manat-bundan 18304,65 manat əsas, 4933,11 manat faiz, 534,71 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsində yerləşən mülkiyyətində olan 0,0556 ha torpaq sahəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinə (torpaqla birlikdə) yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bundan sonra LPO İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, həmçinin iddia həcminin artırılaraq, cəmi 30031,20 manat borcun-bundan 18304,65 manat əsas, 8322,74 manat faiz, 3162,51 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azəraycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 241,30 manat faiz borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsində yerləşən mülkiyyətində olan 0,0556 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinə yönəlməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əşyaları ilə birlikdə evdən çıxarılaraq evin boşaldılması və həmin evə dair onların istifadə hüququnun itirilmiş hesab olunmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filalı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli KBAZ-574 saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 25000.00 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus, Gəncə şəhəri Kəpəz rayonu, Abdulla Şaiq küçəsi mülkiyyətində olan 0,0556 ha torpaq sahəsində yerləşən 47 nömrəli fərdi yaşayış evi (torpaqla birlikdə) ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 02 aprel 2019-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Bu müqavilə Gəncə şəhəri 2 saylı notariat ofisinin xususi notariusu X2 tərəfindən təsdiq edildikdən sonra evin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********464 saylı xx.xx.2021-ci il tarixli, bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 kredit üzrə cəmi borcu 23772,47 (iyirmi üç min yeddi yüz yetmiş iki manat 47 qəpik) manat təşkil edir. Bundan 18304,65 (on səkkiz min üç yüz dörd manat 65 qəpik) manat əsas, 4933,11 (dörd min doqquz yüz otuz üç manat 11 qəpik) manat faiz, 534,71 (beş yüz otuz dörd manat 71 qəpik) cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.
15. Daha sonra Cavabdeh1 iddia tələbinə dair məhkəməyə etiraz verərək, iddia tələbi yalnız onun dəqiq kredit borcun tam müəyyənləşdikdən sonra ödənilməsi hissəsində təmin olunmalı, iddia tələbləri həmin borcun ipoteka predneti olan evin açıq hərracda satılması yolu ilə ödənilməsi və yaşayış yerinin və torpaq sahəsinin boşaldılması hisssələrində təmin olunmamasını xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin, ondan həmin ümumi borcun 534 manat cərimə tələbi istisna olmaqla, borc dəqiqləşdiriləndən sonra borcun qalıq hissəsinin alınması hissəsində təmin edilməli, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi, evimin açıq hərracda satılması və bundan sonrakı tələblər hissəsində təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən də, görünür ki, onunla bank arasında 25 min manata dair kredit müqaviləsi xx.xx.2019-cu ildə 36 ay müddətinə bağlanmışdır. Həmin müqaviləyə əsasən o hər ay qrafik üzrə 955 manat pul ödəməli idi. Bu hesabla o faizlə birlikdə banka təqribən 34 min manat pul qaytarmalı idi. O həmin qrafikə uyğun olaraq 2019-cu ilin may ayından 2020-ci ilin may ayınadək, təqribən 11 ay ərzində, heç bir keçikmə olmadan kredit borcunu aybaay ödəmişdir. Onun əlimnə olan çeklərə əsasən, o iddiaçıya 10 min manatdan artıq kredit borcunu vaxtlı-vaxtında ödəmişdir. 2019-cu ilin dekabr ayında dünyada başlanmış pandemiya fəlakəti 2020-ci ilin may ayında artıq Azərbaycanda təhlükəli hala çevrildiyi vaxta, artıq heç bir yanda iş fəaliyyəti olmadığı üçün, o məcburiyyət qarşısında qalıb ödəmələri edə bilməmişdir. Bu səbəbdən də, o bank rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək kredit müqaviləsi icrasını müvəqqəti dayandırılmasını, yəni qlobal fəlakət başa çatanadək dondurulmasını xahiş etmişdir. Pandemiyanın başa çatması ərəfəsində onun ailəsində faciəvi hadisə baş vermiş, oğlum X5 müvəqqəti işlədiyi Rusiyada pandemiyadan vəfat etmiş, 31 mart 2021-ci ildə Moskva vilayətinin Vidno şəhərində naməlum şəraitdə dəfn olunmuşdur. Bütün yollar və əlaqələr bağlı olduğu üçün, bizim ondan məlumatımız olmamış, itkin kimi uzun müddət axtamışıq. Təqribən 9 ay sonra ölümü barədə məlumat almışıq. İl ərəfəsində isə yollar açıldığı üçün meyidini Azərbaycana gətirib dəfn etmişlər. Son bir necə ay ərzində o ləğv olunmuş bankın əvəzində qalan qurumla əlaqə yaradaraq kredit müqaviləsinin bərpa edilməsini, onunla qarşılıqlı razılaşma əsasında yeni qrafik açılmasını xahiş etsə də, ona bildirmişlər ki, bank ləğv olunduğu üçün, kredit müqaviləsinin bərpa edilməsi və yeni qrafik açılması mümkün deyildir. İddiaçı ərizəsində göstərir ki, güya o kredit müqaviləsinin şərtlərini pozub kredit borclarını ödəməmişdir. Bu düzgün deyildir. Çünki, bütün yuxarıda qeyd etdiyi faktlardan təsdiq olunur ki, o kredit müqaviləsinin şərtlərini pozmamışdır. Eyni zamanda pandemiya ilə əlaqədar Azərbaycan Prezidenti də, pandemiya şəraitində bank kreditlərinin dayandırılması ilə əlaqədar sərəncam vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, birincisi onun götürdüyü 25 min manat kredit borcundan 1 il müddətində etdiyi ödəmələrə dair təqdim etdiyim çeklər və “milliön” vasitəsi ilə ödəmələr əsasında, eyni zamanda iddiaçıda olan kredit ödənişi sənədləri əsasında ekspertiza aparılmaqla, qalıq borcu dəqiq müəyyən edilməlidir. İkincisi hesab edir ki, ondan əsas borc və faiz ödənişindən başqa cərimə məbləği alınmamalıdır. Üçüncüsü nəzərə alınmalıdır ki, o real kredit borcunu etiraf edir və həmin borcu ödəməkdən imtina etmir. Bu səbəblərə görə hesab edir ki, onunla bağlanmış kredit müqaviləsinin yenilənməsi və qarşılıqlı razılaşma əsasında yeni qrafikin açılması barədə iddiaçı ilə onun arasında barışıq sazişinin bağlanması mümkündür və zəruridir. İddiaçı barışıq sazişini qəbul etmədiyi halda, onun iddia tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və yeganə yaşayış yeri olan evlərinin satılması tələbi hissəsində iddiası təmin edilməməlidir. Çünki, bir daha qeyd edir ki, o kredit müqaviləsi üzrə borcların ödənilməsindən qəsdən boyun qaçırmamış, dünyada baş verən pandemiya fəlakəti forsmajor olduğu üçün nəzərə alınmalıdır.
17. Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(125)-117/2023 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsi üzrə 18299,06 manat əsas borc, 7962,13 manat faiz borcu, 62,51 manat cərimə, 241,30 manat əldən çıxmış fayda olmaqla, cəmi 26564,94 (iyirmi altı min beş yüz altmış dörd manat 94 qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 162 manat dövlət rüsumu alınaraq LPO İddiaçı ASC-nin xeyrinə verilməsi, Tutma xx.xx.2019-cu il tarixli, 3M-105 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,0556 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılaraq, ilkin satış qiyməti (likvit dəyəri) 40.000 (qırx min) manat müəyyən edilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsi üzrə borc ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh1 qaytarılması, həmin əmlaklara tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilərək evdən və torpaq sahəsindən çıxarılmaları və evin boşaldılması Cavabdeh1 dövlət rüsumu hesabına 7,69 manat alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
18. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 317.2, 385.1, 427.3, 442, 448.1 və 739.1-ci maddələrinə, bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 39.3 və 59.3-cü maddələrinə, prosessual hüquq norması kimi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(125)-117/2023 nömrəli qismən, əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ekspert rəyində ekspertin əsas və faiz borcu ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Belə ki, gecikdirilmiş əsas və faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatlarını, maliyyə arayışını, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli KBAZ 574 saylı kredit müqaviləsinin şərtlərini və iş üçün zəruri olan digər sənədləri ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert əsas və faiz borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Ekspert əsas borcun 18304,65 manatdan - 18299,06 manata, faiz borcunun isə 8322,74 manatdan - 7962,13 manatadək azaldaraq səhvə yol vermişdir. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin cərimə məbləğinin 3162,51 manatdan 62,51 manatadək azaldılması ilə bağlı gəldiyi nəticə ilə də razılaşmırlar. Hesab edirlər ki, birinci instansiya məhkəməsi cərimə borcunun azaldılması ilə bağlı nəticəyə gələrkən borclunun mənafeyini üstün tutmaqla, kreditorun qanunla qorunan maraqlarını nəzərə almamışdır. Nəticədə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hissədə əsassız qətnamə qəbul edrək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə-mühasibatlıq ekspertizaları keçirilməsi zamanı cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatları, ödəniş tarixləri, kredit müqavilələrinin bəndləri və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspertlər faiz borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əsas borcun 18304,65 manat, faiz borcunun 8322,74 manat, cərimə borcunun isə 3162,51 manat olması maliyə arayışı ilə və kredit müqaviləsi ilə sübut olunsa da məhkəmə maliyə arayışına və kredit müqaviləsinə düzgün qiymət verməmişdir. Mülki işin materiallarında olan hər iki ekspert rəylərinə nəzər yetirilən zaman görünür ki, ekspertiza tərəfindən silinmələr düzgün aparılmamışdır, kredit müqaviləsinin 5.1, 5.2, 5.3-cü bəndləri nəzərə alınmamışdır. Həmçinin Bank tərəfindən verilmiş maliyyə arayışında əsas borc 18304,65 manat, faiz borcu isə 8322,74 manat müəyyən olunsa da ekspert silinmələri düzgün aparmadığı üçün əsas borcu 18299.06 manat, faiz borcunu isə 7962.13 manat hesablamışdır. Ekspertin verdiyi rəy ilə bankın verdiyi maliyə arayışı arasında əsas borcu hissəsində 5,59 manat, faiz borcu hissəsində isə 360.61 manat fərq yaranmışdır. Maliyyə arayışı ilə ekspertin rəyi arasında ziddiyyətlər olduğundan, ekspert silinmələri düzgün aparmadığından, ekspertin rəyi şübhə doğurduğundan hesab edir ki sözü gedən iş üzrə təkrar ekspertiza təyin olunmalı və bu ekspertizanın keçirilməsi başqa Ekspertə həvalə olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni əsas, faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, (o həmçinin Cavabdeh1 nümayəndəsidir) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
33. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
49. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
52. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı apellyasiya şikayətində qətnamənin təmin edilməyən, yəni əsas, faiz və cərimə borcunun tutulmayan hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız iddiaçıya münasibətdə həmin hissə üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(125)- 117/2023 nömrəli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-yə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli, 005 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini torpaq sahəsini kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Lakin, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmiş və nəticədə onun banka 18304,65 manat əsas, 8322,74 manat faiz, 3162,51 manat cərimə borcu yaranmışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
59. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə Cavabdeh1 hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
60. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
61. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
62. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
63. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
64. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Lakin, iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən olunur ki, borcalanın banka xx.xx.2022-ci il tarixə 18.299,06 manat əsas, 7.962,13 manat faiz borcu yaranmışdır.
65. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
66. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
67. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.
68. Məhkəmə kollegiyası eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
69. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
70. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
71. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
72. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
73. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
74. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
75. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmış, 62,51 manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
76. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
77. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinin əsasız olması və təkrar ekspertiza keçirilməsinin zəruri olması barədə dəlilini kollegiya əsassız hesab edir.
78. Belə ki, Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
79. Baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Çünki, ekspert hesablama aparan zaman kredit müqaviləsinin şərtlərini, maliyyə arayışını, müqavilə üzrə edilmiş ödənişləri və digər iş üzrə zəruri sənədləri rəhbər tutmuşdur. İddiaçı təkrar ekspertiza keçirilməsi barədə apellyatorun dəlili isə formal və əsassızdır.
80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
83. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
84. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən əsas, faiz və cərimə hissələrində faktlar nöqteyi-nəzərindən əsaslıdır.
85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, e-2(125)-117/2023 nömrəli qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən – Cavabdeh1 xx.xx.2019-cu il tarixli KBAZ 574 nömrəli kredit müqaviləsi üzrə 18299,06 manat əsas borc, 7962,13 manat faiz borcu, 62,51 manat cərimə alınaraq LPO İddiaçı ASC-nin xeyrinə verilməsi – hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .